23. Kompüter qrafikasının əsas anlayışları
Kompüter qrafikasında rəng əhatəliyinin xüsusiyyəti ağ-qara və rəngli qrafika kimi anlayışlarla xarakterizə olunur. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarda kompüter qrafikasının mühəndis qrafikası, elmi qrafika, Web-qrafika, kompüter poliqrafiyası və s. kimi bölmələrinin adları göstərilir. Kompüter, televiziya və kino texnologiyalarının birləşməsindən nisbətən yeni sahə - kompüter qrafikası və animasiya yaranmışdır və sürətlə inkişaf etməkdədir. \Kompüter qrafikasında əyləncə xarakterli təsvirlərin yaradılmasına kifayət qədər yer ayrılmışdır. Verilənlərin qrafiki təqdimatı mexanizmi (Graphics Engine) kimi hətta oyunlarda anlayış yaranmışdır. Bu sahə həm də biznes baxımından gəlirli olduğundan qrafika və animasiyanın təkmilləşdirilməsinin növbəti mərhələsinə də stimul yaradır.
Kompüter qrafikasında, adətən, “ayırdetmə” anlayışı ilə daha çox dolaşıqlıq yaranır. Buna səbəb odur ki, eyni vaxtda müxtəlif obyektlərin bir neçə xassələri ilə iş aparmaq lazım gəlir. Ona görə də “ekran ayırdetməsi”, "çap qurğusu ayırdetməsi” və “təsvir ayırdetməsi” anlayışlarını dəqiq fərqləndirmək lazımdır. Bü anlayışlar hamısı müxtəlif obyektlərə aiddir. Şəklin monitorun ekranında, kağızda tutduğu yer və ya sərt diskdə faylın hansı fiziki ölçüyə malik olduğunu bilmək tələb olunmadığı hallarda ayırdetmənin bu növlərinin bir biri ilə heç bir bağlılığı yoxdur.
Ekran ayırdetməsi kompüter sisteminin (monitor və videokartdan asılıdır) və əməliyyat sisteminin (ƏS-nin sazlanmasından asılıdır) xassəsidir. Ekranın ayirdetməsi piksellərlə ölçülür və ekrana bütövlükdə yerləşə biləcək təsvirin ölçüsünü təyin edir.
Printer ayırdetməsi vahid uzunluqlu sahədə çap oluna biləcək ayrı-ayrı nöqtələrin miqdarını ifadə edən printerin xassəsidir. O, dpi-lərlə ölçülür və verilmiş keyfiyyətlə təsvirin ölçüsünü və ya əksinə verilmiş ölçüdə təsvirin keyfiyyətini təyin edir.
Təşyirin ayırdetməsi təsvirin öz xassəsidir. O, da dpi-lərlə ölçülür və qrafik redaktorda və ya skaner qurğusunun köməy ilə təsviri yaradarkən verilir. Təsvirin ayırdetməsinin qiyməti təsvirin faylında mühafizə edilir və təsvirin başqa xassələri ilə — onun fiziki ölçüsü ilə ayrılmaz əlaqəlidir.
Təsvirin fiziki ölçüsü həm piksellərlə, həm də uzunluq vahidlərilə (mm, sm, düym) ölçülə bilər. O, təsviri yaradarkən verilir və faylla birlikdə mühafizə olunur.
Gündəlik həyatda təsvirin əsasən iki tipi ilə rastlaşırıq: xüsusi alətlərin köməyi ilə yaradılan təsvirlər və fotoaparatın köməyl ilə dəqiq təsviri olan şəkillər (fotoqrafiya). Kompüter qrafikası da bu tip təsvirlərlə işləyir, Burada fotoqrafiya rastr qrafikası, şəkil isə vektor qrafikası adlanır.
Virtual fəzada obyektlərin həcm modellərinin qurulması üsullarını və metodlarını öyrənən 3D (3Dimension) üçölçülü qrafika, kompüter qrafikasının ayrıca predmeti hesab edilir. Bu sahədəki obyektlərlə əməliyyat üçün alqoritm və proqram təminatını əhatə edir. 3D qrafikasından ən çox arxitektur vizuallaşdırmada, kinematoqrafiyada, televiziyada, kompüter oyunlarında və s. istifadə olunur. Fraktal qrafik redaktorlara AutoCad, ArchiCad, 3D Studio Max və s. proqramları mısal göstərmək olar. Bir qayda olaraq, üçölçülü (3D) qrafikada təsvirin formalaşmasının vektor və rastr üsullarının sintezi tətbiq olunur.
Beləlilkə, kompüter qrafikasının yalnız bir alət kimi xidmət etməsinə baxmayaraq onun strukturu və metodları riyaziyyat, fizika, kimya, biologiya, statistika, proqramlaşdırma və bir çox digər fundamental və tətbiqi elmlərin aparıcı nailiyyətlərinə əsaslanmışdır. Bu fikir kompüterdə təsvirin yaradılması və emalının həm proqram, həm də aparat vasitələri üçün doğrudur.
Dostları ilə paylaş: |