Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə59/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   55   56   57   58   59   60   61   62   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Şəkil 3.5. Çıraqların yerləşdirilmə sxemi
a) L = H(1,8 -2,5); b) L = H(1,4 -1,8)
burada H - çıraqla iş səthi arasındakı məsafədir, m.

Qeyri-müntəzəm işıqlanma əmsalı Z orta işıqlanmanın minimal işıqlanmaya nisbətindən tapılır və 1,1-1,3 qəbul olunur.


İşıq selindən istifadə əmsalı ( ) otaq göstəricisindən (I) asılı olaraq (cədvəl 3.10) – dən götürülür:
(6.28)
burada a, b – uyğun olaraq sexin eni və uzunluğu, m;
S – sexin sahəsidir, m2.
Cədvəl 6.5
İşıq selindən istifadə əmsalı ( )-nin qiyməti

İ

0,5

1,0

1,5

2

3

4

5



0,17

0,29

0,34

0,38

0,43

0,45

0,47



MÜHAZİRƏ 7
Səs-küy və ondan mühafizə

Səs-küy insan orqanizminə zərərli təsir edən müxtəlif mənşəli səs dalğalarıdır.


Səs-küyün mənfi təsiri nəticəsində istehsalatda əmək məhsuldarlığının aşağı düşməsi, zay məhsul istehsalı, travma­tiz­min artması müşahidə edilir.
Səs-küy, istehsalat şəraitində, nəqliyyat vasitələrində və məişətdə müşahidə edilir. Səs-küylə mübarizə məsələsi müasir həyatımızın aktual problemlərindəndir.
İstehsalat şəraitində yaranma mənşəyinə görə səs-küy mexaniki, aerodinamik, hidrodinamik və elektromaqnit mənşəli olur.
Mexaniki mənşəli səs-küy maşın və avadanlığın səthləri­nin titrəyişi, maşın hissələrinin birləşmələrində quru sürtünmə və dövrü zərbələr nəticəsində yaranır.
Aerodinamik mənşəli səs-küy qazlarda stasionar və ya qeyri stasionar proseslər nəticəsində yaranan səs-küy sayılır (deşiklərdən sıxılmış hava və ya qazın böyük sürətlə çıxması, borularda hava və ya qaz axını zamanı təzyiqin döyünməsi, havada kiçik hissəciklərin böyük sürətlə hərəkəti və s.).
Hidrodinamik mənşəli səs-küy mayelərdə stasionar və ya qeyri stasionar proseslər nəticəsində yaranan səs-küydür (hidravlik zərbələr, turbolent axın, kavitasiya və bu kimi proseslərdə yaranan səs-küy).
Elektromaqnit mənşəli səs-küyə dəyişən maqnit qüvvələ­rinin təsiri altında elektromexaniki qurğuların elementlərinin rəqsi nəticəsində yaranan səs-küy aid edilir (elektrik maşınla­rının stator və rotorunun, transformatorun nüvəsinin rəqsi və bu kimi proseslərdə yaranan səs-küy).
Mənbəyindən insanların iş yerinə qədər havada yayılan səs-küy “hava səs-küyü” adlanır. Bina divarlarının, örtüklərinin və arakəsmələrinin titrəyən səthləri tərəfindən ötürülən səs-küy isə struktur səs-küyü adlanır.
Səs-küylə müvəffəqiyyətlə mübarizə aparmaq üçün, onun fiziki təbiətini, yaranmasının və yayılmasının əsas qanu­­na­­uy­­ğun­­luqlarını bilmək lazımdır. İstehsalatda səs-küy proble­mi­ni öyrəndikdə, səs dalğalarının hava mühiti ilə insanın eşitmə üzvlərinə təsirini nəzərə alaraq, səs dalğalarının havada yayılması xüsusiyyətlərini fizika kursundan yada salmaq lazımdır.
Səs dalğaları sərbəst və qeyri-sərbəst, dövri və qeyri-dövri, harmonik və qeyri-harmonik, sönən və sönməyən rəqsi hərəkətlərinin nəticəsində yarana bilər. İstehsalat şəraitində yaranan səs-küy, əsasən, müxtəlif sadə və mürəkkəb səs rəqslərinin toplanmasının nəticəsidir.
Səs-küyü xarakterizə edən əsas fiziki kəmiyyətlər – səsin rəqs tezliyi, təzyiqi və intensivliyidir.
Normal insan qulağı 20Hs-dən 20000Hs-ə qədər tezlikli səs dalğalarını qavrayır. 20Hs-ə qədər tezliyi olan səs dalğaları infrasəs, 20000Hs-dən çox tezliyi olan səs dalğaları isə ultrasəs adlanır. İnfrasəs və ultrasəs dalğalarını insan adi səs kimi eşitmir, ancaq bu səs dalğaları insan orqanizminə ehtizaz və titrəyiş kimi təsir edir.
Səs-küyü xarakterizə etmək üçün akustikada əsas göstəricilər loqarifmik miqyasda istifadə edilir. Bir tərəfdən bu, onunla izah edilir ki, praktikada səsin rəqs tezliyi, təzyiqi və intensivliyi çox böyük diapazonlarda dəyişirlər və onları qrafiki təsvir etmək üçün loqarifmik miqyas daha əlverişlidir, digər tərəfdən də insan qulağı bu kəmiyyətlərin mütləq dəyişməsini deyil, nisbi dəyişməsini qavrayır. Məsələn, səs tezliyinin 100Hs-dən 500Hs-ə qədər dəyişməsini və ya 1000Hs-dən 5000Hs-ə qədər dəyişməsini insan qulağı eyni cür qavrayır.
Səs dalğalarının yayıldığı mühit səs sahəsi adlanır. Səs sahəsində mühitin hissəcikləri dövri rəqs edir və dövri olaraq onların sürəti və təzyiq qüvvəsi dəyişir. Səs-küyü xarakterizə edən əsaskəmiyyətlərdən birini – səsin intensivliyini xarakte­rizə etmək üçün vahid enerji xarakteristikasından istifadə edilir. Səsin intensivliyi səs dalğasının, vahid zamanda, yayılma istiqamətinə perpendikulyar vahid səthdən keçirdiyi enerji kimi qiymətləndirilir:


(7.1)

burada E– rəqs edən elastik mühitin vahid həcminin səs ener­jisi­dir (bu kəmiyyət vahid həcmin səs enerji sıxlığı adlanır);


c– səsin mühitdə yayılma sürətidir.

Səs intensivliyinin ölçü vahidi W/m2 istifadə edilir. Akustikada səs sahəsi üçün səsin intensivliyi səs şiddəti də adlanır.


Açıq səs sahəsində səthi səs dalğası üçün intensivlik və səs təzyiqi aşağıdakı asılılıq ilə bağlıdır:


(7.2)
burada P – səs təzyiqinin orta kvadrat qiymətidir, Pа;
–mühitin xüsusi akustik müqaviməti adlanır, hava üçün 200C – də = 4,1 ×107 Pa/ san.
Səs şiddəti səs rəqslərinin intensivliyini xarakterizə edən fiziki kəmiyyətdir. İnsan, onu subyektiv olaraq səsin gurluğu kimi qiymətləndirir. Normal insan qulağı elə səsləri qəbul etmək bacarığına malikdir ki, onların intensivliyi müəyyən minimal qiymətdən yüksək olsun. Bu minimal qiymət, müxtəlif tezlikli səs üçün müxtəlifdir və səsin eşidilmə astanası adlanır.
Səsin eşidilmə astanasında insan qulağının ən yaxşı qavradığı φ=1000Hs tezlikdə səs intensivliyinin minimal qiyməti və ona uyğun olan minimal səs təzyiqi:



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin