113
Əməliyyat sisteminin faylları xarici,
uzunmüddətli yaddaşda
135
saxlanır. Lakin
proqramlar yalnız operativ yaddaşa yükləndikdən sonra icra edilə bilir. Buna görə də ƏS-
in fayllarını operativ yaddaşa yükləmək lazım gəlir. ƏS faylları yazılmış disk sistem diski
adlanır.
Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan
sonra ƏS sistem diskindən
avtomatik olaraq operativ yaddaşa yüklənir. Bunun üçün yükləyici proqram vardır.
Kompüterin özünü testləşdirməsi. Kompüterin tərkibində enerjidən asılı olmayan
sabit yaddaş qurğusu vardır ki, burada da kompüteri testləşdirən və ƏS-in yüklənməsinin
birinci mərhələsini həyata
keçirən BİOS
136
proqramı yazılmışdır.
Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan və ya sistem blokundakı
Reset
düyməsi basıldıqdan, yaxud da klaviaturadakı
Ctrl+Alt+Del düymə kombinasiyası
basıldıqdan sonra prosessor
POST (
Power-ON Self Test) proqramını qoşaraq kompüterin
aparat vasitələrinin iş qabiliyyətini testləşdirir.
Testləşdirmədən sonra xüsusi proqram sabit yaddaşdakı
BİOS-u axtarıb işə qoşur. ƏS
yükləndikdən sonra idarə əmr prosessoruna ötürülür.
6.3.3. Fayllar və fayl sistemi
Bütün proqramlar və verilənlər kompüterin xarici yaddaşında fayl şəklində saxlanır.
Fayl dedikdə, xarici yaddaşda saxlanan adlandırılmış
müəyyən miqdar informasiya
137
nəzərdə tutulur.
Faylın adı. Faylın adı bir-birindən nöqtə ilə ayrılan 2 hissədən ibarətdir. Birinci hissə
faylın adını, ikinci hissə faylın tipini müəyyən edən genişləndirməni əks etdirir. Faylın
adındakı birinci hissəni istifadəçi, ikinci hissəni faylı yaradan proqram verir. Fayl tipləri və
onların genişləndirmələri aşağıdakı cədvəldə verilmişdir:
Faylın tipi
Genişləndirmə
Proqramlar
exe, com
Mətn faylları
txt, doc
Qrafik fayllar
bmp, gif, ipg və s.
135
vinçesterdə, çevik və ya lazer diskdə
136
Basic İnput/Output System- giriş-çıxış
baza sistemi
137
proqram və ya verilən