I bölmə üzrə kiçik summativ qiymətləndirmə


sinif Azərbaycan dili fənnindən III bölmə üzrə kiçik summativ qiymətləndirmə 3



Yüklə 268,5 Kb.
səhifə3/10
tarix15.11.2023
ölçüsü268,5 Kb.
#132550
1   2   3   4   5   6   7   8   9   10
7 sinif Azərbaycan dili ksq 1,2,3,4,5,6,7 BSQ 1,2 kərimov səbuhi

7 sinif Azərbaycan dili fənnindən III bölmə üzrə kiçik summativ qiymətləndirmə 3


Tarix: _____________________________
Sinif:______________________________
Soyadı və adı _____________________________


1-5 – tapşırıqlar mətnlə bağlıdır.
FIRTINA
Təbiəti qəribə bir sükut çulğamışdı. Hər sabah səs-səsə verən bülbüllər, torağaylar, bildirçinlər, nədənsə, daha oxumurdu.
Bu, fırtına əlaməti idi. Dağın başındakı çəhrayı, gümüşü, mavi rənglərə çalan yüngül bulud təbəqələrindən aşağıda qıvrılmış ilana bənzər qara bir bulud üfüqdə sürünə-sürünə irəli hərəkət edirdi.
Bu, fırtına buludu idi.
Doğrudan da, bir an içində, sabahın bu nurlu çağında hava qaraldı. Bir-birinin ardınca şimşək çaxdı. Qorxunc bir gurultu qopdu, sanki göy yerə tökülmək istəyirdi. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. Elə yağdı ki, guya indi hər şeyi məhv edəcəkdi.
Azacıq sonra birdən-birə buludların arxasından çıxan günəş gözqamaşdırıcı bir işıqla parlayıb yüksəldi. Güllərin, çiçəklərin, körpə budaqların bükülmüş boyunları dikəldi. Quşlar sanki hamısı birdən dilə gəldi.
Yenə üfüqlər saf, göylər şəffaf idi, yenə dağın ağsaçlı məğrur başı vüqarla ucalırdı.
İşıq qaranlığa qalib gəlmişdi!
(M.Rzaquluzadədən)

1. Mətnin tipini müəyyən edin.


a) təsviri b) nəqli c) mühakimə

2. “Çulğamışdı” sözünü hansı sözlərlə əvəz edə bilərsiniz?


________________________________________________________________________________

3. Doğru, yoxsa yanlış:


D Y
A xşamın alatoranlığı bir anda qatı zülmətə çevrildi.
Ə vvəl şimşək çaxdı, sonra göy guruldadı.
Ə vvəl iri yağan dolu getdikcə xırdalaşıb kəsdi.
D olu güllərin, çiçəklərin, körpə budaqların boynunu əymişdi.
Fırtınadan sonra quşlar yenidən oxumağa başladılar.

4. Dağın başının qarla örtüldüyünü söyləməyə əsas verən məqamı göstərin.


______________________________________________________________________________
5. Mətndəki təsriflənməyən feilləri seçərək qruplaşdırı.



Məsdər

Feili sifət

Feili bağlama




6. Verilmiş feilləri təsriflənməyən formada işlədib atalar sözlərini tamamlayın.


at, tut, qocal, boşalt, axtar



  1. İnsan _____________ aynaya az baxar.

  2. Əl ___________ Əlidən qalıb.

  3. Eyibsiz dost ___________ dostsuz qalar.

  4. Dostun ____________ daş baş yarmaz.

  5. Dənizi çömçə ilə ____________olmaz.

7. Nöqtələrin yerinə feilin təsriflənməyən formalarının şəkilçilərindən uyğun gələnini artırıb yazın.


-an2, -mış4, -maq2, -anda2
1. Biz azad ol . . . istəyiriksə, qanunların qulu olmalıyıq. (Siseron)
2. Hər tapşırıl . . . işə görə yalnız bir nəfər məsuliyyət daşımalıdır. (Bismark)
3. Həyat öt . . . günlər deyil, yadda qal . . . günlərdir. (P.A. Pavlenko)
4. İnsan ruhdan düş . . . onun atı da çapa bilmir. (Şərq məsəli)

8. Feilin təsriflənən formalarını feili sifətə çevrilib yazın.


1. Əsər yazılacaq. ___________________________________________________
2. İş görüləcək. ___________________________________________________
3. Məktub yazılasıdır. ___________________________________________________
4. Kitab oxunasıdır. ___________________________________________________
5. Yol salınasıdır. ___________________________________________________
6. Ev tikilməlidir. ___________________________________________________

9. Tut, kəs, al sözlərini ayrı-ayrılıqda məsdər, feili sifət, feili bağlama kimi cümlədə işlədin.


_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________

10. Dördündən biri fərqlidir:


a) qaçanda b) yazılası c) qaçır d) yazan
a) görər-görməz b) görüləcək (iş) c) başlamaq d) alar
a) gözləyir b) düşünməliyik c) başlamadan d) qoruyacaq
a) veriləsi (pul) b) oxunmuş (məktub) c) yazılmaq d) deyir

11. Feilin təsriflənməyən formalarını tapıb şəkilçilərini elə dəyişin ki, cümlənin məzmununa təsir etməsin.


1. Mehman qayıdanda Əbülfətə rast gəldi.
2. Müəllim sinfə daxil olanda şagirdlər ayağa qalxıb salamlaşdılar.
3. Həsən atını çağıb oradan uzaqlaşdı.



Testin nəticələri




Düzgün cavabların sayı




Səhv cavabların sayı




Qiymət: “ ”

Fənn müəllimi: / /



Yüklə 268,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin