HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə166/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   162   163   164   165   166   167   168   169   170
Çev­rə al­maq: "Çün­ki va­rıb, çev­rə al­dı­lar anı, İs­tə­di­lər ki, dö­kə­lər an­dan qa­nı". Bu fra­zeo­lo­ji va­hi­din müasir va­rian­tın­da isə baş söz də­yiş­miş­dir: "döv­rə­yə al­maq".

Tərcümədə az da olsa ismi frazeoloji birləşmələr də işlənmişdir: can qulağı, yıxux könül. Məsələn: "Can qulağilən yenə guş eyləgil, Dünya şüğlini fəramuş eyləgil"; “Bu sözün üstündə bağlandı nəfəs, Can quşi seyr etdi, boş qaldı qəfəs”. Kim filanın könlini şad eylədin, “Can quşi” birləəşməsinə isə az – azs hallarda təsədüf olunur. Bu sözün sinonimi olan və birinci tərəfi fars mənşəli, ikinci tərəfi ərəb mənşəli “mürği - ruh” (ruh – can quşı) birləşməsi isə klassik ədəbiyyatda bol – bol işlənir. Həzini də onu yuxarıdakı beytdən sonrakı beytdə işlətmişdir: “Seyr qıldı mürği – ruhi cənnətə, Qərq oldı dürlü – dürlü nemətə”. Həzini həmçinin “əqli quşu” birləşməsini də işlətmişdir. “Çünki eşidə yemək adın kişi, Ər gərək ki, uşmaya əqli quşi”. Sol yıxux könlini abad eylədin. Bu birləşmələlərdən birincisi "can qulağı" tərcümədə (eləcə də digər klassik Azərbaycan – türk əsərlərində) geniş təmsil olunmuşdur və müasir ədəbi dilimizdə işlənmir. "Yıxux könül" sabit söz birləşməsi ilə müasir ədəbi dilimizdə "sınıq qəlb" şəklində işlənir. Göründüyü kimi tərcümədəki bu birləşmənin hər iki tərəfi türk- mənşəli sözdür, müasir ədəbi dilimizdəki variantda isə ikinci tərəf ərəb mənşəli "qəlb" sözüdür.



Be­lə­lik­lə, XVI əsr Azərbaycan tərcümə abidəsi Hə­zi­ni­nin "Hə­di­si-ər­bəin" tər­cü­mə­si"nin sə­ciy­yə­vi lek­sik xü­su­siy­yət­lə­ri onun zən­gin lü­ğət tər­ki­bi­nə ma­lik ol­ma­sı­nı və ta­ri­xi lek­si­ko­lo­gi­ya ilə bağ­lı gə­lə­cək san­bal­lı araşdırmalar­da bu dəyərli klassik poetik tərcümə nümunəsinin də mü­va­fiq dil fakt­la­rın­dan is­ti­fa­də edil­mə­si­nin zə­ru­ri­li­yi­ni və əhəmiyyətini gös­tə­rir.

NƏTİCƏ


  1. Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixində XVI yüzilliyin özünəməxsus yeri və çəkisi vardır. Bu dövr ədəbiyyatı ilk növbədə ədəbi hadisələrin zənginliyi və rəngarəngliyi, eləcə də bir sıra ədəbi yenilikləri ilə səciyyələnir. Heca vəznli şerin divan ədəbiyyatına gəlişi (Şah İsmayıl Xətai), ana dilimizdə ilk bədii nəsr əsərlərinin yaranması (Məhəmməd Füzuli), türkcə poeziyanın farsdilli poeziya ilə müqayisədə aparıcı mövqe tutması və nəhayət, yeni bir ədəbi məktəbin (Füzuli ədəbi məktəbinin) bünövrəsinin qoyulması məhz bu dövrdə baş verir. Yüzilliyin mühüm ədəbi hadisələrindən biri də çoxsaylı orijinal əsərlərlə yanaşı, ərəb və fars dillərindən çevrilmiş bir sıra bədii tərcümə nümunələrinin ortaya çıxmasıdır.

  2. XVI yüzilliyin dəyərli tərcümə nümunələrindən ikisi müsəlman Şərq ədəbiyyatında geniş yayılmış qırx hədislə bağlıdır. Onlardan biri dahı Füzuli qələmindən çıxmış, digəri isə Həzini təxəllüsülü şair – mütərcimə məxsusdur. Füzulinin “Qırx hədis” (“Hədisi - ərbəin”) tərcüməsi elm aləminə çoxdan bəllidir və dəfələrlə nəşr olunaraq elmi ictimaiyyətə çatdırmışdır. Həzininin “Qırx hədis” tərcüməsi isə bu yaxınlarda aşkara çıxarılmış və ilk dəfədir ki, ayrıca olaraq araşdırılır. 930/1524 – cü ildə tamamlanmış Həzininin “Qırx hədis” tərcüməsi iki cəhətdən səciyyəvidir: birincisi, o, Azərbaycan ədəbiyyatı tarixində bu mövzuda qələmə alınmış ilk əsər sayıla bilər; ikincisi isə, digər qırx hədis kitablarından fərqli olaraq, burada hər bir hədisə onun məzmununa uyğun bir, bəzən də bir neçə mənzum hekayə qoşulmuşdur.

  3. Qırx hədis toplular müsəlman Şərqində geniş yayılmış üç dildə - ərəb, fars və türk dillərində tərtib olunmuşdur. Tarix baxımından ən qədim qırx hədis topluları VIII – IX yüzilliklərə aiddir və ərəb dilindədir (Abdullah əl – Mərvəzinin, Əbu İsa Məhəmməd ət – Tirmizinin topluları). Fars dilində olan qırx hədis toplularının çoxu nəzmlə qələmə alınmışdır ki, onların sırasında fars – tacik ədəbiyyatının nəhəng simalarından sayılan Əbdürrəhman Caminin “Çehel hədis” i daha məşhurdur. Caminin bu əsərini türk dünyasının böyük söz ustadları Əlişir Nəvai və Məhəmməd Füzuli ayrı – ayrılıqda türkcəyə çevirmişlər. Türkcə qırx hədis toplularından on beşi XVI yüzilliyə aiddir ki, tarix baxımından onlardan ən qədimi Həzininin “Hədisi - ərbəin” tərcüməsi sayıla bilər.

4. Həzininin tərcüməsinin əsli ərəb dilindəndir və Məhəmməd bin Əbu Bəkr Üsfuriyə məxsusdur. Üsfuri hədislərə açıqlama səciyyəli hekayə də əlavə etdiyi üçün kitabını “Şərhı – Hədisi - ərbəın” (“Qırx hədis şərhi”) adlandırmışdır. Həzini tərcüməyə yazdığı giriş hissəsində bildirir ki, Üsfurinin nəsrlə yazdığı kitabını “din qardaşlarının” xahişi ilə türkcəyə nəzmlə çevirmişdir. Tərcümənin sonunda onun həcmi (3800 beyt) və tamamlanma tarixi (930/1524 – cü il) göstərilir. Mütərcim tərcümədə iki yerdə özünü yalnız Həzini kimi təqdim edir və qırx hədisi ana dilinə çevirərkən ömrünün yetkinlik dövründə olduğunu bildirir.

5.Digər qırx hədis kitablarında olduğu kimi, Həzininin tərcüməsində də islam prinsipləri və onun təməl bilgiləri ilə yanaşı, didaktika məsələləri, əxlaqi-tərbiyəvi fikirlər də əsas yer tutur.

6.Tərcümənin üç əlyazması məlumdur: onlardan ikisi Türkiyədə (Ankara və Bursa nüsxələri), biri isə Bakıda-Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. XVIII yüzilliyə aid Bakı nüsxəsi (B-2873, 46 vərəq) yarımçıqdır və yalnız ilk iyirmi beş hədisi əhatə edir. Tərcümənin Ankara nüsxəsi daha mükəmməldir və 131 vərəqdən ibarətdir. XVIII yüzilliyə aid Bursa nüsxəsi də tamdır (121 vərəqdir), bununla belə burada ayrı-ayrı beytlər və bəzi bütöv parçalar çatışmır.

7.Tərcümənin Bakı və Bursa nüsxələrinin müqayisəsi onlar arasında bir sıra fonetik-orfoqrafik, qrammatik və leksik fərqlərin olduğunu aşkara çıxardı.

8.Nüsxələrdəki fonetik-orfoqrafik fərqlər sırasında b-m, d-t, q-x səs əvəzlənmələrini özündə əks etdirən ayrı-ayrı sözləri (məsələn: بن bən- من mən,دورت dört- دورد dörd, قرخ qırx- قرق qırq və s.) qeyd etmək olar. Bu fonetik hadisə orta yüzilliklərə digər anadilli yazılı abidələrimiz üçün də səciyyəvidir.

9.Tərcümənin sözügedən nüsxələri arasındakı qrammatik fərqlər əsasən ismin ayrı-ayrı halları (məsələn: دوًه dəvəyi- دوه نی dəvəni, ایشمی işimi- ایشمنی işimni, داموده damudə دامویه damuyə və s.), eləcə də feli bağlama şəkilçiləri ilə bağlıdır (məsələn: oturcax اوتورنجه - اوتورجخ oturunca, قورتاروب qurtarub- قورتاروبن qurtaruban və s.)

10. Nüsxələr arasındakı leksik fərqlər daha çoxdur və başlıca olaraq sinonim və yaxınmənalı sözlərin işlədilməsində özünü göstərir. Məsələn: üliş (pay)-bəxş, imdi-şimdi, çönüb-çisginüb və s.

11. Həzininin “Hədisi-ərbəin” tərcüməsi xalq arasında dini-irfani fikirləri, sufi baxışlarını, didaktika məsələlərini yaymaq məqsədilə qələmə alınmışdır. Bu cəhət isə onun dil-üslub baxımından sadəliyini, ümumxalq danışıq dilinə yaxınlığını şərtləndirən başlıca amillərdən biri olmuşdur. Mütərcim ana dilinə çevirdiyi əsərdə türk mənşəli sözlərə üstünlük vermiş, xalq deyim və ifadələrindən uğurla bəhrələnmiş və bütövlükdə tərcümənin sadə və anlaşıqlı bir dillə qələmə alınmasına nail olmuşdur. Mütərcim bütün əsər boyu ana dilinin zəngin lüğət tərkibindən, onun rəngarəng ifadə vasitələrindən uğurla və bacarıqla yararlanmış, həm ədəbiyyat, həm də dil tarixi üçün dəyərli bir klassik örnəyi ortaya qoymuşdur.

12. Həzininin “Hədisi-ərbəin” tərcüməsi leksik xüsusiyyətləri baxımından da dəyərli və əvəzsiz yazılı qaynaqlardan biri sayıla bilər. Orta yüzilliklərə aid digər tərcümə ədəbiyyatı nümunələri kimi burada da əsərin lüğət tərkibində türk mənşəli sözlər üstünlük təşkil edir. Tərcümənin dilindəki türk mənşəli sözlərdən bir qrupu müasir ədəbi dilimizdə işlənmir və bu baxımdan arxaizm sayılır. Həmin sözlərdən bir çoxuna digər klassik Azərbaycan ədəbiyyatı nümunələrində də sıx-sıx rast gəlirik. Məsələn: “damu” (cəhənnəm), “danla” (sabah), düş (yuxu), “ətmək” (çörək), “ilətmək” (çatdırmaq), irmək (çatmaq, yetişmək), “yazı” (çöl, səhra), “yayax” (piyada), “üliş” (pay, hissə) və s.

13. Tərcümədəki bir qrup arxaizimlərə isə digər yazılı abidələrimizdə nadir hallarda təsadüf olunur. Bu qəbildən olan sözlər sırasında “anca” (bu cür, elə, eləcə), “arxuru” (əyri, tərs, tərsinə) “dipdiniz” (dinməz-söyləməz, səssiz, səmirsiz) “ornamaq”// “örnəmək” (yer tutmaq, möhkəmlənmək; qəbul etmək), “ergürmək” (çatdırmaq, yetirmək), “onarmaq” (düzəltmək, yaxşılaşdırmaq, sağaltmaq), “uz” (yaxşı, yaxşıca) xüsusilə diqqəti cəlb edir.

14. Tərcümədə işlənmiş semantik arxaizimlər­dən bir qrupunu da müasir ədəbi dilimizdə şəkilcə müəyyən dəyişikliyə uğramış sözlər təşkil edir. “Qaranlu” (qaranlıq), “gözətmək” (gözləmək), “yavutmaq” (ovutmaq, oxşamaq), “netə” (necə), “nişə” (niyə), “sağınmaq” (sanmaq, zənn etmək) və s. bu qəbildəndir.

15. Tərcümədə ərəb və fars mənşəli sözlər də az deyildir. Bu qəbildən olan sözləri də iki qrupa bölmək olar: a) müasir ədəbi dilimizdə də işlənən sözlər; b) müasir ədəbi dilimizdə işlənməyən sözlər. Tərcümədəki ərəb və fars mənşəli sözlər sırasında dini anlayış və məfhumlarla bağlı olan leksemlər üstünlük təşkil edir.

16. Tərcümənin dilində işlənən sinonimlər də diqqəti cəlb edir. Tərcümədəki sinonimləri üç qrupa bölmək olar: a) ərəb və fars sözlərindən ibarət olan sinonimlər; b) biri türk mənşəli, o biri isə alınma sözlərdən ibarət olan sinonimlər; c) türk mənşəli sözlərdən ibarət olan sinonimlər.

17. Tərcümədəki antonimlər də üç qrup şəklində təhlil olunmuşdur: a) ərəb və fars sözlərindən ibarət olan antonimlər; b) biri türk sözü, o biri isə alınma sözlərdən ibarət antonimlər; c) hər iki tərəfi türk mənşəli sözlərdən ibarət antonimlər.

18. Tərcümənin zəngin və rəngarəng leksikasında frazeologizimlərin də xüsusi çəkisi və yeri vardır. Tərcümədə işlənmiş frazeoloji vahidlər say baxımından ayrı-ayrı yazılı abidələrlə müqayisədə çoxluq təşkil edir. Tərcümədəki sabit söz birləşmələri əsasən feli frazeoloji birləşmələr şəklindədir. Onlar sırasında “dutmaq”, “çəkmək”, “düşmək”, “gəlmək”, “urmaq” fellərinin iştirakı ilə düzəlmiş frazeoloji vahidlər xüsusilə diqqəti cəlb edir. Həmin frazeoloji vahidlərdən bəziləri müasir ədəbi dilimizdə işlənmir. Məsələn: “əmr dutmaq”, “xatiri xoş dutmaq”, “dust dutmaq”, “əndişə çəkmək”, “ün çəkmək” və s. Onlardan çoxu isə müəyyən fonetik dəyişikliklə müasir ədəbi dilimizdə də işlənir. Məsələn: “yüz dutmaq” üz tutmaq, “dərd çəkmək”, “cəfa çəkmək”, “dilə gəlmək”, üz urmaq” (üz vurmaq) və s.

19. Tərcümədəki frazeoloji vahidlərdən bəziləri frazeoloji variantlardır. Məsələn: “əmr dutmaq”-“buyruq dutmaq”, “xatiri xoş dutmaq”-“könli şad dutmaq”, “əmək çəkmək”-“zəhmət çəkmək”, “qəm çəkmək”-“möhnət çkmək” və s.

20. Abidədə işlənmiş frazeoloji vahidlərdən bəziləri fikrimizcə fars dilinin təsiri ilə yaranmışdır, daha doğrusu, həmin dildən “kalka” şəklində tərcümə olunmuşdur. Məsələn: “dust dutmaq”, “hörmətin tutmaq”, “məlal tutmaq”, “vüsət vermək” və s. Bu frazeoloji vahidlər müvafiq olaraq fars dilindəki دوست داشتن (sevmək), حرمت داشتن (hörmət etmək), ملال داشتن (qəmlənmək), وسعت دادن (genişləndirmək) frazeoloji bir­ləş­­­­­mə­­­lər­­i­nin tam qarşılığı-hərfi tərcüməsidir.

21. Tərcümədə işlənmiş frazeoloji vahidlərdən bir qrupu da bədən və bədən üzvlərini bildirən baş sözlərlə bağlıdır. İstər klassik ədəbiyyatda, istərsə də müasir ədəbi dilimizdə bu cür frazeoloji birləşmələrin sayı kifayət qədərdir. Tərcümədə işlənən bu qəbildən olan frazeoloji vahidlər “ayaq”, “ağız”, “bel”, “boyun”, “dil”, “qulaq” və s. kimi türk mənşəli eləcə də ərəb və fars mənşəli “qədəm”, “qəlb”, “can”, “ləb”, “zəban” sözlərinin iştirakı ilə düzəldilmişdir.

22. Tərcümədə bir neçə ismi frazeoloji birləşmə də işlənmişdir. Məsələn: “can qulağı”, “yıxux könül” və s.

23. Həzininin “Hədisi-ərbəin” tərcüməsi istər ədəbiyyat tarixinin, istərsə də ədəbi dil tarixinin hərtərəfli araşdırılması üçün dəyərli qaynaqlardan biridir.



ƏDƏBİYYAT




  1. Yüklə 3,06 Mb.

    Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin