HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə158/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   154   155   156   157   158   159   160   161   ...   170
Fik­rə var­maq: "Mus­tə­fa­yə de­di­lər uş­bu sö­zi, Fik­ var­ bir dəm an­da kən­dö­zi". Bu fra­zeo­lo­ji va­hi­din əvə­zi­nə müasir ədə­bi di­li­miz­də "fik­rə get­mək" sa­bit söz bir­ləş­mə­si iş­lə­nir. Yu­xa­rı­da­kı fra­zeo­lo­ji va­hid­dən fərq­li ola­raq, bu sa­bit söz bir­ləş­mə­si­nin müasir ədə­bi di­li­miz­də­ki qar­şı­lı­ğın­da baş söz yox, fel də­yiş­miş, "var­maq" feli­ni onun si­no­ni­mi olan "get­mək" əvəz et­miş­dir. Ey­ni söz­lər tər­cü­mə­də­ki "hey­rə­tə var­maq" fra­zeo­lo­ji va­rian­tı­na da aid­dir: "Hər bi­ri­ni qab­la­mış da­şın bi­ri, Hey­­­ var­ mə­lək­lər yer-ye­ri". Bu fra­zeo­lo­ji va­hid müasir ədə­bi di­li­miz­də "hey­rə­tə gəl­mək (dal­maq)" şək­lin­də iş­lə­nir.

Tər­cü­mə­də "fi­kir" sö­zü­nün iş­ti­ra­kı ilə dü­zəl­miş "fik­rə bat­maq" və "fik­ri­ni gö­tür­mək" fra­zeo­lo­ji va­hid­lə­ri də iş­lən­miş­dir: "Çün xa­cə­lər eşit­di bu sö­zi, Fik­ bat­­lar ge­cə­si-gün­dü­zi"; "Sən əya­lım fik­ri­ni mən­dən ­tür, An­la­rın riz­qi­ni lüt­fin­dən ye­tür". Birinci fra­zeo­lo­ji va­hid müasir ədə­bi di­li­miz­də "fik­rə qərq ol­maq (dal­maq)" şək­lin­də iş­lə­nir. İkinci fra­zeo­lo­ji va­hi­də isə da­ha çox "fik­ri­ni da­ğıt­maq" sa­bit söz bir­ləş­mə­si uy­ğun gə­lir.

Ərəb mən­şə­li "qəm", "la­yiq", "mu­rad", "ömür" söz­lə­ri­nin iş­ti­ra­kı ilə dü­zəl­miş aşa­ğı­da­kı sa­bit söz bir­ləş­mə­lə­ri isə heç bir də­yi­şik­siz müasir ədə­bi di­li­miz­də də iş­lə­nir:

"Qəm ye­mək": "Pəs de­di kim, ya Mə­həm­məd, şad ol, Qəm ye­, qay­ğu­dan azad ol". Tərcümədə bu sa­bit söz bir­ləş­mə­si­nin "qay­ğu ye­mək" va­rian­tı da iş­lən­miş­dir: "Pəs bi­li­niz uşa­ğı şad ey­lə­mək, Həm anın riz­qi içün qay­ğu ye­mək". Ma­raq­lı­dır ki, türk mən­şə­li "qay­ğu" is­mi­nin iş­ti­ra­kı ilə dü­zəl­miş so­nun­cu ifa­də di­li­miz­də və­tən­daş­lıq hü­qu­qu qa­za­na bil­mə­miş, birinci ifa­də isə özü­nə yer tu­ta bil­miş­dir. Ye­ri gəl­miş­kən qeyd edək ki, tər­cü­mə­də "qay­ğu" sö­zü əsa­sın­da düz­lə­miş "qay­ğu­dan çı­xar­maq" ifa­də­si də iş­lən­miş­dir: "Şad olub cüm­lə de­di­lər ye­ri-var, Anı öl­dür, bi­zi qay­ğu­dan çı­xar". "Qəm­dən qur­tar­maq" məna­sı­nı da­şı­yan bu fra­zeo­lo­ji va­hid də müasir ədə­bi di­li­miz­də iş­lən­mir.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin