HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə165/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   162   163   164   165   166   167   168   169   170
Yer­dən qop­maq: "Mu­nı de­di, qop­du yer­dən ol za­man, Düş­di ye­rə sər­ni­gün ol­dı na­gə­han". Bu ifa­də müasir ədə­bi di­li­miz­də "ye­rin­dən də­li ki­mi qalx­maq (sıç­ra­maq)" ki­mi iş­lə­nir.

Ava çıx­maq: "Ləş­kə­ri­ni cəm edib bir gün tə­mam, Ava çıx­mış­ mə­gər kim, ol hü­mam". Bu ifa­də müasir ədəbi di­li­miz­də "ova get­mək" şək­lin­də iş­lə­nir. Qeyd edək ki, "ava çıx­maq" fra­zeo­lo­ji va­hi­di­nə baş­qa ya­zı­lı abi­də­lə­ri­miz­lə də tez-tez rast gə­li­nir (121, Şüh.19b ;122, 32b).

Özün dəv­şür­mək: "Ra­vi­si­dir İbn Məs'ud bu sö­zin, Can qu­la­ği­lə eşit, dəv­şür özin". Öncə qeyd edək ki, nümunənin ikinci misrası Bursa nüxsəsində bu şəkildədir: "Can qulağilə eşitgil uş özin". Müasir ədə­bi di­li­miz­də "özü­nü top­la­maq" şək­lin­də iş­lə­nən bu ifa­də­yə də or­ta çağ­lar ya­zı­lı abi­də­lə­ri­miz­də rast gə­li­rik.

Onu da əlavə edək ki, bu frazeologizmin ikinci tərəfi- "dəvşürmək" müstəqil söz kimi də (toplamaq, yığmaq, dərmək mənalarında) bir qədər fərqli fonetik variantlarda (düşürmək/ dövşürmək) "Kitabi - Dədə Qorqud"da (35 , 202), "Dastani- Əhməd Hərami"də, (16 ,16), Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvisində (40,16), eləcə də Şah İsmayıl Xətainin dilində (12,30) işlənmişdir. Maraqlıdır ki V. Radlov bu sözü bizim tərcümədəki varianta yaxın şəkildə - "dəvşirmək" kimi qeydə almışdır (80,III,1696). L. Budaqov isə onu "döşürmək" kimi qeydə alaraq, Osmanlı və Azərbaycan türklərinin dilində "yığmaq", "dərmək" mənalarında işləndiyini göstərir (68a,203,213). Mirzə Fətəli Axundovun komediyalarında da bu söz məhz həmin mənada işlənmişdir: "O bizim çör-çöp döşürən firəng ilə" (3a,54). XV əsr Azərbaycan tərcümə abidəsi "Gülşəni-raz"da (bax) bu leksik vahid həm müstəqil söz kimi, həm də "əqlini dişürmək" (ağlını başına yığmaq) frazeoloji birləşməsinin tərkibində işlənmişdir ( bax:49,113). "Dəvşürmək" sözü dilimizin bir sıra şivələrində "döşürmək" şəklində qeydə alınmışdır (7 ,203, 213).




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin