31-Cİ ƏSAS
Tovhid əqidəsinin dördüncü mərtəbəsi dünya və insanın tədbirində (yaranış və idarə olunma) tovhiddir. Tədbirdə tovhid iki qismə bölünür:
1-Təkvini tədbir.
2-Təşrii tədbir.
Təşrii tədbir haqda sonradan söhbət edəcəyik. Burada isə təkvini tədbir ilə əlaqədar tovhid haqda olan mətləbləri izah edirik:
Təkvini tədbir dedikdə, Allahın bütün varlıq aləmini, kainatı idarə etməsi nəzərdə tutulur. Bəşərin işlərində tədbirçi və idarə edən başqa bir şəxsdir. Məsələn, bir nəfər bir fabrik tikdirsə, amma onu idarə edən başqasıdır. Lakin varlıq aləmini yaradan da, idarə edən də elə bir nəfərdir. Burada əsas məsələ budur ki, kainatın idarə olunması onun xəlq edilməsindən ayrı deyildir.
Peyğəmbərlərin həyat tarixi göstərir ki, xaliqiyyətdə tovhid məsələsi barədə ümmətlər arasında fikir ayrılığı olmayıb. Müəyyən hallarda Allaha şərik qoşulmuşsa da, bu, varlıq aləminin tədbir edicisinin kim olması ilə əlaqədar, onun ardınca isə ibadət məqamında şirk olubdur. Həzrət İbrahim (ə)-ın dövründəki müşriklər aləmdə təkcə bir xaliqin varlığına inanırdılar. Lakin onlar səhvən ulduzları, günəşi və ayı kainatın idarə edicisi hesab edirdilər. İbrahim (ə) onlarla məhz həmin məsələ barədə mübahisə edirdi.
Həmçinin, İbrahim (ə)-dan sonra yaşayan Həzrət Yusifin zamanında da Allaha şərik qoşulması məhz tədbir məsələsi ilə əlaqədar idi. Həzrət Yusif (ə) zindanda olarkən, öz yoldaşlarına dedi: Siz “Allah dünyanı yaratdıqdan sonra onun idarə olunmasını başqalarına tapşırmışdır” deyirsiniz?
Qurani-kərimdə Həzrət Yusifin onlara belə dediyi nəql olunur:
º†√Ó†√Ó—t»«“»Ï†ÂÔ ÓbÓ—svÔËÊÓ ŒÓÈt—φ√Ó†«‹Ô†«‰tË«“՜φ«‰tvÓÁs«“—Ô†;
“(Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) dağınıq şəkildə olan tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan bir Allah?!”57
Həmçinin Quran ayələrindən aydın olur ki, peyğəmbərlərin dövründəki müşriklər öz müqəddərat-larının bir qisminin məbudların əlində olmasına inanırdılar. Qurani-kərimdə bu barədə belə buyurulur:
º†ËÓ†« sӌӖÔË«†ÂÊt†œÔËʆ«‹†¬‰ÁÓ:Ά‰ÈÓ„ÔËÊÔË«†‰ÓÁÔÂt†ŸGt«Î†;
“Müşriklər onlar üçün izzət olsun deyə, Allahdan başqa tanrılar seçdilər.”58
Başqa ayədə isə belə buyurlur:
º†ËÓ†« sӌӖÔË«†ÂÊt†œÔËʆ«‹†¬‰ÁÓ:Ά‰ÓŸÓ‰sÓÁÔÂt†ÈÔÊtgÓ—ÔËÊÓ††‰«“†ÈÓGt Ó◊ÈŸÔËÊÓ†ÊÓgt—ÓÁÔÂt†ËÓ ÁÔÂt†‰ÓÁÔÂt†ÃÓÊtœÏ
†ÂÔÕt÷Ó—ÔËÊÓ†;
“(Müşriklər) bəlkə, özlərinə yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) seçdilər. O bütlər onlara kömək etməyə qadir deyil. Onların özləri isə bütlər üçün hazır əsgərlərdir.”59
Müxtəlif Quran ayələrində müşriklərə xəbərdarlıq olunaraq buyurulur ki, siz elə şeylərə ibadət edirsiniz ki, onlar nə özlərinə, nə də onlara ibadət edənlərə heç bir fayda və ya ziyan verə bilməzlər. Bu kimi ayələr İslam Peyğəmbərinin dövründəki müşriklərin, öz məbudlarının onlara fayda və ya ziyan verməsinə etiqad bəsləmələrindən xəbər verir. Müşriklərdə bütlərə məhz buna görə ibadət edirdilər. Müşriklərin əqidələrini bəyan edən bu və buna bənzər ayələr göstərir ki, onlar xaliqiyyətdə tovhidə etiqad bəsləməklə yanaşı, Allah-taalanın idarə etdiyi işlərin bir qismində bütlərində şərik olmalarına və işlərdə bu kimi tanrılarında təsir göstərdiyinə inanırdılar. Qurani-kərim onları bütlərə sitayiş etməkdən çəkindirmək üçün qeyd olunan səbəblərin batil olduğunu bəyan edərək buyurur: “Sizin tanrılarınız sizə heç bir kömək edə bilməz.”
Quranın bəzi ayələri müşrikləri, Allaha şərik qoşub, Ona tay-bərabər və bənzər təsəvvür etdiklərinə və onları Allah qədər sevmələrinə görə danlayıb buyurur:
º†ËÓ†ÂÊÓ†«‰Ês«“G†ÂÓÊt†ÈÓ sÓŒ–Ô†ÂÊt†œÔËʆ«‹†√Êtœ«“œ«Î†ÈÔÕ»sÔËÊÓÁÔÂt†„ÓÕÔ»s†«‹†;
“İnsanlar içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onları Allah qədər sevənlər də vardır.”60
Bu ayədən başa düşülür ki, müşriklər sitayiş etdikləri bütlər üçün Allahın şan-şöhrəti kimi şan-şöhrət təsəvvür edir, sonra bu şan-şöhrəti həqiqi güman edərək onlara məhəbbət göstərir və ibadət edirmişlər. Başqa sözlə, müşriklər bütlərin bəzi cəhətlərdən Allaha bənzər olduqlarını təsəvvür etdikləri üçün onlara ibadət edirmişlər.
Quran qiyamət günü müşriklərin deyəcəkləri həsrətli sözləri nəql edib buyurur ki, onlar həm özlərini, həm də sitayiş etdikləri bütləri danlayaraq belə deyərlər:
º† Ó«†«‹†«Êt†„ÔÊs«“†‰ÓbȆ÷Ó‰«“‰n†ÂÔ»ÈÊn;†«–†ÊÔGÓËsÈ„ÔÂt†»—Ó»s†«‰tŸ«“‰ÓÂÈÊÓ†;
“Allaha and olsun ki, biz açıq-aydın zəlalətdə (azqınlıqda) olmuşduq. Çünki biz sizi (bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.”61
Bəli, tədbirdə tovhidin dairəsi daha genişdir. Məhz buna görə də Rəsuli Əkrəm (s)-in dövründəki müşriklər ruzi vermək, ölmək, dirilmək və dünyanın tədbiri kimi mühüm məsələlərdə Allahın birliyinə inanırdılar. Qurani-kərim bu barədə buyurur:
ºvÔ‰t†ÂÓÊt†ÈÓ—tGÔvÔ„ÔÂt†ÂÊÓ†«‰GsÓ«“¡†ËÓ«˘Ó—t÷†√ÓÂt†ÂÓÊt†ÈÓÂt‰„Ô†«‰GsÓÂtŸÓ†ËÓ†«˘Ó»tg«“—Ó†ËÓ†ÂÓÊt†ÈÔŒt—ÃÔ†«‰tÕÓÈsÓ†ÂÊÓ†«‰tÂÓÈs †ËÓ
ÈÔŒt—ÃÔ†«‰tÂÓÈs Ó†ÂÊÓ†«‰tÕÓÈs†ËÓ†ÂÓÊt†ÈԜӻs—Ô†«˘ÓÂt—Ó†bÓGÓÈÓvÔˉÔËÊÓ†«‹†bv‰†√ÓbÓ‰«“† Ó sÓvÔËÊÓ;
“De ki, sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi idarə edən, sahmana salan kimdir? Onlar “Allahdır” deyəcəklər. De ki: Bəs onda nə üçün Allahdan qorxmursunuz?”62
º†vÔ‰t†‰ÂÓʆ«˘Ó—t÷Ô†ËÓ†ÂÓÊt†bÈÁ«“†«Êt†„ÔÊt ÔÂt† ÓŸt‰ÓÂÔËÊÓ†GÓÈÓvÔˉÔËÊÓ†‹†vÔ‰t†√ÓbÓ‰«“† Ó–Ó„sÓ—ÔËÊÓ†vÔ‰t†ÂÓÊt†—Ó»sÔ†«‰GsÓÂÓË«“ †
†«‰GsÓ»tŸ†ËÓ†—Ó»sÔ†«‰tŸÓ—tg†«‰tŸÓÿÈÂ;†GÓÈÓvÔˉÔËÊÓ†‹†vÔ‰t†√ÓbÓ‰«“† Ó sÓvÔËÊÓ†;
“(Müşriklərə) de ki, əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar kimindir? Onlar mütləq “Allahındır” - deyə cavab verəcəklər. Sən də de ki, bəs elə isə, nə üçün düşünmürsünüz? De ki, yeddi (qat) göyün Rəbbi, o böyük və əzəmətli ərşin sahibi kimdir? Müşriklər mütləq “ Allahındır!” - deyə cavab verəcəklər. Onda sən də de ki, bəs elə isə, Allahın əzabından qorxmursunuz?”63
Amma əvvəldə qeyd etdiyimiz kimi (“Yasin” və “Məryəm” surəsinin ayələrinə əsasən) həmin şəxslər müharibədə qələbə çalmaq, səfərdə olarkən təhlükədən amanda qalmaq və bu kimi məsələlərdə öz tanrılarının dünyanın təkvini işlərində və öz müqəddəratlarında müəyyən qədər təsir göstərməsini təsəvvür edirdilər. Bu etiqadların ən bariz nümunəsi isə, şəfaəti onların haqqı bilmələri idi. Onlar inanırdılar ki, bütlər hətta Allahın izni olmadan da şəfaət edə bilər və onların şəfaəti mütləq təsir göstərəcək. Deməli, bəzi şəxslər müəyyən yerlərdə dünyanın tədbirinin Allaha məxsus olmasına inanmaqla yanaşı, (başqa işlərdə müşrik olub) şəfaət, fayda, ziyan, izzət, bəxşiş və tədbir kimi başqa işləri tanrıların, (bütlərin) ixtiyarında olmasına və onların təsir göstərməsinə etiqad bəsləyə bilərlər. Bəzən müşriklər bütə pərəstiş edib Allaha şərik qoşmalarına bəraət qazandırmaq bəhanəsi ilə deyirdilər: “Biz bütlərə ibadət etməklə Allah dərgahında yaxınlaşırıq (yəni, biz bütləri öz həyatımızda təsir göstərən hesab edirik)”. Quran onların bəhanələrini belə bəyan edir:
º «“†ÊÓŸt»ÔœÔ†ÁÔÂt†«˙”†‰ÈÔvÓ—sÓ»ÔËÊ«†«‰È”†«‹†GÔ‰tbÈ”†;
“Biz onlara, yalnız bizi Allaha yaxınlaşdırmaları üçün ibadət edirik.”
Amma ayənin sonunda onların bu kimi iddialarını təkzib edərək buyurur:
º «ÊsÓ†«‹Ó†‰«“†ÈÓÁtœÈ†ÂÓÊt†ÁÔËÓ†„«“–»Ï†„Óbs«“—†;
“Allah yalançı və nankor olan kimsəni doğru yola hidayət etməz!”64
Bu ayə Allahın izni olmadan hər hansı bir şeyin tədbirdə təsir göstərməsinə etiqad bəsləməyin yanlış olduğunu göstərir.
Tədbirdə tovhidin dəlili tam aydındır. Çünki, həm dünya, həm də insan barəsində xilqət aləminin idarə edilməsi ilə onun yaradılışı bir-birindən ayrı deyildir. Əgər onların xaliqi birdirsə, deməli, tədbirçisi və idarə edəni də həmin xaliqdir və birdən çox ola bilməz. Dünyanın xəlq edilməsi ilə tədbiri arasında olan qarşılıqlı bağlılıq və əlaqəyə görə Allah taala Qurani-kərimdə göylərin yaranması haqda söhbət edərkən Özünü dünyanın yeganə tədbirçisi və idarə edicisi kimi təqdim edir:
º†√Ó‹Ô†«‰sӖȆ—ÓbÓŸÓ†«‰GsÓÂÓË«“ †»⁄ÓÈt—†ŸÓÂtœn† Ó—ÓËtÊÓÁ«“†ÀÔÂsÓ†«Gt ÓËÈ”†ŸÓ‰ÓȆ«‰tŸÓ—tg†ËÓ†GÓŒsÓ—Ó†«‰gsÓÂtGÓ†ËÓ†«‰tvÓÂÓ—Ó†
„Ô‰sφÈÓÃt—Ȇ‰√ÓÃÓ‰n†ÂÔGÓÂsΆÈԜӻs—Ô†«˘ÓÂt—Ó†;;;†;
“Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan günəşi və ayı (iradəsinə) tabe edən və bütün işləri idarə edən məhz Allahdır.”65
Başqa bir ayədə varlıq aləminə hökm sürən vahid nizam-intizamı onun tədbirçisinin tək və yeganə olması dəlili hesab edərək buyurur:
º†‰ÓËt†„«“ÊÓ†bÈÁ«“†¬‰ÁÓ:φ«˙”†«‹Ô†‰ÓbÓGÓœÓ «†;
“Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisinin də nizam-intzamı pozulardı.”66
Allahın yeganə tədbirçi olmasına inam ilə yanaşı, Onun izni ilə öz vəzifələrini yerinə yetirən digər tədbirçilərə (vasitələrə) inanmağın tədbirdə tovhid ilə heç bir ziddiyyəti yoxdur. Elə buna görə də Qurani-kərim tədbirdə tovhidə təkid etməklə yanaşı, Allahın izni ilə olan digər tədbirçilərin və idarə edənlərin olmasını açıqlayaraq buyurur:
º†bÓ«‰tÂԜӻs—«“ †√ÓÂt—«Î†;
“And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünya işlərini idarə edən mələklərə)!”67
Dostları ilə paylaş: |