Tətbiqi proqram təminatının tipologiyası olduqca genişdir. Təkcə iqtisadi yönlü
proqram əlavələrini sadalamaq istəsək, mühasibat uçotu, maliyyə fəaliyyəti, anbar uçotu,
kadr uçotu, istehsalın idarə edilməsi, sifariş və satışın uçotu və bank fəaliyyəti kimi
iqtisadi fəaliyyət növləri üzrə yaradılmış proqramların adını çəkmək kifayətdir.
Tətbiqi proqram təminatına ofis proqramlarını, informasiya sistemlərinin yaradıl-
ması və fəaliyyət göstərməsi üçün nəzərdə tutulan proqram vasitələrini, ekspert sistem-
lərini, layihə işlərinin avtomatlaşdırılması sistemlərini, təqdimat hazırlayan vasitələri və
s. aid edirlər.
Qeyd etmək lazımdır ki, tətbiqi proqram təminatına həm də mətn redaktorları,
elektron cədvəlləri və VBİS-lər
128
aiddir.
6.3. Sistem proqram təminatı 6.3.1. Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi Sistem proqram təminatının çox mühüm hissəsi əməliyyat sistemidir.
İBM-lə birgəliyi olan fərdi kompüterlərdə Microsoft firmasının Windows 9x/ME və
Linuxəməliyyat sistemləri, Apple firmasının fərdi kompüterlərində Mac OSəməliyyat
sisteminin müxtəlif versiyaları, işçi stansiyalarda və serverlərdə isə Windows NT/2000/XP və UNIX əməliyyat sistemləri istifadə edilir.
Göründüyü kimi, əməliyyat sistemləri müxtəlifdir. Lakin onların təyinatı və
funksiyaları eynidir. Əməliyyat sistemi kompüterin əsas təməl proqram təminatıdır ki,
bunsuz kompüter işləyə bilməz.
Əməliyyat sistemi kompüterin bütün qurğularının birgə fəaliyyətini təmin etməklə
mövcud kompüter resurslarını istifadəçiyə təqdim edir.
Müasir ƏS-lər mürəkkəb quruluşludur, hər bir elementi kompüterin idarə edilməsi
üzrə müəyyən funksiya icraçısıdır.
127
Alqoritmləşdiriləcək proseslərin modelləşdirilməsindən tutmuş proqram kodunun avtomatik
generasiyası (yüklənməsi) və yaradılan proqramların sənədləşdirilməsinədək bütün işlər.
128
Verilənlər bazalarını idarə edən sistemlər