İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə36/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   166
3.9.2 Xarici yaddaş qurğuları. Bunlar informasiyanı uzun müddət saxlamaq 
üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan 
və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları 
və lazer disk yığıcıları (CD-ROM) geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır. 
Diskin səthi cığırlaşdırılır. Eyni radiuslu cığırlar paketdə silindr yaradır. İnformasiya 
cığırla radiusun kəsişməsinə yazılır. Cığırlar eyni tutumludur. Cığırlar sektorlara 
bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur. 
Vinçester də maqnit mahiyyətli disk paketidir. Lakin vinçester çevik yaddaş 
qurğusu hesab edilmir. Vinçester diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.
3.9.3 Çıxış qurğuları. Bunlar kompüterdə işlənmiş informasiyanı insan üçün 
münasib formada təqdim etmək üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və 
səsucaldan kolonkalar aiddir. 
Monitor (displey) mətn və qrafik informasiyanı təqdim etmək üçündür. Fərdi 
kompüterin monitoru mətn rejimində 25 sətr və 80 sütunun kəsişməsindəki 2000 
xanadan ibarətdir. Hər xanaya bir simvol yazılır. Simvol nöqtələrdən yığılmış şəkildir. 
Qrafik rejimdə isə monitorun sahəsi piksellə (nöqtə ilə) ölçülür. 480x640, 600x800, 
768x1024, 864x1152, 1024x1280 rejimləri vardır. 
Monitor ekranına çıxarılan informasiya videoyaddaşda saxlanır. Bu, məntiqi 
cəhətdən operativ yaddaşın bir hissəsi olsa da, fiziki cəhətdən monitora quraşdırılmış 
ayrıca qurğudur. 
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur. Port kompüterin girişinə və ya 
çıxışına müvafiq virtual yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. Hansı 
verilənin və ya əmrin hansı porta ötürüləcəyi və ya hansı portdan qəbul ediləcəyi 


49 
prosessor tərəfindən təyin və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə onun 
qoşulub-qoşulmadığını, sonra işə hazır olub-olmadığını, sonra kağızın olub-olmadığını 
yoxlayır, sonra lazımi əmri ötürür. 
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: ardıcıl, sətri və səhifəlik olur. 
İş prinsipinə görə, zərbəli və zərbəsiz printerlər vardır. Çap üsuluna görə, matris və 
simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. Başlıqda 9, 18, 24 iynə ola 
bilir. Sətri və səhifəlik matris printerlət müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap 
edir. Lakin bunlar səslidirlər. Şırnaqlı printerlər zərbəsiz olduğundan səssiz işləyir. 
Dəqiqədə 2-7 səhifə çap edir. Lazer printer kseroks prinsipində işləyir. 
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir. 
İndiki kompüterlərin hamısında audioadapter (səs platası) vardır. Səsucaldan 
kolonkalar həmin audioadapterlə işləyir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin