Kəy/ key - çox yaxşı; möhkəm, əsaslı:
Ol at ilən ol kişi meydan ara,
Kəy bəhadirliğ qılur, cövlan ara. Öncə qeyd edək ki, bu beyt yalnız tərcümənin Bakı nüsxəsindədir: beyt işlənən hissə (21 - ci hədis) bütövlüklə Bursa nüsxəsində yoxdur.
"Kəy" qədim türk sözlərindəndir və Mahmud Qaşğarinin lüğətində (70,294), eləcə də Yuqnəqinin "Ətəbatül - həqayiq", əsərində (70,294) və "Kitab əl - idrak" da (23,120) qeydə alınmışdır. Bu söz Azərbaycan yazılı abidələrindən “Dastanı-Əhməd Hərami” də (16, 87) və Şirazinin “Gülşəni - raz” tərcüməsində (49,120) də eyni mənada işlənmişdir.