I bölmə üzrə kiçik summativ qiymətləndirmə


) "Biz onun barəsində dostundan başqa kimsə ilə danışmadıq



Yüklə 268,5 Kb.
səhifə6/10
tarix15.11.2023
ölçüsü268,5 Kb.
#132550
1   2   3   4   5   6   7   8   9   10
7 sinif Azərbaycan dili ksq 1,2,3,4,5,6,7 BSQ 1,2 kərimov səbuhi

10) "Biz onun barəsində dostundan başqa kimsə ilə danışmadıq"cümləsində qoşmaların məna növlərini müəyyənləşdirin.

a) fərqləndirmə b) aidlik c) birgəlik d) məsafə e) zaman


Sual_____________________
Doğru____________________
Yanlış____________________
Qiymət__________________________
Fənn müəllimi:_________________________________________


Azərbaycan dili 7-ci sinif. K.S.Q No 5


soyadı və adı ________________
tarix __________________


1-5-ci suallar mətnlə bağlıdır.
"Tar"


Simli musiqi alətləri arasında bir çox xüsusiyyətlərinə görə tar ən ........................... çalğı alətlərindən biridir. Tar aləti bir çox ölkələrdə - İranda, Orta Asiya respublikalarında və başqa yerlərdə geniş yayılmışdır.Tarın adına orta əsr klassiklərimizdən Qətran Təbrizi, Nizami Gəncəvi, Məhəmməd Füzuli və başqalarının əsərlərində rast gəlmək olur. "Tar" sözü farsca "tel, sap" deməkdir.
Azərbaycan tarı ............................. quruluşa malikdir. O, üç hissədən – çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tut ağacından, qol kəllə hissələri isə qoz ağacından hazırlanır. Səsin tənzimlənməsi üçün kəlləyə aşıqlar bərkidilir. Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. 11 metal simi vardır.
Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlanışdır. Belə ki, 1931-ci ildə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar ................................ alət kimi əsas yeri tutmuşdur. Tar muğam sənətinin inkişafında .................................... rol oynayır. Muğam operalarında solo ifaları, əsasən, tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcimli əsərlər yazmışlar.
Ümumuyyətlə, Azərbaycan xalqının qəlbində tara hər zaman böyük sevgi olub. Böyük şairimiz Mikayıl Müşfiq "Oxu, tar" şeirində "Ey geniş kütlənin acısı, şərbəti, Alovlu sənəti!" misraları ilə Azərbaycan xalqının ayrılmaz bir parçası olduğunu çox gözəl ifadə etmişdir.

1. Konteksdən çıxış edərək nöqtələrin yerinə "özünəməxsus", "müstəsna", "mükəmməl", "aparıcı" sözlərini yaz.


2. Tünd rənglə verilmiş sözləri müvafiq çərçivələrdə yaz.



3. "Tar sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir." cümləsi hansı qara boşluqda yazıla bilər?

4. Altından xətt çəkilmiş sözlərdən hansı modal söz deyil? ______________________


5. Mətndə "Oxu, tar " şeirindən gətirilmiş misarsda " Ey " nidasından sonra vergül işarəsinin nə üçün qoyulmadığını izah edin.______________________________________________________


6. Nümunədə köməkçi nitq hissələrini seçib aşağıdakı cədvəldə qruplaşdır.

Ədat

Nida

Modal söz










1. Nə yaman olur eldən ayrı düşəndə,


Bəlkə də, yaxşı-yaman qanmamışam mən.
2. Qoy sənə desinlər ay qoçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
3. Ömür sürməli dövrandır,
Səsin gəlsin barı, bülbül.
4. Aman, ovçu, vurma məni!
Mən bu dağın maralıyam.
( Xalq mahnılarından )
7. Cümlələrdə müvafiq yerlərə durğu işarələri əlavə et.

1. Neynim aman aman sarı gəlin ( Xalq mahnısı )


2. Məncə döyüşə hazır olan əsgər artıq qalibdir
3. Vay-vay nə yaman yarıldı bağrım
Bir nazik ipə sarıldı bağrım( M.Ə. Sabir )
4. Ey dalaşan, torpaqlaşan ulu babam
Dünənindən bu günündən uzaqlaşan ulu babam ( M.Araz )
5. Kobudluğun iki səbəbi var: birincisi hirsdir ikincisi isə onu idarə edə bilməməkdir

8.Verilmiş sözləri köməkçi nitq hissəsi kimi cümlədə işlədib yaz.


bircə,şübhəsiz,elə,əhsən,məgər,xülasə
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

9. " Təki sənin arzuların çin olaydı, ay Nazpəri " cümləsində ədatın hansı növü işlənmişdir?


a) əmr b) dəqiqləşdirici c) məhdudlaşdırıcı d) arzu

10. " Oho... Lap vaxtında gəlmisən " cümləsində nida nə bildirir?


a) həyacan b) kədər c) sevinc d) narahatlıq
doğru _________________ yanlış __________ qiymət_____________

Müəllim: _____________________



Yüklə 268,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin