HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə160/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   156   157   158   159   160   161   162   163   ...   170
Əl­dən sal­maq - əl­dən qoy­maq, bu­rax­maq: "De­di, qər­daş mən mü­səl­man ol­ma­zam, Od qul­lu­ğın [əs­la] əl­dən sal­ma­zam". Bu ifa­də isə yu­xa­rı­da­kın­dan fərq­li ola­raq, müasir ədə­bi di­li­miz­də ta­ma­mi­lə baş­qa məna­da iş­lə­nə­rək "çox yor­maq", əziy­yət ver­mək, üz­mək" an­lam­la­rı­nı bil­di­rir (7, II, 255).

Həzini eyni mənada "əldən qoymaq" frazeoloji birləşməsini də işlətmişdir : "Çünki bu növə məratib buldı ol, Qoymadı əldən ölüncə doğru yol".



"Əl götürmək" fraseoloji birləşməsi də tərcümədə müasir ədəbi dilimizlə müqayisədə fərqli şəkildə işlənmişdir : "Əl götürdi, xoş münacat eylədi, Xaliqinə ərzi – hacət eylədi". Beytin ümumi məzmunundan göründüyü kimi, "əl götürmək" burada "dua üçün əl açmaq" mənasında işlənmiçdir. Qeyd edək ki, müasir ədəbi dilimizdə "əl götürmək" frazeoloji birləşməsi "əl çəkmək" anlamını daşıyır.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin