İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə157/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   166
 
8.9.5. Veb, JavaScript və Java 
HTML dilinin ilkin versiyalarının zəif cəhəti onun təqdim etdiyi informasiya resur-
sunun statik xarakter daşıması idi. Bu problemi həll etmək üçün Netscape Commu-
nication kompaniyası aparat-proqram platformalarından asılı olmayan Javascript dilini 
yaratdı. Bununla əlaqədar olaraq, HTML dilinə xüsusi ―script‖ teqi daxil edildi ki, bu teq 
Javascript dilində yazılmış proqramı HTML-səhifəsinə quraşdırmağa imkan verdi. 
Javascript proqramlarına scriptlər və ya ssenarilər deyilir. Scriptlər və ya senarilər (Job 
Control Language – JCL, Perl və s.) əslində, şərhedici köməkçi dillərdir. Bu dillər 
Javascript dili ilə yanaşı, uğurla tətbiq edilir. HTML-səhifələrinə quraşdırılmış 
Javascript scriptləri müəyyən şəraitlər yarandıqda, məsələn, mışın kursorunu ekranın 
müəyyən sahəsinə gətirmək lazım olduqda icra edilir. 
İnformasiya texnologiyalarının sonrakı inkişafına Sun Microsystems kompa-
niyasında 1995-ci ildə yaradılan Java dili böyük təsir etdi. Bu, HTML-səhifələrinə ―icra 
edilən məzmun‖ daxil etməyə imkan verdi. 
 
8.9.6. Yeni Veb texnologiyaları 


213 
Son illərdə mövcud olan veb-texnologiyalarının məlum qüsurlarını aradan 
qaldırmaq istiqamətində gərgin iş aparılır. Bu işlər göstərir ki, Veb-in baza elementləri 
olan hipermətn nişanlama dili HTML-də, universal resurs lokatoru URL-də və hipermətn 
resurslarının ötürülməsi protokolu HTTP-də köklü dəyişikliklər etməyə kəskin ehtiyac 
vardır. 
Yeni veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş standarta əsaslanır. Bu standarta 
əsasən HTML nişanlama dilinin imkanlarını genişləndirən XML (Extensible Markup 
Language) nişanlama dilindən istifadəyə keçid nəzərdə tutulur. Mövcud texnologiyada 
qapalı HTML-ə həvalə edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni nəsil Veb-
də modul prinsipində qurularaq açıq modul vasitəsilə icra ediləcəkdir. HTML-dən fərqli 
olaraq XML dili XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. Beləliklə, yeni 
veb texnologiyaları XML platformasına əsaslanacaqdır. XML platformasının standartla-
rında informasiya resurslarının identifikasiyası URL mexanizmindən prinsipial surətdə 
fərqlənən URİ (Universal Resource İdentifier) mexanizminə keçid nəzərdə tutulur ki, bu 
da resursları təkcə yerləşdiyi yer üzrə deyil, həm də bəzi mücərrəd adlar üzrə də 
iqtibaslaşdırmağa imkan verir. Bu məqsədlə yeni, XML protokolları işlənib hazırlanır. 
XML-səhifəsində metaverilən də nəzərdə tutulur. 
Yeni veb texnologiyaları platformasının əsas prinsipial qoyuluşu mövcud platforma 
ilə uyuşanlığı da nəzərdə tutur. Yəni, yeni texnologiyada HTML dilində təqdim edilən 
resurslarla da manesiz işləmək mümkün olacaqdır. XML platformasının bir sıra 
standartları artıq geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron biznesdə tətbiq 
edilir. XML ilə VB dili olan SQL arasında əlaqələrin yaradılması üzərində gərgin iş 
gedir. Bu, VB texnologiyalarının da XML platformasına keçirilməsi ilə nəticələnəcəkdir. 
Yəni XML-ə yönəldilmiş VBİS yaradılması qaçılmazdır.
XML platforması həm də Veb-in elmtutumluluğunu və texnoloji mükəmməlliyini 
təmin etmək üçün təməl təşkil edir. Bu, semantik Veb yaradılması deməkdir. Bu isə 
yalnız sintaksis mahiyyətli olan XML-sənədinə də yenidən baxılmasını tələb edəcəkdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin