Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


QAZİNİN MAL-DÖVLƏTDƏ MÜSTƏQİLLİYİ



Yüklə 21,47 Mb.
səhifə82/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   78   79   80   81   82   83   84   85   ...   111

QAZİNİN MAL-DÖVLƏTDƏ MÜSTƏQİLLİYİ


İslam qanunları, qazinin yaşayışında ehtiyacı olduğu bütün imkaları və müstəqilliyi qərara almışdır. Bu cəhətdən, qaziyə ən böyük müstəqillik verilmişdir. Əmirəl-mö`minin Əli (əleyhissalam) həmin məktubda yazır:

"Beytül-maldan, qaziyə o qədər ver ki, insanlardan h kimə ehtiyacı olmasın!”

Bu göstərişdə Həzrət öz nümayəndəsinə fərman verir ki, qazi üçün hüquq ayıranda diqqətli ol. Çünki, ola bilsin sənin tə`yin etdiyin maaş onun ehtiyacını ödəməsin və bu da səbəb olsun ki, fürsət tələblər ondan istifadə etsinlər.

QAZİNİN MƏHKƏMƏDƏ VƏZİFƏLƏRİ


Mühakimə bəhsində üçüncü mövzu qazinin müttəhim və iddiaçılara bərabər şəkildə və bir gözlə baxmasıdır. Müqəddəs İslam dinində, məhkəmədə bərabərlik məsələsində o qədər diqqətə yer verilmişdir ki, demək olar ki, təkcə avropada yox, yüz əsrlər sonra belə bəşəriyyətdə bu bərabərlik kimi qanun qərara gəlməyəcək. İslam nöqteyi nəzərindən məhkəmədə qazinin vəzifələri bunlardır:

1. İxtilafı olan iki tərəf arasında tamamilə bərabərliyi bərqərar etmək. Müqəddəs İslam dinində qərara alınıb ki, məhkəmədə ixtilafı olan iki tərəfi bərabər yerbə otuzdurub hətta, məclisin yuxarı-aşağı tərəfində olmalarında da bərabərliyə riayət olunmalıdır. Əgər tərəflərdən biri böyük şəxsiyyələrdən digəri ən pis adamlardan olsada belə, qazi bu bərabərliyə tam riayət etməlidir. Onların arasında heç bir ayrı-seçkiliyə yol verməməlidər. Bu mövzuda nümunə üçün aşağadakı olmuş əhvalata diqqət edək.


HARUN VƏ QAZİNİN TƏ`YİNİ


Tarix yazır: Abbasi xəlifələrində Harun Rəşid, həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıdır. Mədinə əhalisi şəhərin qazisinin dünyadan köçdüyünə görə ondan xahiş edirlər ki, şəhərə təzə bir ədalətli qazi tə`yin etsin. Mədinəin iki nəfər ədalətli və pak alimlərini xəlifəyə təklif edirlər. Harun, onlardan hansının qazilik məqamına daha layiqli olduğunu bilməkdən ötrü birini yanına çağırtdırır. Vəziri yanında olarkən alimə deyir: Mənimlə vəzirim arasında bir mülk üstündə ixtilafımız var. İxtilafın səbəbini də ona danışıb bu məsələnin hökmü barəsində onun nəzərini tələb edir. Alim bir qədər fikirləşdikdən sonra dedi: Bu işdə haqq xəlifə ilədir. Belə deyib, xəlifənin xeyirinə hökm verir. Harun ona getməyə icazə verir. Sonra göstəriş verir ki, ikinci alimi gətirsinlər. Həmin məsələni olduğu kimi ikinci alimə də açıqlayıb ondan qəzavət etməsini istəyir. İkinci alim buyurur: Mən qəzavət edə bilmərəm, çünki, məhkəmə şəraiti mövcud deyil. Davanın bir tərəfində sizsiniz ki, məclisin yuxarı başında oturmusunuz. Halbuki, vəzir sizin mühakimənizin qarşı tərəfidir və sizin qabağınızda durub. İslam qanuna görə məhkəmə zamanı hər iki tərəf bərabər şəkildə bir yerdə oturmalıdırlar. Harun alimin azad ruhundan xəbər verən bu sözlərini eşidib ləzzət alır və dərhal onu qazi mənsəbinə tə`yin edir.

2. İki tərəf arasında bərabərliyi bərqərar etəməkdən ötrü qazi hətta, baxışında və işarəsində də bərabərliyə riayət etməlidir. Məhkəmədə, birinə digərindən çox baxmamalıdır. Hətta, hər ikisinə eyni səviyyədə işarə etməlidir.

3. Qazinin vəzifəsidir ki, məhkəmə zamanı hər iki tərəflə eyni miqdarda söhbət etsin. Haqqı yoxdur ki, biri ilə çox digər ilə az danışsın.

4. Qazi məhkəmə zamanı hər iki tərəfə qarşı eyni baxışla baxmalıdır. Haqqı yoxdur ki, birinin üzünə xoş digərinə turş baxsın.

Əmirəl-mö`minin Əli (əleyhissalam) Məhəmməd ibni əbi Bəkrə əmrində yazır:

"Əhali ilə təvazökarcasına rəftar et. Həmişə üzü açıq və gülərüz ol. İstər gözünün ucu ilə istərsə də açıq gözlə baxsan, hamıya bir gözlə bax. Bununlada sərvətlilər səni tamaha tərəf çəkib, zəiflər ədalətindən mə`yus olmasınlar! “1

Başqa məktubda öz nümayəndələrindən birinə yazır:

Hamıyla bir cürə rəftar et. İstər gözünün guşəsi ilə baxmaqda, istər açıq üzlə baxmaqda, istər birinə işarə etməkdə, istərsə də, onlara salam verməkdə bir ol! Bununla da, sərvətlilərin səni tamaha salmaq istəmələrnin qarşısı alınar və zəiflər sənin ədalətindən mə`yus olmazlar."2

MƏŞHUR İSLAM ALİMİ “ŞƏHİD ƏVVƏLİN" QAZİNİN VƏZİFƏLƏRİ BARƏSNDƏ SÖZLƏRİ


"Qaziyə vacibdir ki, bərabərlik, salam, müxtəlif ehtiramlar, qulaq asmaq və insafda r iki tərəfi bərabər nəzərə alsın. Əgər ixtilafda olanların biri müsəlman diri kafir olsa, qazi, oturmaqda müsəlmanı kafirdən yuxarıda otuzdura bilər. Məsələn, müsəlman oturmuş halda, kafir isə ayaq üstə ola bilər. Bu halda qaziyə vacib deyil ki, qəlbində r iki tərfə eyni səviyyədə meyilli olsun. !3

Bu hökm, qazinin iki tərəfə nisbət vəzifələrindən sayılır. Ancaq məhkəmə vaxtı :

"Əgər iki tərəfdən biri danışıqda digərindən qabağa düşsə, qazi onun sözünə qulaq asmalıdır. Əgər hər ikisi birdən danışığa başlasa, qazi sağ tərəfdə olanı birinci dinləyə bilər. Əgər hər ikisi sükut etsə, qazi deyə bilər: Hansınız iddiaçısınızsa öz iddianızı bəyan edə bilərsiniz. Yaxud desin: Hər ikiniz sözə başlaya bilərsiniz. Qazinin onlardan birini müxatəb qərar verməsi məkruhdur.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin