I kurs I semestr 36 saat. Müəllimə : Məmmədova Vüsalə Azərbaycan dili


Mövzu 7: Azərbaycan dilinin morfoloji quruluşu



Yüklə 37,9 Kb.
səhifə8/20
tarix01.01.2022
ölçüsü37,9 Kb.
#105690
növüMücərrəd
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Mövzu 7: Azərbaycan dilinin morfoloji quruluşu.
Geneoliji bölgü ilə dillər morfoji,yəni quruluş cəhətdən də xarakterizə olunur.Başqa cür bele təsnif “dil tipi”də deyilir.Tipoloji cəhətdən dillər aşağıdakı kimi təsnif olunur:

a)Kök dillər-başqa cür desək “amorf”dillər adlanır.Kök dillər yalnız kökdən ibarətdir.Bu dillər üçün şəkilçi xarakterik deyil.Bu dil qruplarında lüğət tərkibi minlərlə sözdən ibarətdir.Çin-Vyetnam dilləri bu dil qupuna aiddir.

b)Flektiv dillər-bəzi dillər vardır ki,onlar içdən dəyişirlər.Bu dil qrupuna daxil olan dillər üçün həm ön,həm iç,həm də son şəkilçilər xarakterikdir..Ön şəkilçi “prefiks”,iç şəkilçi “infiks”,son şəkilçi isə “suffiks”adlanır.Bu dillərdə fleksiya mühüm rol oynayır.Dəyişmə həm sözün əvvəlində,həm ortasında,həm də axırında gedə bilər.Məsələn,”h,k,m”-hakim, hökm, məhkum, məhkəmə. Buradan göründüyü kimi samitlər arası müxtəlif saitlər artırılaraq əvvəlki məna ilə yaxın yeni sözlər əmələ gətirmişdir.Və ya İngilis dilində “tooth”-bir dişi ifadə etdiyi halda,”dişlər-cəm mənasında kökündən dəyişərək teeth”formasını almışdır.Avropa-Ərəb dilləri bu dil qrupuna aiddir.

c)İltisaqi dillər-bu dil qrupuna ən birinci Azərbaycan dili daxildir.Bu qrupa daxil olan dillərdə söz kökü dəyişmir,sözün ən mənalı hissəsidir.İltisaqi dil qrupu sabit qaydaları ilə seçilir.Yalnız suffiks-son şəkilçi bu dil üçün xarakterikdir.İltisaqi termini”aqqültinativ”termini ilə sinonimdir.”Aqqültinasiya”-“bitişmə”mənasını ifadə edir.Söz sırası,şəkilçilərin yeri,ahəng qanunu,vurğu bu dil qrupu üçün hakimdir.İltisaqi dil qrupunda şəkilçi bir qayda olaraq kökdən sonra gəlir.Kökə qoşulmada şəkilçi ardıcıllığı belədir:leksik şəkilçi+qrammatik şəkilçi.Sözə eyni zamanda bir və ya bir neçə yeni məna əmələ gətirən leksik şəkilçi qoşula bilər.Qrammatik şəkilçilərdə isə isimdə əvvəl cəm,mənsubiyyət,hal,şəxs,şəxs-xəbərlik,feillər də isə təsirli-təsirsizlik,növ,inkar,zaman,şəxs şəkilçiləri artırılır.Əlbəttə ki, istisnalar da vardır.Məsələn,dilimiz üçün ön şəkilçi xarakterik olmadığı halda öz milli sözlərimiz”nadinc,nakişi”ön şəkilçi qəbul etmişdir.Və ya şəkilçi ardıcıllığında əvvəl leksik,sonra qrammatik şəkilçi gəlməli olduğu halda “evimizdəkilər, xalamgil”və s. bu tip sözlər də əvvəl qrammatik şəkilçinin gəldiyini görürük.

Daha sonra yuxarıda qeyd etdik ki, kök mənalı hissədir,şəkilçidən ayrıla bilir.Lakin,”dağıl,dağıntı,seyrək,kiçik” və s. bu tip sözlərdə kök bütöv götürülür.Ahəng qanununun “dəmir qanun”adlandırılan bir dildə ahəng qanuna tabe olmama halları bu dildə özünü göstərir: ildırım, ilxı, işartı və s. Sözə şəkilçi Buartırılarkən söz kökündəki saitin düşməsi istisna hallardan biridir.Çünki,biz bu dil qrupunda kök dəyişilməzdir demişdik: oğul, sinif, ağıl, nəsil və s.


Yüklə 37,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin