İsmayil əLİyev


Hansı iş yaxşıdır? Necə etmək lazımdır ki, əməkdən usanmayasan, o sənə ləzzət versin!



Yüklə 1,12 Mb.
səhifə76/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   110
Hansı iş yaxşıdır? Necə etmək lazımdır ki, əməkdən usanmayasan, o sənə ləzzət versin!

  • Qaldıra biləcəyin yükün altına gir.

  • Gərək saatla yox, namusla işləyəsən.

  • Çox peşəni pis bilməkdənsə, bir peşəni yaxşı bilmək faydalıdır.

  • Bir işi başlayandan əvvəl axırını fikir eylə.

  • Bu günün işini sabaha qoyma, qalan işə qar yağar.

  • İşi, işə bənd elə, görən desin «ha belə!»

  • Bir iş bitməyincə, o birinə başlamazlar və s.

Xalq əməkdən yayınmağı, tüfeyliliyi, tənbəlliyi insana yaraşmayan mənfi keyfiyyət hesab etmişdir. «Bədbəxtliyi qapıya gətirən tənbəllikdir», «Tənbəl dilənçinin qardaşıdır», «Tənbələ iş buyur, sənə ağıl öyrətsin», «Yazda oynayar – gülər, qışda acından ölər», «Yayda kölgə xoş, qışda çuval boş».

Xalq həmişə insan əməyinin hədsiz istismarını lənətlə­mişdir. Başqasının əməyi hesabına yaşayanlar, zənginləşənlər şifahi xalq yaradıcılığının bütün növ­lə­rində, o cümlədən atalar sözlərində ikrahla xatırlanır, təsvir edilir və nəticədə həmişə gülüş obyektinə çevrilirlər. «Tox molla qurddan pisdir, halvanı görən kimi Allahı unu­dur», «Molla soğan yeməz, amma əlinə düşsə, qabığını da saxla­maz», «Daşın gözü, xanın abırı olmaz», «Çayı ölçmək, bəyə inanmaq olmaz», «Ağanın qulağı kar olar», «Acın gücü, toxun mərhəməti olmaz» və s.

Xalqa görə əmək böyüyən nəslin fiziki, əqli inkişafı, əxlaqi təkmilləşmə­sinin əsas amilidir. Buna görə də xalq tərbiyəçiləri əməyin ictimai rolunu, mahiy­yətini, əhəmiyyətini göstərməklə kifayətlənməyib, həm də əmək tərbiyəsinin orijinal sistemini işləyib hazırlamışlar. Bu sistemin həll etdiyi ümumi məsələlər bütün xalq­lar üçün eynidir. Lakin hər bir xalq öz məişətindən, yaşam tərzindən asılı olaraq həmin vəzifələrin yerinə yetirilmə­sində müəyyən fərqli yanaşma yollarına malik olur. Məsələn, dağlılarda bu vəzifələrdən birincisi uşaqlarda sadə zəhmət adam­larının əməyinə hörmət hissi tərbiyə etməkdir. Bu keyfiyyət bilavasitə böyüklərlə birgə əmək prosesində formalaşdırılır. Uşaqlara öyrədilir ki, əməkçi xalqa hörmət – hər şeydən əvvəl, başqalarının əməyi ilə yaradılan nemətləri qorumaqdır («Min zərbə ilə yaradılanları bir zərbə ilə uçurma»), adamlara onların ağır zəhmətlərində mümkün olan köməyi etmək lazımdır («İşləyənlərlə işlə, yeyənlərlə ye!), gələcəkdə öz əlinin halal zəhməti ilə dolanan adam olmaq üçün, əməkdən qorxma­maq, ondan ürəklə, həvəslə yapışmaq lazım­dır («İnsan əməyinə, torpaqdan hasil edilmiş müqəddəs çörəyə hörmət etməyi öyrən»), hətta ən sadə işi görməyin də qaydalarını, xüsusiyyətlə­rini bilmək lazımdır («İşi bacaranın əlində odla qar birgə ötüşər»).

Gələcəyin zəhmətkeşləri olacaq uşaqlar hələ kiçik yaşlarından şəxsi əməyin insan həyatındakı rolunu dərk etməli­dirlər. «Ən kiçik əmək tələb edən iş belə hay-küylü şikayətdən yaxşıdır», «Ağac meyvəsiylə, insan zəhmətiylə qiymətlən­dirilir», «Allah məni güclü etsin ki, mən də torpağa güc verə bilim», «Bal tutan barmaq yalar».

Əmək tərbiyəsinin vəzifələrini həyata keçirməklə xalq uşaqlarda əməyə məhəbbət hissini möhkəmləndirir, onlarda əməksevərliyin ən zəruri keyfiyyət olması haqda əqidə formalaş­dırır, tənbəlliyə, başqasının əməyi hesabına yaşama­ğa nifrət yaradır, haram yolla zənginləşməyə mənfi münasibət aşılayır («Şərabdan sərxoş olan ayılar, xəzinədən sərxoş olan isə ayılmaz», «Yer şumlayana – yulaf unu, ot dərzinin üstündə oturmuş sahibkara pendir qırığı düşər». Əmək tərbiyəsi deyəndə xalq təkcə fiziki əməyi deyil, həm də əqli tərbiyəni nəzərdə tutur. «Qələm­dən bərk yapış – o, çörəyin oğludur», «Bilik və zəhmət – ekiz qardaşlar­dır», «Köləlik aşağıya, elm yüksəlişə aparar».

Xalq gənc nəsildə əmək, bacarıq və vərdişləri aşılamağa həmişə qayğı ilə yanaşmağı tələb edirdi. «Qullar arasında doğulan qul deyil, həyatını heç bir şey öyrənmədən başa vuran quldur».

Tərbiyənin bütün tərkib hissələri kimi, əmək tərbiyəsində də ictimai rəy formalaşdırılmasına xüsusi diqqət verir. Heç bir işlə məşğul olmadan asan yolla firavan yaşamaq istəyənlər həmişə xalqın gülüş hədəfinə çevrilmişlər. «İnək sağa bilməyənə dayan­dığı yer də əyri gələr», «İnəyi sağar – südü dağıdar, palta­rın qolunu yamayar – özünü yandırar», «Eşşəyə gücü çatmır – palanı tapdala­yır». Uşaqlar öhdələrinə düşən işləri sistematik yerinə yetirərək qazandıqları bacarıq və vərdişləri bilavasitə əmək prosesində daha da möhkəmləndirirlər.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin