Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


İş yerinin işıqlandırılması



Yüklə 3,52 Mb.
səhifə55/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   51   52   53   54   55   56   57   58   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

6.4. İş yerinin işıqlandırılması
Məlumdur ki, insan ətrafındakı xarici mühitdən məluma­tın təxminən 80%-ni görmə kanalı vasitəsilə alır.
Bu məlumatın həcmi və keyfiyyəti işıqlanma dərəcə­sin­dən asılıdır. Keyfiyyətsiz işıqlanma işin icrasını çətinləşdirir, əmək məhsuldarlığını aşağı salır və bədbəxt hadisələrə səbəb olur. Sanitariya normalarına cavab verən işıqlandırma işçilərə müsbət təsir göstərir, optimal şərait yaradır və nəticə etibarilə əməyin təhlükəsizliyini təmin edir.
İşıqlandırma sistemlərinin təsnifatı
İşıqlandırma sistemləri təbii, süniqarışıq növlərdə olur. Təbii işıqlandırma binanın xarici divarındakı və örtüklər­dəki işıq oyuqlarından binaya daxil olan səma işığı ilə (düz və ya əks olunmuş), süni işıqlandırma isə elektrik lampalarının işığı ilə əldə edilir. Qarışıq işıqlandırma norma üzrə çatışma­yan təbii və süni işıqlandırma ilə tamamlandırılan işıqlandırma­dır.
İstehsalatda təbii işıqlandırma yandan (pəncərədən) yuxarıdan (bacadan) və kombinə edilmiş (üstdən-yandan) şəkildə aparılır.
Süni işıqlandırmanın aşağıdakı növləri mövcuddur:
a) işçi işıqlandırma – normal iş şəraiti üçün tələb olunan işıqlandırma;
b) qəza işıqlandırma – işıqlandırmanın qəza vaxtı kəsil­mə­si zamanı, işi davam etdirmək üçün istifadə edilən işıqlan­dırma;
v) təxliyə (evakuasiya) üçün işıqlandırma – işıqlan­dır­ma­nın qəza zamanı kəsilməsi zamanı işçilərin iş yerindən başqa etibarlı yerlərə köçürülməsi üçün nəzərdə tutulan işıqlandırma;
q) növbətçi işıqlandırma – iş vaxtından kənar vaxtda müəssi­sə­nin işıqlandırılması.
İşçi süni işıqlandırmaya aid edilir:
a) ümumi işıqlandırma – otağın daxilində müntəzəm və ya avadanlığa nisbətən qeyri-müntəzəm yerləşdirilmiş çıraqlar­la işıqlandırma;
b) yerli işıqlandırma – bilavasitə iş yerlərinin işıqlan­dırıl­ması (təkcə yerli işıqlandırmadan istifadə etmək qadağandır);
v) kombinasiya edilmiş süni işıqlandırma (ümumi və yerli işıqlandırmanın birgə istifadə edilməsi).

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin