Şagirdləri qoşalaşdırma məşğələləri
-
Görüş saatı
Sanki bir təkərin üzərindəki millər kimi kənara çıxan xətləri olan iri bir saatın üzünü köçürün. Şagirdlər bir-biri ilə "görüş" təyin edərək otaqda dolaşırlar. Şagirdlər razılaşdırılmış vaxtda bir-birilərinin saatlarını imzalayırlar. (Heç kəs eyni şəxslə təkrar görüş təyin edə bilməz) Qoşalaş və paylaş məşğələsi başladıqda, müəllim görüş saatını elan edir: "Saat 4:00 üçün təyin etdiyiniz görüşü tapın." Şagirdlərlə saat görüşü məşğələsini bir dəfə qaydasına saldıqdan sonra, proses növbəti bütün cütlüklər üçün asan olacaq.
Daha az sayda şagirdlərlə, müəllim saat üzrə daha az görüşə malik olmağı seçə bilər, məsələn: 12-3-6-9 saatlarında görüş saatı və s. Adətən, şagirdlər əslində "saxladıqlarından" daha çox "görüş"ə malik ola bilərlər. Başqa sözlərlə, şagirdlər dörd, altı və ya on iki görüş təyin edə bilərlər, lakin əlavə olaraq yalnız üç qoşalaş və paylaş məşğələsi keçirilə bilər.
-
Məni say
3 x 5 ölçüsündə bir qeydiyyat kartını yarıya bölərək, onun hər yarım hissəsində eyni sayı yazın. Say ardıcıllığı 1-11 ola, mühüm tarixləri, cəbri düsturları və s. təmsil edə bilər. Qoşalaş-paylaş üçün müvafiq bir vaxtda, şagirdləri kart çəkməyə, sonra isə yarıya bölünmüş qeydiyyat kartının üzərindəki sayı digər şagirdin əlində saxladığı eyni sayla tutuşdurun.
-
Onları tutun
Pinokl və ya poker kartlarından istifadə edərək, şagirdlərin hər birinə bir kart çəkməyi, sonra uyğun gələn kartı axtarmağı tapşırın. Misal üçün, bir şagird bir Qaratoxmaq Valet kartını çəkir və əlində digər istənilən növ Valet , yaxud Pinokl kartını, yaxud digər Qaratoxmaq Valetini tutan digər şagirdi axtarır.
-
Super detektiv
Hər bir şagird özü haqqında nə isə unikal bir şey (bir-beş punkt) yazır. Müəllim kartların yarı hissələrini sinfin "digər" yarısına vermək üçün istifadə edir; bu qrup ən unikal təsvir təmin etmiş şəxsi tapır. Bu iki şagird qoşalaş və paylaş məşğələsində tərəfdaş olurlar. Növbəti qoşalaş-paylaş məşğələsi kartların/sinif üzvlərinin digər yarısını çəkmək prosesi ilə davam edir.
-
Təbrik kartının digər tayı
Aldığınız təbrik kartlarından istifadə edin. Üz qabığındakı şəkli, təsviri və ya qrafikin yarısını kəsin. Şagirdləri kartların yarı hissələrini çəkməyə və tam uyğun yarısına malik şəxsi tapmağa sövq edin. Həmin şəxs qoşalaş-paylaş tərəfdaşı olacaq.
-
Ən yüksək zər atan
Bir cüt zər əldə edin. Şagirdləri zər atmağa və zərlərin üzərindəki sayları tutuşdurmağa sövq edərək, qoşalaş-paylaş qrupları yaradın. Misal üçün, atdıqları zərdə yeddi xalı olan şagirdlər bir komanda olacaq. Əgər dörd şagirdin zərində yeddi xal çıxarsa, iki qoşalaş-paylaş komandası əmələ gələcək.
-
Sayma
Şagirdlər 1-dən 16-ya qədər (və ya kursdakı şagirdlərin sayını) sayırlar. Tərəfdaşları 1-9, 2-10, 3-11 və s. kimi ardıcıllıqlar əsasında qoşalaşdırın. Müəllim arzu etdiyi zaman ardıcıllıqları dəyişə bilər.
-
Ən yaxşı seçim menyusu
Restorandan evə aparmaq üçün satılan hazır xörək menyuları toplayın. Menyu seçimlərini bəndləyin və şagirdləri onları çəkməyə, sonra isə tutuşdurmağa sövq edin. Məsələn: Asparagus Chicken - bu seçimi çəkən şagirdlər birlikdə işləyəcəklər.
-
«M&M» şirnisi
Şagirdləri şirniyyat kisəsindən M & M şirnisi götürməyə dəvət edin. Hamı öz miqdarını götürdükdən sonra müəllim şagirdlərdən seçdikləri şirnilərin cəmi miqdarını saymağı xahiş edir. Şagirdləri əllərindəki «M&M» şirnilərinin sayına görə qoşalaşdırın. Müəllim həmin üsulla şagirdlərdən müəyyən rəngləri saymağı xahiş edə və qoşalaşdıra da bilər.
-
Sitatlar və deyimlər
Məşhur sitat, deyim və ya maraqlı atalar sözlərindən ibarət bir siyahı seçib surətini çıxarın. Özünüzdə bir nüsxəsi saxlayın. Bütün deyimlər üçün zolaqlar kəsin və hər bir deyimi yarıya bölün. Şagirdləri cümlələri çəkməyə və sonra tutuşdurmağa sövq edin.
Nümunələr:
Tez oyanan… …qazanar
Hətta nasaz saat da... ...gündə iki dəfə düzgün işləyir.
Bu tamamilə məzəli bir tutuşdurma məşğələsi ola bilər, çünki şagirdlər yanlış uyğunlaşdırılmış ifadələri sınaqdan keçirirlər.
Həmçinin, müxtəlif mədəniyyətlərə məxsus atalar sözü və ya deyimlərdən istifadə etmək də maraqlı ola bilərdi. Resurs kimi istifadə etmək üçün müxtəlif sitat veb-saytları mövcuddur.
-
Ad lövhəciyini dəyişmə
Şagirdlər üçün ad lövhəcikləri hazırlayın. Lövhəciklərin yarı hissəsindən istifadə edərək, şagirdləri digər yarı hissəsini çəkməyə sövq edin. Şagirdlər ad lövhəciyi üzrə tərəfdaşlarını taparaq, qoşalaş-paylaş oyununa başlayırlar.
-
O mahnını oxu
Məşhur mahnıların xor üçün olan sətirlərini tutuşdurun - ritmli sətirlər maraqlı olardı. Şagirdləri xor sətirləri olan zolaqları çəkməyə və sonra xüsusi bir mahnının sətir ardıcıllığını tamamlayan zolağa malik tərəfdaşları tapmağa sövq edin.
-
Sehrli rəngli təbaşir
Şagirdləri rənglərə və ya rəng ailələrinə uyğun qoşalaşdırmaq üçün rəngli təbaşir, marker və ya digər vasitələrdən istifadə edin. Şagirdlər öz rəng tərəfdaşlarını tapdıqdan sonra onlar qoşalaş-paylaş məşğələsinə başlayırlar.
-
Mənim səyahət xəritəm
Bir bölgə, ölkə, kontinent və ya dünya xəritəsi seçin. İri şəhərlərin yerləşdiyi yerlərdə nöqtələr qoyaraq onu redaktə edin və ya yazın. Hər bir nöqtənin yaxınlığında bir xətt çəkin. Xəritənin surətini hər bir şagird üçün çıxarın. Görüş saatı kimi, şagirdlər xüsusi bir şəhərdə görüşmək üçün bir-birinin xəritələrini imzalayırlar. Beləliklə, şagird A, məsələn: şagird B ilə Parisdə görüşməyə razıdır. Hər biri digərinin xəritəsini imzalayır. Əgər müəllim sinfin Parisə getdiyini elan edərsə, şagird A və şagird B tərəfdaş olduqlarını bilirlər. Əgər müəllim sinfin Madridə getdiyini elan edərsə, şagird A onun Madrid xəritəsini imzalamış şagird E-ni tapmalı olduğunu bilir.
-
Müşkül məsələ
Şagirdlərə daxili və xarici bir dairə yaratmağı tapşırın. Xarici dairəni yaratmış şagirdlərdən üç addım sola, daxili dairə şagirdlərinə isə bir addım sağa hərəkət etmələrini xahiş edin. Daxili dairədəki şagird onun birbaşa qarşısındakı adama yetişərək onunla əl-ələ görüşür. Bütün tərəfdaşlar müəyyən olunduqdan sonra qrup ayrılaraq, qoşalaş-paylaş məşğələsini tamamlayır. (Bunu həmçinin, komanda yatarma məşğələsinə çevirmək üçün, hər kəsin əllərini tutaraq, iri bir insan düyünü yaratmasından əmin olun. Sonra qrupdan əllərini boşaltmadan özlərini düyündən azad etmələrini xahiş edin.)
-
Düymə ilə qoşalaşma
Şagirdlərdən düymə növlərini uyğunlaşdırmalarını xahiş edin. Müxtəlif ölçülü və bəzəkli düymələrdən istifadə edərək, şagirdlərdən onların düymələrinə uyğun olanları tapmağı xahiş edin. Düymələri uyğunlaşan şagirdlər qoşalaş və paylaş tərəfdaşları olurlar.
VEB RESURS: General Classroom Activities: www.cortland.edu/flteach/FAQ/FAQ-Act-general.html
-
"Qruplar Yarat" Elektron cədvəli
Kurikulum Resursu adlı CD-dəki Modul 4, Qoşalaş və Paylaş qovluğunda, istənilən ölçüdə qruplar yaradacaq bir elektron cədvəl vardır. Müəllim şagird adlarını yazaraq daxil edir. Düyməni tıklamaqla, proqram qarışıq şəkildə seçir.
-
İri buynuzlu heyvanların dostları
Şagirdlər müəyyən bir iri mal heyvanının adı olan bir kart əldə edirlər. Onlar öz qoşalaş və paylaş tərəfdaşlarını tapmaq üçün həmin heyvan kimi səs çıxarmalıdırlar. Beləliklə, məsələn: əgər şagirdin əlindəki kartın üzərində inək şəkli olarsa, o öz tərəfdaşını tapana qədər “moo” səsini çıxarır və onun kimi eyni səs çıxaran adamı tapır.
-
Riyazi əməliyyatlar
Qeydiyyat kartlarından istifadə edərkən, bir kartin üzərində riyazi əməl olur; həmin karta uyğun gələn kartın üzərində onun cavabı və ya həmin misalın digər həlli yolu vardır. Misal üçün, bir kartda 3 x 3 yazılır; tərəfdaşın kartında ya 9, ya da 32 ola bilər.
Müəllif hüququ@2007 İntel Korporasiyası Bütün hüquqları qorunur. Səh.
Dostları ilə paylaş: |