Imızqanmaq - yuxulamaq, mürgüləmək, azacıq uyumaq:
Var idi Tövrit içində yazılu,
Tanrı uyumaz, həm ımızqanmaz deyü.
Qədim türk mətnlərində rast gəlmədiyimiz bu fel orta çağlar türkdilli yazılı abidələrindən Qütbün "Xosrov və Şirin" tərcüməsində və XIV-XVIII əsrlərə aid Osmanlı ədəbiyyatında işlənmişdir (75, 415; 108, III, 1946-1948). Prof. Ə. Nəcib bu felin Rəbğuzinin "Qisəsül-ənbiya" əsərində "ımızğa bolmaq" şəklində işləndiyini və onun "ımız" ismindən əmələ gəldiyini qeyd edir (75, 415). Maraqlıdır ki, bu fel çağdaş türk dillərindən heç birində işlənmir (75, 415).
Onmaq- düzəlmək, yaxşılaşmaq:
Görəyim heç çarə olurmı ana,
Var ümmidim ki, bu iş bütdən ona. Mahmud Qaşğari bu sözün “sağ”, “sağ tərəf” mənalarını qeyd etmişdir (I, 41). Qütb Xarəzmi “on” sözünü eyni mənada, həm də “yaxşı” anlamında işlətmişdir ki, sonuncu məna bizim nümunəmizdəki “onmaq” felinə uyğun gəlir. “Onmaq” felinə digər yazılı abidələrdə rast gəlməsək də, onunla eyniköklü “onulmaq” (yaxşılaşmaq) və “onarmaq” (düzəltmək, yaxşılaşmaq, sağalmaq) feli qədim və orta çağlara aid mətnlərdə bol-bol işlənmişdir )DNC 386 (کوچور ص ۹۸. “Onarmaq” felinin Füzulinin dilində işləndiyini qeyd edən Q.Bağırov onun kökündə “on”, “ön” lekseminin dayandığını yazır. Maraqlıdır ki, “onmaq”/”önərmək” feli dilimizin bir sıra şivələrində qorunub saxlanmışdır (R.R, 33).