109-CÜ ƏSAS
Keçən söhbətlərdən aydın oldu ki, mədın həqiqəti Allahın izni və məşiyyəti ilə ruhun bədəndən ayrıldıqdan sonra bir daha ona qaytarılmasından, axirət aləmində insanın dünyada etdiyi yaxşı əməllərin savabını və ya pis əməllərin cəzasını görməsindən ibarətdir. Hindu dini kimi bəzi dinlər ilahi dinlərdə gəlmiş məadı inkar edirlər. Onlar əməllərə savab və ya cəza verilməsini qəbul edirlər, lakin onu “tənasüx» yolu ilə izah edirlər. Onların iddiasına əsasən, bir şəxs ölərkən onun ruhu ana bətnində olan başqa bir körpəyə qovuşub, müxtəlif mərhələlərdən sonra bir daha bu dünyaya qayıdır, körpəlik, yeniyetməlik və qocalıq dövranlarını keçirlər. Lakin bu əqidəyə əsasən, keçmişdə yaxşı əməl edənlər sonradan acınacaqlı və əvvəldə pis olanlar isə gözəl həyat sürəcəklər.
Tarix boyu müəyyən qədər tərəfdarı olmuş “tənasüx» əqidəsi hindu dininin əsaslarından biri sayılır. Qeyd etmək lazımdır ki, insanların hamısı, həmişəlik olaraq tənasüx yolu ilə getsələr, artıq məad üçün heç bir yol qalmayacaqdır. Halbuki, bir çox əqli və nəqli dəlillər (ayə və rəvayətlər) məadın hökmən baş verməsini zəruri olmasını tələb edir. Həqiqətdə tənasüx əqidəsinin tərəfdarları məadı düzgün şəkildə dərk edə bilmədiklərindən onu tənasüxlə qarışdırmışlar. İslam dinində tənasüxə inanmaq, küfr sayılır. Bizim etiqadi kitablarda onun batil və əsassız olub islam əqidələri ilə uyğun gəlməməsi ətraflı şəkildə bəyan edilmişdir. Burada onun xülasəsini diqqətinizə çatdırırıq:
1-İnsan nəfsi (ruh) ölməklə kamalın bir hissəsinə nail olur. Buna görə də onun ikinci dəfə ana bətnində olan körpəyə qovuşması, bədən ilə nəfs (ruh) arasında bağlılığın lüzumuna əsasən, nəfsin kamal mərhələsindən tənəzzülə uğrayıb çatışmamazlıq mərhələsinə düşməsi ilə nəticələnir. Bu da bir şeyin feliyyətdən qüvvəyə qayıtması və kainata hakim olan “varlıqların qüvvədən feliyyətə doğru təkamülü” qanununun əksinədir. Diqqət yetirmək lazımdır ki, insan ruhu qiyamətdə kamil bədənə qovuşacaq. Buna görə də bu, nəfsin ana bətnində olan körpəyə qovuşması ilə açıq-aydın təzadlı bir məsələdir.
2-Nəfsin bədəndən ayrılmasından sonra ayrı bir bədənə qovuşmasını qəbul etsək, labüd olaraq bir bədəndə bir neçə nəfsin varlığı və nəticədə bir insanda iki şəxsiyyətin olmasını qəbul etməliyik. Bu isə bircə şəxsiyyətə malik olan insanın fitri dərki ilə ziddir.240
3-Tənasüx əqidəsinin kainata hakim olan təkamül qanunu ilə zidd olmasından əlavə, zalımlar və öz mənfəətini güdənlər üçün də bir bəhanə ola bilər. Belə ki, onlar öz izzət və rifahlarını əvvəldə yaşamış insanların paklığı və təmizliyi ilə, məzlum və məhrumların bədbəxtliyini isə onlardan əvvəldə yaşayanların çirkin əməlləri və zülmlkarlıqları ilə izah edib öz çirkin işlərini davam etdirəcəklər.241
110-CÜ ƏSAS
Tənasüx barədə sözümüzün sonunda iki suala cavab verilməsi zəruri nəzərə çapır:
1-Cİ SUAL:
Qurani-kərimin dediyinə əsasən keçmiş millətlər arasında bəzən məsx (zati dəyişkənlik) baş vermiş və bunun nəticəsində bəzi insanlar donuz və meymun şəklinə düşmüşlər. Belə ki, buyurulur:
º†ËÓ†ÃÓŸÓ‰Ó†ÂÊtÁÔÂÔ†«‰tv—ÓœÓ:Ó†ËÓ†«‰tŒÓÊ«“GÈ—Ó;;;;
“(Allahın hökmü ilə müxalifət etdikləri üçün) onlardan bəzisini meymun və donuza çevirdi...»242
Əgər tənasüx batil və əsassız bir şeydirsə, bu zati çevriliş (məsx) hansı yolla həyata keçmişdir?
CAVAB:
Məsxin “tənasüx»-lə əsaslı fərqi vardır. Çünki tənasüx əqidəsinə görə ruh öz bədənindən ayrıldıqdan sonra, ayrı bir insanın bədəninə qovuşur. Lakin məsxdə heç vaxt ruh bədəndən ayrılmır və günahkar insan özünü meymun və donuz şəklində görüb narahat olsun deyə, onun zahiri görünüşü dəyişilir. Başqa sözlə desək, günahkar şəxs heç vaxt insaniyyət məqamından heyvanlıq məqamına qayıtmaz, əks halda, məsx olunmuş insanlar öz cəzalarını dərk edə bilməzlər. Halbuki, Qurani-kərim bəzi insanları, günah səbəbilə məsx oldudan söz açaraq buyurur:
º†bÓÃÓŸÓ‰tÊ«“ÁÓ«†ÊÓ„«“‰«Î†»ÓÈtÊÓ†ÈÓœÓÈtÁÓ«†Ëӆ«“†ŒÓ‰tbÓÁÓ«†ËÓ†ÂÓËtŸÿÓ:Ά‰Ó‰tÂÔ sÓvÈÊÓ†;
“Beləliklə bu işi (məsx məsələsini) günahkarlar və onlardan qabaqkılar üçün cəza, pərhizkarlar üçün nəsihət qərar verdik.»243
Təftazani bu barədə deyir:
“Tənasüxün həqiqəti budur ki, insanların nəfsi (ruhu) bu dünyada öz bədənlərindən ayrıldıqdan sonra başqa bədənlərə qovuşur. Məsx halında bədənin zahiri dəyişidiyi kimi, tənasüxdə bədənin zahiri görünüşü dəyişmir.»244
Əllamə Təbatəbai (r.ə) də belə deyir:
“Məsx olunmuş insanlar, öz insani ruhları olduğu kimi qalmaqla, zahirdə ayrı şəkillərə düşmüş insanlardır. Lakin heç vaxt onların nəfsi (ruhu) məsx olub meymun nəfsinə çevrilməz.»245
2-Cİ SUAL:
Bəzi yazıçılar “rəc”ət» əqidəsinin tənasüxdən təsirlənərək yarandığını iddia etmişlər.246 Rəc”ətə inanmaq tənasüxün qəbul edilməsi mənasını yetirirmi?
CAVAB:
Münasib yerlərdə izah edəcəyimiz kimi, şiə alimlərinin əksərinin əqidəsinə görə, “rəc”ət» dünyanın sonunda bəzi imanlı və həmçinin küfr əhlindən olan insanların qayıdışı olub, Həzrət İsa Məsihin (ə) vasitəsi ilə ölülərin dirilməsi247 və ya Üzeyrin (ə) yüz ildən sonra dirilməsi248 kimidir. Buna əsasən “rəc”ət» əqidəsinin tənasüxlə heç bir rabitəsi yoxdur və bu haqda “rəc”ət» fəslində daha ətraflı məlumat veriləcəkdir.
Dostları ilə paylaş: |