İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə7/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   2   3   4   5   6   7   8   9   10   ...   70
İxtisas: İSM

Kurs: I

Fənn: Musiqi və onun tədrisi metodikası

Mövzu: 2.Not haqqında məlumat

Ədəbiyyat siyahısı:

1.M.S.İsmayılov. İbtidai musiqi nəzəriyyəsi, Bakı, 1978.

2.N.Bağırov. Musiqinin elmentar nəzəriyyəsi. Bakı, 1982.

3.Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı. 1969.

4.İ.Sposobin. Musiqinin elementar nəzəriyyəsi. Moskva, 1984.

5.R. Hüseynova. Musiqinin elementar nəzəriyyəsi, Bakı, 2015.

6.L.A.Mazel. Musiqi əsərlərinin quruluşu. Bakı, 1988.

Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com

7. Plan

1. Səs yüksəkliyinin yazılışı

2. I-II oktavanın notları

3. Açarlar

4. Səsin əsas ölçüləri

2. Not haqqında məlumat

Səslərin xüsusi işarələrlə - notlarla yazı sistemi tarixən təkmilləşmiş bir sistemdir. Belə ki, musiqi əsərlərinin dəqiq və aydın yazılış qaydası keçmiş əsrlərdən gərgin axtarışlara məruz qalmışdır. Qədim yazılarda səslənən hərfi adlarından, orta əsrlərdə "nevma" və "qarmaq" deyilən işarələrdən istifadə olunurdu. Lakin bu işarələrlə səsin yüksəkliyi və səslənmə müddəti dəqiq göstərilmir, yalnız melodik xəttin istiqaməti barədə azacıq təsəvvür yaranırdı. Bu üsullar qənaətbəxş olmadığı üçün onu təkmilləşdirmək lazım gəlirdi.

XI əsrdə italiyan nəzəriyyəçisi Qvido De Aretso müasir not yazısının əsasını təşkil edən dörd paralel xəttin istifadəsini təşkil edir. Əvvəllər hər xətdə hərflər yazılaraq musiqi səsinin dəqiq yüksəkliyini göstərirdi. Tədricən hərflər, not işarələri, öz zahiri görünüşünü dəyişir və 4 not sətrinə beşinci üfiqi xətt əlavə olunur. Əlavə olunmuş beşinci xətt musiqi səslərinin not yazısı sahəsinin genişlənməsinə səbəb olur. Beləliklə, musiqinin dəqiq yazı sistemi yaranır ki, həmin sistemdən müasir dövrdə də istifadə olunmaqdadır.

Musiqidə notların qeydə alınması üçün xüsusi işarələrdən istifadə edilir. Həmin işarələr not işarələridir ki, onlar dairə şəklində olur. Notlar bir-birinə paralel olan, not sətri və ya not qərargahı adlanan beş üfiqi xəttin üzərində, arasında, altında və üstündə yazılırlar. Not sətrinin xəttləri aşağıdan yuxarıya doğru sayılır.

__________________________5_______

___________________4_______________

____________3______________________

______2_____________________________

_1________________________________


Not sətrində daha zil və daha bəm səsləri yazmaq üçün, beş əsas xəttən əlavə, qısa üst və alt xəttlərdən istifadə olunur ki, bunada əlavə xəttlər deyilir. 5 üst, 5 alt əlavə xatt var.

Üst əlavə xəttlər aşağıdan yuxarı, alt əlavə xəttlər isə yuxarıdan aşağıya sayılır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin