Kontroller - idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla
əlaqələndirir. Bəzi qurğuların kontrolleri fərdi kompüterin ana platasının üzərində
(klaviatura, mouse, printeri və s.) olur. Bəzi qurğuların kontrolleri isə ayrıja plata şəklində
(monitor, sərt maqnit disk qurğusu və s.) olur və onlar ana plata üzərində olan razyomlarda
yerləşdirilir.
Şin- xariji qurğuları kompüterə qoşmaq üçün bir neçə şindən istifadə olunur. Şin –
prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğuları arasında verilənlərin və idarə
siqnallarının ötürülməsini təmin edən məftillər yığımından ibarətdir. Fərdi kompüterlərdə
sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard
Architecture) və PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə
edilir. ISA şinlər: verilənlər şindən (16 bit), ünvan şindən (20 bit) və idarə şindən (8 xətt)
ibarət olur. Sistem kontrolleri əsasən mikroprosessorla əməli yaddaş qurğusu və interfeys
şinləri vasitəsi ilə xariji qurğularla məlumat mübadiləsini təmin edir.
Mikroprosessor - Mikroprosessor (prosessor) 20x20 mm ölçüdə, kiçik, yastı
yarımkeçirici təbəqələrdən yığılır. Onun daxilində metaldan olan çoxlu sayda eontaktlar
vardır. Mikroprosessor verilənlərin emalını, ötürülməsini və xariji qurğuların idarə
edilməsini təmin edən FK-in əsas qurğusudur. Fərdi kompüterlərin düşünən beyni olan
mikroprosessor – CPU ana plata üzərində yerləşir. Mikroprsessorları əsasən Intel, AMD
və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium
markası ilə buraxır. Bu jür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir.
Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiqi qurğunu birləşdirir.
Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium
prosessorunun məhsuldarlığı saniyədə 112 (MIPS) milyon əməliyyatdır. Pentium tipli
mikroprosessorların tezliyə görə sinifləşməsi aşağıdakı qaydadadır.
Pentium I - 75Mhc
300Mhs – tezlik intervalında olur
Pentium II - 300Mhc
600 Mhs – tezlik intervalında olur
Pentium III - 600Mhc
1100 Mhs – tezlik intervalında olur
Pentium IV - 1100Mhc(1,1Ghc)
4000Mhs(4 Ghc) – tezlik intervalında olur.
(Hal-hazırda jore duo adı altında istehsal olunan prosessorların tezliyi 3,2 Hhs-dir.jore 2
duo-larda isə bu tezlik 6,4 Hhs-dir.)
Soprosessor – Bir çox hallarda kompüterdə çoxlu sayda riyazi hesablamaların
(məs, mühəndis hesablamaları, üçölçülü hesablamaların təhlili və s.) aparılması lazım gəlir
ki, kompüterin daxilində yerləşən mikroprosessor belə yüklənməni təmin edə bilmir. Bu
19
19
zaman soprsessordan istifadə edilir. Müasir kompüterlərdə isə soprosessorlara ehtiyaj
yoxdur.