İsmayil əLİyev


Əmək tərbiyəsinin yollarından biri də müxtəlif əmək növlərinə dair biliklər verməkdir



Yüklə 1,12 Mb.
səhifə77/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   110
Əmək tərbiyəsinin yollarından biri də müxtəlif əmək növlərinə dair biliklər verməkdir. «Arpanı tozlu torpaqda, buğdanı yaş torpaqda əkərlər», «Dəmiri isti-isti döyərlər», «Tək bir şırımı Xorasanacan uzatsan da tarlanı şumlamış deyil­sən», «Mal yiyəsinə çəkməsə, haramdır», «Tər torpağa qarıqmayınca, torpaq doymaz», «Alaq edilməyəcək tarlanı əkməsən yaxşıdır», «Necə ki, təndir istidir, çörəyi tez-tez yap», «Qoyunu qırxanda qayçısı əyri olanın, yunu çəkəndə də çəki daşları yüngül olar». Göstərilən atalar sözlərindən birincilərdə əməyə dair praktik məlumatlar, əmək tərbiyəsi elementləri üstünlük təşkil edirsə, son atalar sözü əliəyri adamın bütün işlərdə natəmiz hərəkət etdiyi göstərilir.

Xalq əmək tərbiyəsinin bir vasitəsi kimi həm də birgə əməyin üstünlüklə­rindən, əmək maraqlarını birləşdirməyin, müəyyən işi bərabər görməyin səmərə­sin­dən bəhs etməyi vacib sayır. «Palaza bürün, elnən sürün», «El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar», El gücü, sel gücü», «Köməkçin birdirsə - ikiqat güclü­sən, ikidirsə - yüz qat güclüsən», «Dağ-dağa qovuşmaz, insan-insana qovu­şar», «Ellə birgə olma­yan, kəfənsiz ölər».

Bu gün insanlar arasında yeni xarakterli münasibətlər – azadlıq, demok­ra­tiya, müstəqillik, bazar iqtisadiyyatına keçid, geniş dünyaya inteqrasiya bərqərar olmaqdadır. Bu dövrün özünəməxsus iqtisadi, hüquqi, ekoloji problemləri vardır. İnsan bu problemlərin miqyasını təsəvvür etdikcə bəzən çaşıb qalır. Onlar­­dan çıxış yollarını digər ölkələrin timsalında axtarmağa çalışır. Halbuki cəmiyyət tarixi diqqətlə öyrənilsə, bəşəriyyətin və ayrıca götürülmüş hər bir xalqın həyatında həmin çətinliklərin bu və ya digər şəkildə həmişə olduğu və xalqın da onların həlli yollarını bildiyi məlum olur. Etnopedaqoji materiallar, xüsusilə də atalar sözləri bu baxımdan çox dəyərli pedaqoji imkanlara malikdir. Həmin imkanları əks etdirən atalar sözlərinə dair bəzi nümunələri göstərmək olar:




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin