HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


§ 6. TƏRCÜMƏ­NİN FRA­ZEO­LO­Gİ­YA­SI



Yüklə 3,06 Mb.
səhifə150/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   146   147   148   149   150   151   152   153   ...   170
§ 6. TƏRCÜMƏ­NİN FRA­ZEO­LO­Gİ­YA­SI
Orta əsr­lər Azər­bay­can ya­zı­lı abi­də­lə­ri­nin fra­zeo­lo­gi­ya­sı­nın öy­rə­nil­mə­si dil ta­ri­xi­nin hər­tə­rəf­li araş­dı­rıl­ma­sı işi­nə xid­mət edir və bu ba­xım­dan xü­su­si əhə­miy­yət da­şı­yır. Fra­zeo­lo­gi­ya­nın ta­ri­xi as­pekt­də öy­rə­nil­mə­si­ni yük­sək dəyərlən­di­rən prof. T.Ha­cı­yev ya­zır: "Fra­zeo­lo­gi­ya in­san şüu­ru­nun ha­zır­la­­ğı ilk ­dii məh­sul­dur... ­bii ki, di­lin in­ki­şaf ­viy­­si abs­trak­si­ya qa­bi­liy­­ti ilə öl­çü­lür­, de­­li, fra­zeo­lo­ji zən­gin­lik bu in­ki­şa­fın ­hüm gös­­ri­ci­­rin­dən­dir" (27, 4).

Ay­rı-ay­rı ya­zı­lı abi­də­lə­ri­miz­də iş­lənil­miş fra­zeo­lo­ji va­hid­lə­rin öy­rə­nil­mə­si sa­hə­sin­də müəy­yən iş­lər gö­rül­sə də (9, 27-34; 18, 34-35; 92, 84-90 ; 31, 325-333 ), bü­töv­lük­də gö­tür­dük­də, di­li­mi­zin ta­ri­xi fra­zeo­lo­gi­ya­sı ədəbi dil ta­ri­xi­nin baş­qa sa­hə­lə­ri­nə nis­bə­tən az öy­rə­nil­miş­dir. Bu­nun üçün, ilk növ­bə­də, or­ta əsr­lər ya­zı­lı abi­də­lə­rin­də­ki fra­zeo­lo­ji va­hi­dlə­ri ay­rı-ay­rı­lıq­da öy­rən­mək, on­la­rın ədə­bi dil­də iş­lən­mə ta­ri­xi­ni iz­lə­mək, ümu­mi­ləş­dir­mə­lər apar­maq və ən baş­lı­ca­sı, di­li­mi­zin ta­ri­xi fra­zeo­lo­ji lü­ğə­ti­ni ha­zır­la­maq gə­rək­dir. Bu ­ba­xım­dan Hə­zi­ni­nin "Hə­di­si-ər­bəin" tər­cü­mə­si­ni zən­gin və də­yər­li qay­naq­lar­dan bi­ri he­sab et­mək olar. Be­lə ki, abi­də­də təm­sil olun­muş fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı ay­rı-ay­rı ya­zı­lı abi­də­lər­lə mü­qa­yi­sə­də qat-qat çox­dur. Mə­sə­lən, Yu­sif Məd­da­hın "Vər­qa və Gül­şah" məs­nə­vi­sin­də cə­mi 20 sa­bit söz bir­ləş­mə­si qey­də alın­dı­ğı hal­da (18, 34-35), bi­zim abi­də­də bu rə­qəm 150-yə ya­xın­dır. Hal­bu­ki, bu əsər­də də Hə­zi­ni­nin tər­cü­mə­sin­də ol­du­ğu ki­mi, ümum­xalq da­nı­şıq di­li­nin xü­su­siy­yət­lə­ri qa­ba­rıq şə­kil­də özü­nü gös­tə­rir (18, 52). Baş­qa söz­lə de­sək, xalq di­lin­dən gə­lən sa­bit söz bir­ləş­mə­lə­ri üçün ge­niş im­kan­lar var. Xa­tır­la­daq ki, Yu­sif Məd­da­hın məs­nə­vi­si həcm­cə "Hə­di­si-ər­bəin" tər­cü­mə­si­nin Ba­kı nüs­xə­sin­dən xeyli ki­çik­dir - əsər 1700 beyt­dən iba­rət­dir (18, 3).

Ay­dın­dır ki, nəsr əsər­lə­rin­də fra­zeo­lo­ji va­hid­lə­rin iş­lən­mə im­ka­nı nəzm­lə qə­lə­mə alın­mış əsər­lə­rə ni­s­bətən da­ha çox­dur. Mə­sə­lən, "Ki­ta­bi-Də­də Qor­qud"eposunun Drez­den nüs­xə­sin­də fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı 300-dən çox­dur (9, 28). La­kin unut­maq ol­maz ki, "Ki­ta­bi-Də­də Qor­qud" ya­zı­lı das­tan abi­də­si­dir və tə­bii ki, folk­lor nüs­xə­sin­də fra­zeo­lo­ji va­hid­lə­rin çə­ki­si baş­qa əsər­lər­lə nis­bət­də nəzərə çarpacaq dərəcədə çox ol­ma­lı­dır. Bun­dan əla­və, Hə­zi­ni tər­cü­mə­si­nin həc­mi "Ki­ta­bi-Də­də Qor­qud" das­tan­la­rı ilə müqa­yi­sə­də nə­zə­rə çar­pa­caq də­rə­cə­də ki­çik­dir. Bu­nu da nə­zə­rə al­dıq­da hər iki əsər­də­ki fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı ara­sın­da­kı fərqi çox da bö­yük he­sab et­mə­mə­li­yik. Mü­qa­yi­sə üçün bu­nu da qeyd edək ki, həcm­cə "Hə­di­si-ər­bəin" tər­cü­mə­si ilə təxminən üst-üstə düşən "İx­ti­ya­ra­ti-qə­vai­di-kül­liy­yə"də (90 və­rəq­dir) fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı 50-yə ya­xın­dır (69, 88). Düz­dür, bu­ra­da hə­min əsə­rin el­mi möv­zu­da ya­zıl­ma­sı ami­li də nə­zə­rə alın­ma­lı­dır. "'lum ol­du­ğu ki­mi, el­mi əsər­lər­ söz­lər no­mi­na­tiv an­lam­lar­da ­­di­lir" (69, 87-88). La­kin unut­maq ol­maz ki, əsər can­lı da­nı­şıq di­lin­də ya­zıl­mış­dır (69, 88), bu isə öz-öz­lü­yün­də sa­də xalq di­lin­dən gə­lən ifa­də­lə­rin el­mi mətn­də də özü­nə ge­niş yer tut­ma­sı de­mək­dir.

Həzininin tərcüməsində qey­də al­dı­ğı­mız fra­zeo­lo­ji va­hid­lə­rin bö­yük bir qis­mi heç bir də­yi­şik­siz müasir ədəbi di­li­miz­də də iş­lə­nir, müəy­yən bir his­sə­si lek­sik də­yi­şik­li­yə uğ­ra­mış, bəzi­lə­ri isə ədə­bi di­li­miz­də və­tən­daş­lıq hü­qu­qu qa­za­na bil­mə­miş­dir. So­nun­cu­lar içə­ri­sin­də fars di­lin­dən "kal­ka" yo­lu ilə dü­zəl­miş sa­bit söz bir­ləş­mə­lə­ri üs­tün­lük təş­kil edir.

Tərcümənin sa­bit söz bir­ləş­mə­lə­ri əsa­sən feli fra­zeo­lo­ji ifa­də­lər­dən iba­rət­dir. Qeyd edək ki, baş­qa ya­zı­lı abi­də­lər­də də və­ziy­yət ey­ni­lə be­lə­dir (bax:11, 28-34; 88-90; 41, 34-35). Baş söz­lə­ri isim­lər­dən iba­rət olan bu sa­bit söz bir­ləş­mə­lə­ri­nin otuz­dan ço­xun­da fel kom­po­nen­ti­ni "çək­mək" "dut­maq", "düş­mək","gəl­mək","çək­mək" "urmaq" fellə­ri təş­kil edir. İlk ön­cə hə­min sa­bit söz bir­ləş­mə­lə­ri­ni nə­zər­dən ke­çi­rək.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin