İsa Musayev, Mətləb Əlizadə


Sərt disklərin məntiqi quruluşu



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə89/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   166
Sərt disklərin məntiqi quruluşu çevik disklərin məntiqi quruluşundan xeyli fərqlənir. 
Burada ünvanlaşdırılan element bir neçə sektorun birləşməsindən yaradılan klasterdir. 
Klasterin ölçüsü FAT cədvəlinin tipindən və sərt diskin tutumundan asılıdır. FAT16 
cədvəli 
65536
2
16
klaster ünvanlaşdıra bilir. Böyük həcmli disklər üçün klasterin ölçüsü 
olduqca iri olur. Çünki sərt diskin informasiya tutumu 150 Qbayta çata bilir. Məsələn, 
40Qbayt həcmi olan diskdə klasterin ölçüsü 640 Kbayt (40 Qbayt / 65536 = 655360 bayt = 
640 Kbayt) təşkil edir.
Fayl klasterlərin də tam sayında yerləşir. Məsələn, ―informatika‖ sözü yazılmış mətn 
faylı 11 bayt həcmə malik olsa da 150 Qbaytlıq sərt diskdə 640 Kbaytlıq 1 klasterdə 
yerləşir. Bu o deməkdir ki, böyük tutumlu sərt diskə kiçik həcmli faylların yazılması 
yaddaşdan pis istifadə edilməsi ilə nəticələnir. Bu problemi FAT32 cədvəlindən istifadə 
etməklə qismən həll etmək mümkün olur. Çünki bu halda klaster 8 sektoru birləşdirir ki, 
bu da cəmi 4 Kbayt həcmə malik olur. İnformasiyanın etibarlı saxlanması üçün FAT 
cədvəli 2 nüsxədə yaradılır. Windows ƏS-də FAT16 cədvəlini FAT32-yə çevirən xüsusi 
xidməti proqram vardır. 
Disklərin defraqmentləşdirilməsi. Faylların sərt diskə yazılıb-pozulmasi ilə bağlı 
olaraq zaman keçdikcə fraqmentləşmə
144
artır. Faylların fraqmentləşməsi kompüterin sürə-
tinə mənfi təsir edir. Çünki maqnit başlıq fraqment axtarışına get-gedə daha çox vaxt sərf 
edir. Nəticədə sərt disk vaxtından əvvəl sıradan çıxır. Buna görə də dövrü olaraq disklərin 
defraqmentləşdirilməsi məsləhət görülür. Defraqmentləşdirmə zamanı faylın fraqmentləri 
ardıcıl klasterlərə yazılır. Dickin defraqmentləşdirilməsi proqramını işə buraxmaq üçün 
Baş Menyüdən Standartlar-Xidmətedicilər-Diskin defraqmentləşdirilməsi əmrini vermək 
lazımdır. Dialoq panelindən disk seçilməli, sonra OK verilməlidir. Məlumat düyməsini 
basmaqla işin gedişini izləmək olar.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin