İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə37/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   166
3.9.4 Bəzi digər qurğular.  
Riyazi prosessor sürüşən (üzən) vergüllü ədədlər üzərində cəld və daha dəqiq əməl-
lər aparır. 
Taktlı impulslar generatoru kompüter qurğularına ötürülən siqnalları müəyyən vaxt 
fasilələri ilə göndərir. Bir saniyədəki taktların sayına kompüterin takt tezliyi deyilir. 
Saniyədə milyon takt 1 meqahersdir. Bu, bütün qurğuların işini sinxronlaşdırmaq 
üçündür.
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt kvantları ilə işləyir. 
Yaddaşa birbaşa müraciət kontrolleri operativ yaddaşla xarici qurğular arasında 
prosessorun iştirakı olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır. 
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə çevirmək üçündür. Bunun köməyi 
ilə kompüter real vaxta köklənir və səs generasiyası baş tutur. 
 
 Bölmə 4. Kompüterin hesabi və məntiqi əsasları 
4.1. Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi 
Obyektlərin miqdarı barədə olan informasiyanın yazılışı üçün ədəddən istifadə edilir. 
Ədədlər müəyyən say sistemlərində ifadə olunur. Say sisteminin əlifbası rəqəmlərdən 
ibarətdir. Məsələn, 10-luq say sisteminin əlifbası: 0,1,2,3,4,5,6,7,8,9


50 
Say sistemləri mövqeli və mövqesiz olmaqla 2 iri qrupa bölünür. Mövqeli sistemlərdə 
rəqəmin qiyməti onun ədəddəki mövqeyindən asılıdır. Məsələn, 10-luq say sistemi 
mövqeli, Roma rəqəmləri mövqesiz say sisteminə aiddir.
Roma rəqəmləri: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000) 
Burada kiçik rəqəm soldadırsa çıxılır, sağdadırsa toplanır. Ədəd rəqəmlərin 
toplanmasından əmələ gəlir: XXX =10+10+10=30. 
1998=MCMXCVIII=1000+(1000-100)+(100-10)+5+1+1+1. 
4.1.1 Mövqeli say sistemləri. Qədim dövrlərdə 3-lük, 5-lik, 7-lik, 10-luq, 12-lik, 20-
lik, 30-luq, 40-lıq, 60-lıq və s. say sistemlərindən istifadə edilmişdir ki, bunların da izləri 
bu gün də qalmaqdadır.
Hal-hazırda kompüter tətbiqi ilə bağlı olaraq 10-luq, 2-lik, 8-lik və 16-lıq say 
sistemləri geniş istifadə edilir. Hər bir say sisteminin öz əlifbası və əsası vardır. Say 
sisteminin əsası onun əlifbasındakı rəqəmlərin sayıdır. Məsələn, 2-lik say sisteminin 
əlifbası 0 və 1-dən ibarət, 8-lik say sistemininki 0,1,2,3,4,5,6,7-dən, 16-lıq say sistemininki 
isə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A(10), B(11), C(12), D(13), E(14), F(15)-dən ibarətdir.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin