İsa Musayev, Mətləb Əlizadə


Mətni axtarış sistemləri qarşısında qoyulan əsas tələblər



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə151/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   166
Mətni axtarış sistemləri qarşısında qoyulan əsas tələblər aşağıdakılardır: 
Çox iri sənəd kolleksiyaları ilə səmərəli mətni axtarışın təmin edilməsi; 
Sənədin və sorğunun məzmununu daha yaxşı təqdim edən metodların işlənib 
hazırlanması; 
Mətn, şəkil, audio, video və s. təbiətli sənədlərin birgə emalı imkanının 
yaradılması; 
Həm statik sənədlərin, həm də sənəd axınlarındakı sənədlərin axtarışını təmin 
edən səmərəli metodların işlənib hazırlanması; 
Mətni axtarış sistemlərinin qiymətləndirilməsi metodologiyasının yaradılması. 
 
8. 9. Veb texnologiyaları 
İnternet mühitində fəaliyyət göstərən ümumdünya hörümçək toru (World Wide 
Web) adlı qlobal hipermediya paylanmış informasiya sisteminin yaradılması 20-ci əsrin 
son 10 illiyində əldə edilmiş ən böyük elmi-texniki nailiyyət olmaqla, bir sıra yeni 
informasiya texnologiyalarının təməlini təşkil etmişdir ki, bu da nəticə etibarı ilə dərin 
sosial-iqtisadı dəyişikliklər törətmişdir.
Layihənin ideyası 1980-ci illərin sonunda Cenevrədə yerləşən Avropa Nüvə 
Tədqiqatları Mərkəzində (CERN) istifadə edilmək üçün təklif edilmişdi. Lakin qısa 
müddətdə bu ideya İnternetin yaranmasına gətirib çıxardı. 
 
8.9.1. İnternetin informasiya servisləri 
Qlobal hesablayıçı-kommunikasiya şəbəkəsi olan İnternetdə bir sıra informasiya və 
digər servislər mövcuddur ki, bunların da xidmətlərindən müxtəlif istifadəçilər istifadə 
edirlər. Bu servislərin bəziləri hamı üçün açıq olsa da, bəziləri xüsusi parol tələb edir.
Nisbətən çox istifadə edilən İnternet servislərinə: WWW, elektron poçt, fayl ötürül-
məsi servisləri, telekonfrans və hesablayıcı resurslara məsafədən müraciət imkanları 
yaradan proqram və aparat vasitələri kompleksləri aiddir. 
İnternetin bütün ibformasiya servisləri ―müştəri – server‖ arxitekturası əsasında 
qurulur. Bunlardan bəziləri, məsələn, WWW paylanmış informasiya resursları ilə işləyə 
bilir.


207 
İnternet açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli (Open 
System İnterconnection –OSİ) standartı əsasında qurulduğundan, WWW proqram təminatı 
İnternetə daxil olan şəbəkələrin xüsusiyyətlərindən də asılı deyildir. Bu proqram təminatı 
etalon modeldə tətbiqi səviyyəyə aiddir.
Beləliklə, İnternetdə istifadə edilən aparat-proqram platformalarının bircinsli 
olmaması sözügedən şəbəkə servislərinin şəffaf olmasına mane olmur. 
İnternetin informasiya servislərinin funksional imkanları barədə qisaca aşağıdakıları 
qeyd etmək olar. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin