Yavutmaq – yaxınlaşdırmaq , yaxına buraxmaq ; layiq bilmək, rəva bilmək, rəva görmək :
Görərəm eylə kərih mövti ana,
Necə kim oğluna yavutmaz ata. “Yavutmaq” sözü qədim türk mətinlərindən “Kutadqu bilig” də eyni mənada işlənmişdir (bax : DTS, 249). Həzininin tərcüməsində yalnız bu nümunədə işlənən “yavutmaq” sözü də eyni mənadadır : Ölümü mən ona elə i yrənc (yaraşmayan) görürəm (sayıram) ki, Necə ki, ata [ölümü] oğluna yaxına byraxmaz (rəva bilməz). Qeyd edək ki, “yavutmaq” feli dədim türk sözü olan “yavutmaq” (“yaxınlaşmaq”) felindən düzəlmişdir, daha doğrusu, onun təsirli formasıdır. "Yavumaq" feli "yaxınlaşmaq" mənasında qədim türk mətnlərində işlənmişdir (bax : DTS, 249). Sözügedən mətnlərdə “yağmaq” sözünün də eyni mənada işlənməsi qeydə alınmışdır (bax : DTS, 224). Bəlli olduğu kimi, “yağmaq”sözü müasir ədəbi dilimizdə yalnız “yağış”və “qar”isimləri ilə işlənir.V.Radlovun lüğətində də istər “yavurmaq” feli istərsə də onun təsirli şəkili olan “yavutmaq” qeydə alınmışdır (...III, I, 295). Qeyd edək ki, müasir dilimiz üçün çox da işlək olmayan, lakin klassik ədəbiyyatımızda bol-bol işlənən “yavuq” (yaxın) sifəti də yuxarıdakı sözlərə eyniköklüdür və “yavutmaq” felindən düzəlmişdir : yavu + q (müq.et : soyu + q). “Yavuq”sifəti, eləcə də ondan düzəlmiş “yavuqluq”ismi də qədim türk sözlərindəndir. Bunu həmin sözlərin qədim türk mətnlərində işlənməsi sübut edir (bax : DTS, 225-226). Qədim türk mətnlərində "yavutmaq" və “yağutmaq” felləri də müvafiq olaraq “yaxınlaşmaq” və “yaxınlaşdırmaq” mənalarında işlənmişdir ki, (DTS, 225 - 226) bunlar yuxarıdakı fellərin fonetik variantları sayıla bilər. Orta yüzilliklərə aid digər Azərbaycan türk mətnlərində sözügedən heç birinə rast gəlmirik. Maraqlıdır ki, Əbu Həyyanın 712/1313 – cü ildə tamamladığı “Kitab əl – idrak li – lisan əl - ətrak” əsərində “yavutmaq” felinə rast gəlmirik. Türk dilinə dair bu dəyərli qaynaqda eyni mənada “yavuqlatmaq” feli işlənmişdir ( 57). “Yavuq” sifətindən düzəlmiş bu felə əsasən düşünmək olar ki, eynimənalı “yavutmaq” və “yavuqlatmaq” fellərindən birincisi bu sözün daha qədi və əski variantı, ikincisi isə nisbətən sonrakı düvrü məhsuludur. Onu da əlavə edək ki, “yavuq” sifətindən “yavuqlaşmaq” (yaxınlaşmaq) feli də düzəlmişdir ki, o, yaxın dövrə ğədər Azərbaycan ədəbidilində geniş işlənmişdir (bax : II, 468). Müasir ədəbi dilimizdə isə “yavuqlaşmaq” lekseminin işlənmə dairəsi daralmış və onun yerini eynimənalı “yaxınlaşmaq” feli tutmuşdur.