İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə68/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   110
Əvvələn, böyüyün ailədə yerinin bilinməsi, sözünün keçməsi, onunla hesablaşılması ailənin rifahını təmin eləyən ən əsas şərtlərdəndir. Əgər bütün ailə, hətta səhv də olsa, böyük deyəni eləyirsə, birlik olur, güc, qüvvət olur, ən ağır işləri isə birlikdə yerinə yetirmək, ərsəyə gətirmək mümkündür.

İkinci bir tərəfdən, öz böyüyünə hörmət edən şəxs qonum-qonşuda, məhəllədə, qohum-əqrəbada da olan böyüklərə hörmət edir, onların yerini bilir, sözlərinə əməl edir; beləliklə el-obada da böyük sözü, ulu sözü keçir, «birlik və dirilik» olur.

Üçüncüsü, ailədə böyüyə hörmət çox güclü tərbiyə üsuludur. Azərbaycanlı ailəsi, adətən, çoxuşaqlı olardı. Ya nümunə, ya öyüd-nəsihət, ya təmrinlər yolu ilə birinci iki uşağı böyüyə hörmət etməyin düzgünlüyünə, zəruriliyinə inandır­maq sonradan gələn bütün uşaqların bu ruhda tərbiyəsi üçün kafi idi, yetərli olurdu. Bu işə artıq valideynlərin xüsusi nəzarəti tələb olunmurdu; uşaqlar özləri bu yazılmamış qaydaya əməl etməklə onu möhkəmlədir, yerinə yetirilməsi üçün heç bir mübahisəyə əsas verməyən qanun halına salırdılar.

Lakin, xalqın tarix boyu formalaşmış əxlaqi keyfiyyətlərini səriştəli, qayğıkeş, qədirbilən tərbiyəçi kimi qoruyub saxlamış azərbaycanlı ailəsində böyük-kiçik münasibətləri birtərəfli olmur. Ailədə yalnız böyüyə ehtiram, onun iradəsinə tabe olmaq, buyruğuna sözsüz əməl etmək kimi sərt qayda mövcud deyil. Kiçiklərin də özünəməxsus hüquqları vardır ki, düzgün təşkil olunmuş ailə tərbiyəsində bu hüquqların qorunması da əsrlərin sınağından çıxmış təcrübə ilə möhkəmlənmiş, etik normaya çevrilmişdir. Əslində ailədə böyük uşaq olmaq müəyyən məsuliyyət daşımağı zəruri edir, məcburiyyətə çevirir.

Yaşca böyük uşağın valideynləri tərəfindən ən çox eşitdiyi öyüd, dinlədiyi nəsihət, yerinə yetirməyə borclu olduğu vəzifə həmişə bu cur olur: «Sən böyüksən, özündən kiçiklərin qayğısına qalmaq sənin borcundur. Kiçik bacı və qardaşlarını heç kimin incitməyinə razı olma! Onlara qulluq elə!» və s.


  • Hörmət böyükdən kiçiyə qalıb.

  • Kiçiklərə əl tutmaq, həyan olmaq böyüklük naşanəsidir.

  • Böyüklərlə böyük, kiçiklərlə kiçik kimi davranmaq hörmət gətirər.

  • Böyük böyüklüyün bilməsə, kiçik kiçikliyin bilməz.

  • Uşağa buyur, dalınca yüyür.

  • Böyüklərlə böyük ol, kiçiklərə yol göstər.

  • Uşağa uşaq deyiblər, böyüyə-böyük

kimi atalar sözləri bir az əvvəl deyilmiş fikirləri sübut edir.

Atalar sözlərinin tərbiyəvi imkanları deyilənlərlə məhdudlaşmır. Bu müd­rik­lik xəzinəsi şəxsiyyətin formalaşmasına təsir göstərən amillər, öyrətmə işinin xüsusiyyətləri, təlim-tərbiyənin üsulları, insan psixologiyasının xüsusiyyətləri baxımından da tədqiq edilməyə layiq çox qiymətli etnopedaqoji materiallardır.







Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin