HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


"Düş­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş sa­bit söz bir­ləş­mə­lə­rin­dən



Yüklə 3,06 Mb.
səhifə153/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   149   150   151   152   153   154   155   156   ...   170
"Düş­mək" feli­nin iş­ti­ra­kı ilə dü­zəl­miş sa­bit söz bir­ləş­mə­lə­rin­dən ço­xu ey­ni­lə müasir ədəbi di­li­miz­də də iş­lə­nir: "aya­ğı­na düş­mək", "ələ düş­mək", "işi düş­mək", "oda düş­mək", "xəs­ düş­mək". Məsələn : "Ayağına düşdi, həm öpdi əlin, Dedi əfv et cürmimi, ey pakdin" ; "Verəsən anı ələ düşgəc dedi,Vardı ol ərəbi üstə istədi" ; "Kufədə dedi nəgahin bir gecə, Bir işim düşdi, eşitgil, ey xacə".

İkinci nümunədəki "ələ düşmək" frazeloji birləşməsi göründüyü kimi feli bağlama formasındadır : "ələ düşgəc". Bursa nüsxəsinin katibi bu numünədəki daha əski – gəc feli bağlama şəkilçisini – cək şəkilçisi ilə əvəzlənmişdir : "ələ düşcək"(41a).

Qeyd edək ki, "xəstə düşmək" fra­zeo­lo­ji va­hi­dinə or­ta əsr­lər ya­zı­lı abi­də­lə­rin­də da­ha çox "say­ru düş­mək" şək­lin­də rast gə­li­rik (35, 79; Şüh.121, 175b), XVIII-XIX əsr­lər Azər­bay­can ədə­biy­ya­tın­da isə müasir ədəbi di­li­miz­də ol­du­ğu ki­mi, fars mən­şə­li "xəs­tə" sö­zü türk mən­şə­li "say­ru" sö­zü­nü sı­xış­dı­rıb ara­dan çı­xar­mış və "say­ru düş­mək" fra­zeo­lo­ji va­hi­di "xəs­tə düş­mək" ki­mi işlən­miş­dir (8, IV, 319).

Tər­cü­mə­də­ki "qə­mə düş­mək" ("De­di, sən də­xi söy­lə­gil, ya Fa­ti­mə, Düş­­şəm bu iş içün qa­tı ­") fra­zeo­lo­ji va­hi­di is­ə müasir ədəbi di­li­miz­də "qə­mə bat­maq" şək­lin­də iş­lə­nir. Bu fra­zeo­lo­ji va­hi­din va­rian­tı - "möh­nə­tə düş­mək" ("Cən­nət əh­li va­sil ol­muş, cən­nə­tə, Həm cə­hən­nəm əh­li düş­müş möh­­) isə müasir ədəbi di­li­miz­də iş­lən­mir.

"Düş­mək" feli ilə dü­zəl­miş da­ha bir fra­zeo­lo­ji va­hid müasir ədə­bi di­li­miz üçün ar­xaik sa­yı­lır. Bu, fars mən­şə­li "rə­van" (ge­dən) sö­zü ilə dü­zəl­miş "rə­va­nı düş­mək" fra­zeo­lo­ji va­hid­dir: "Düş­di bir yer­də ­va­ ol əziz, Süf­rə aç­dı­lar ögün­də tez-tez". Bu sa­bit söz bir­ləş­mə­si­nin müasir ədəbi di­li­miz­də­ki qar­şı­lı­ğı "yo­lu düş­mək" fra­zeo­lo­ji va­hi­di­dir.

Yeri gəlmişkən qeyd edək ki, tərcümədə bu birləşmənin sinonim : olan "yolu irişmək" frazeologizmi də işlənmişdir : "Həccə gedərdim dedi mən bir zəman, Kufəyə irişdi yolum nagəhan". Göründüyü kimi, frazeoloji birləşmənin bu variantında "düşmək" sözünün əvəzinə "irişmək" işlənmişdir.

Tərcümədə "düşmək" feli ilə düzəlmiş "bazarı düşmək" frazeoloji birləşməsi də işlənmişdir : "Söylədi Allah səninlə neylədi, Necə düşdi anda bazarın dedi" (2b).

Müasir əbədi dilimiz üçün arxaik səciyyə daşıyan bu frazeoloji birləşmə burada "işi düzgəlmək"anlamında işlənmişdir.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin