HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə148/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   144   145   146   147   148   149   150   151   ...   170
§ 4. Si­no­nim­lər
Mə'lum ol­du­ğu ki­mi, "si­no­nim əsas məna­sı­na gö­rə müt­ləq və ya nis­bi ey­niy­yə­t təş­kil edən, la­kin for­ma­sı­na və əla­və məna­sı­na gö­rə fərq­lə­nən söz­lər­dir" (19, 122). Be­lə söz­lər cüm­lə­də, adə­tən, fik­rin da­ha ay­dın və dol­ğun­lu­ğu, eləcə də ifa­də­li­liyi və rən­ga­rəng­li­yi üçün iş­lə­di­lir. Si­no­nim­lə­rin düz­gün se­çil­mə­si və yer­li-ye­rin­də iş­lə­dil­mə­si şair və ya­zı­çı­la­rın, elə­cə də tər­cü­mə­çi­lə­rin can­lı xalq di­li­nə nə də­rə­cə­də bə­lədliyini gös­tə­rən başlıca amil­lər­dən bi­ri sa­yı­lır. Si­no­nim­lər müasir ədə­bi dil­imizdə ol­du­ğu ki­mi, klass­ik ədə­biy­yat­da da, əsa­sən, üs­lu­bi mə­qam­lar­da iş­lən­miş və di­lin yeni-yeni sözlərlə zən­gin­ləş­mə­si­nə xid­mət et­miş­dir. La­kin müasir ədə­bi di­li­miz­dən fərq­li ola­raq, klas­sik ədə­biy­yat­da si­no­nim­lə­rin iş­lə­dil­mə­sin­də bir xü­su­siy­yət qa­ba­rıq şə­kil­də özü­nü gös­tə­rir. Bu, klas­sik poe­zi­ya­da, xü­su­si­lə də onun qə­zəl jan­rın­da bol-bol iş­lə­nən ərəb və fars söz­lə­ri ilə ya­na­şı, on­la­rın türk­cə tam qar­şı­lıq­la­rı­nın da qo­şa ver­il­mə­si­dir. Be­lə bir hal, xü­su­si­lə, İmadəddin Nə­si­mi şeirlə­ri üçün ol­duq­ca sə­ciy­yə­vi­dir (39, 17-18). Belə ki, şair "he­sab", "li­san", "bə­yaz", "hökm", "məkr", "pün­han", "atəş", "zülf", "ləb" və s. ki­mi ərəb və fars söz­lə­ri­nin Azər­bac­yan türk­cə­sin­də­ki müt­ləq si­no­nim­lə­ri­ni də - "say", "dil", "ağ", "buy­ruq", "al", "giz­li", "od", "saç", "dodaq" - ey­ni mis­ra və ya beyt da­xi­lin­də iş­lə­də­rək (39, 17-18), bu­nun­la da, bir növ, ana di­li­nin ərəb və fars dil­lə­rin­dən heç də ge­ri qal­ma­dı­ğı­nı ya­da sal­maq və vurğulamaq is­tə­miş­dir. Ümum­xalq da­nı­şıq di­li üs­lu­bun­da qə­lə­mə alın­mış əsər­lər­də, xü­su­si­lə də "Ki­ta­bi-Də­də Qor­qud" eposunda və "Şü­hə­da­na­mə", "Şeyx Səfi təzkirəsi" ki­mi irihəcmli nəsr abi­də­lə­rin­də, elə­cə də məs­nə­vi şək­lin­də ya­zıl­mış epik şeir ör­nək­lə­rin­də -"Das­ta­ni-Əh­məd Hə­ra­mi"də, Yu­sif Məd­da­hın "Vər­qa və Gül­şah", Su­li Fə­qi­hin "Yu­sif və Zü­ley­xa" əsər­lə­rin­də isə si­no­nim­lə­rin iş­lə­dil­mə­sin­də ana di­li­nin öz söz­lə­ri­nə da­ha çox üs­tün­lük ve­ril­miş­dir (17, 28-29; 41, 32). Prof. Ə. Də­mir­çi­za­də və prof. T. Ha­cı­yev türk mən­şə­li si­no­nim söz­lə­rin qo­şa iş­lə­dil­mə­si­ni haq­lı ola­raq tay­fa dil­lə­ri ilə bağ­la­yır­lar (17, 28; 27, 70). Be­lə bir hal, yəni müx­tə­lif türk tay­fa­la­rı­na, xü­su­si­lə də oğuz­la­ra və qıp­çaq­la­ra xas olan söz­lə­rin qo­şa iş­lə­dil­mə­si türk­dil­li baş­qa ya­zı­lı abi­də­lər­də də qey­də alın­mış­dır (76, 57-79).

Hə­zi­ni­nin "Hə­di­si-ər­bəin" tər­cü­mə­sin­də Nə­si­mi di­va­nı və Xə­tai­nin "Dəh­na­mə" məs­nə­vi­si ilə mü­qa­yi­sə­də si­no­nim­lər çox da ge­niş təm­sil olun­ma­sa da, on­la­rın iş­lə­dil­mə­sin­də yu­xa­rı­da qeyd et­di­yi­miz hər iki xü­su­siy­yət özü­nü qabarıq şəkildə gös­tə­rir. Hə­zi­ni ey­ni mis­ra və ya beyt da­xi­lin­də həm əc­nə­bi söz­lər­dən iba­rət si­no­nim­lə­ri, həm də ana di­li­nə xas məna­ca onlara uy­ğun gələn söz­lə­ri qo­şa iş­lə­dir. Tər­cü­mə­də ya­na­şı iş­lən­miş si­no­nim­lə­ri mən­şə eti­ba­rı ilə aşa­ğı­da­kı ki­mi qrup­laş­dır­maq olar:

a) Ərəb və fars söz­lə­rin­dən iba­rət olan si­no­nim­lər : əcr-sə­vab, ah-fə­ğan, məq­bun-hə­zin, zar-hə­zin, təb­dil-təğ­yir, tu-rəğ­bət, xeyr- eh­san, fə­qir-mis­kin, şükr-si­pas, xür­rəm-xən­dan, tə'n-sər­zə­niş. Bu qrup si­no­nim­lər ək­sər hal­lar­da "və" bağ­la­yı­cı­sı ilə iş­lə­nir və "ü" kimi tələffüz olunur. Mə­sə­lən: "Cüm­lə­si əg­ni­nə gey­miş xoş li­bas, Yüz­lə­ri ağ, iş­lə­ri şük­rü si­pas"; "Ol ara­da var idi bir nov­cə­van, Bən­zi sa­ru, işi ah ilən ­ğan"; "Dön­di qəb­ri­nə qü­bur əh­li qa­mu, Xür­­ xən­dan olub ki­çi-ulu"; "Mun­la­rın için­də sən za­ ­zin, Sən­dən öz­gə cüm­lə fə­rax, ey əmin" və s. Nü­mu­nə­lər­dən gö­rün­dü­yü ki­mi, bu söz­lə­rin ço­xu in­di də ədəbi di­li­miz­də iş­lə­nir.

Hə­zi­ni ərəb və fars söz­lə­ri­ni "et­mək""qıl­maq" kö­mək­çi fellə­ri ilə bir­gə də si­no­nim ki­mi iş­lət­miş­dir.



b) Bi­ri türk mən­şə­li, o bi­ri isə alın­ma söz­lər­dən iba­rət olan si­no­nim­lər: əl - dəst, sor­ğu - he­sab, yey­gü - təam. Hə­zi­ni bi­rin­ci iki si­no­nim sö­zü ey­ni beyt­də, so­nun­cu­nu isə bir-bi­rin­dən aza­cıq ara­lı iki ay­rı-ay­rı beyt­də iş­lət­miş­dir: "Ki­çi­si qoy­dı əlin od üs­ti­nə, Bar­ma­ğın yan­dır­dı ol dəm dəs­ti­"; "Çün ola məh­şər gü­ni sor­ğu-he­sab, Ki­mə rəh­mət ve­ri­lə, ki­mə əzab"; "Fa­ti­mə de­di ki, bil­lah, ey hü­mam, Ya­nı­mız­da yox­dur hər­giz təam; Di­lə­rəm ki, on­la­ra yey­ alam, Kim, ola­rın kön­li­ni xür­rəm qı­lam". Hə­zi­ni­nin iş­lət­di­yi "yü­zi mah" - "mah­li­qa" si­no­nim­lə­ri­ni də bu qru­pa da­xil et­mək olar. Tər­cü­mə­çi bu­ra­da "mah­li­qa" mü­rək­kəb sö­zü­nün qar­şı­lı­ğı­nı ya­rı türk­cə (yü­zi), ya­rı fars­ca (mah) ver­miş­dir. Bu qə­bil­dən olan ya­na­şı iş­lən­miş si­no­nim­lə­rin ço­xu­nu fellər təş­kil edir. Hə­zi­ni­nin iş­lət­di­yi feli si­no­nim­lə­rin bir tə­rə­fi­ni yal­nız türk mən­şə­li sa­də fellər, o bi­ri tə­rə­fi­ni isə ərəb və fars isim­lə­ri ilə "qıl­maq", "et­mək", "ol­maq" kö­mək­çi fellə­rin­dən iba­rət mü­rək­kəb -tərkibi fellər təş­kil edir: "ərz et­mək" -"söy­lə­mək"; "tərk et­mək" - "get­mək"; "əfv et­mək" -"yar­lı­ğa­maq"; "din­lə­mək" - "guş et­mək"; "ağ­la­maq" - "fər­yad qıl­maq"; "çe­vir­mək" - "təb­dil ol­maq", "şərh et­mək"- "de­mək" və s. Mə­sə­lən: "Yox, əgər yan­dır­sa tərk et­mək gə­rək, Öz­gə tan­rı is­tə­yü get­mək gə­rək"; "Şad­lıx­dan ol cə­maət cüm­lə­si, ­la­yıb fər­yad qıl­­lar bə­si"; "De­di, dur­sa mal bir ne­çə zə­man, Çe­vi­rib təb­dil olur bil­gil əyan". "Ma­li­ki-İs­lam ana ərz ey­­di, Tui rəğ­bət­lən şə­ha­dət ­­di" və s. Bu qə­bil­dən olan feli si­no­nim­lə­rin hər iki tə­rə­fi bəzən mü­rək­kəb-tərkibi fellər də olur: "ün çək­mək" - "za­ri qıl­maq" - "növ­hə et­mək", "ya­nıb-ya­xıl­maq". Mə­sə­lən: "Növ­ edib, ün çə­kib, za­ri ­lıb, Ağ­la­şa­lım ba­rı, ya­nıb-ya­­lıb". Gö­rün­dü­yü ki­mi, is­tər yu­xa­rı­da­ki nü­mu­nə­lər­də, is­tər­sə də bu beyt­də feli si­no­nim­lər­dən bi­rin­ci­lə­ri çox vaxt feli bağ­la­ma şək­lin­də iş­lə­nir.

c) Türk mən­şə­li söz­lər­dən iba­rət olan si­no­nim­lər. Bu qə­bil­dən olan si­no­nim­lər tər­cü­mə­də az­lıq təşkil edir və yal­nız feli si­no­nim­lər­dən iba­rət­dir: ye­ri-var, qu­laq ol-din­lə­gil, va­ra­lım-ge­də­lim, ox­ra­nur-kiş­nər, uyu­maz-ımız­qan­maz, al-gö­tür və s. Mə­sə­lən: "Sən Mə­həm­məd hör­mə­ti­nə ye­ri-var, Qıl­gil ana ha­lı­mı­zı aşi­kar"; "Ox­ra­nur-kiş­nər, ün ey­lər bi­mə­həl, An­da var­dır mün­ca bu ka­ri-də­ğəl"; "Var idi Töv­rit için­də ya­zı­lu, Tan­rı uyu­maz, həm ımız­ğan­maz de­yü", "Al-­tür anı kim, azad ey­lə­yim, Mən özüm­çün ol gu­nə zad ey­lə­yim" və s. Ma­raq­lı­dır ki, XVI əsr Azərbaycan tərcümə abidəsi "Kə­va­mi­lüt-tə'bir"də də hər iki kom­po­nen­ti türk mən­şə­li söz­lər­dən iba­rət lek­sik pa­ra­lel­lər­dən ço­xu­nu feli si­no­nim­lər təş­kil edir (64, 71).



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin