İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə79/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   110
Hüquqi tərbiyə haqda:

  • Zor gələndə qanun qaçar.

  • Kim güclüdür, haqq onundur.

  • Doğruya zaval yoxdur, çəksələr min divana.

  • Tutulmayan oğru – bəydən, xandan doğru.

  • Zülm ilə bərbad olan, ədalətlə abad olar.

4.2.
Tapmacalar, onların etnopedaqoji



mahiyyəti və əhəmiyyəti


  1. Tapmacalar haqda ümumi məlumat.

  2. Tapmacaların formaları.

  3. Tapmacaların bilikverici imkanları.

  4. Tapmacaların inkişafetdirici imkanları.

  5. Tapmacalardan istifadənin səmərəlilik şərtləri.

Xalq pedaqogikasının vasitələrindən biri də tapmacalardır. Tapmacalar bütün xalqların şifahi yaradıcılığında mövcuddur. Onların yaranma tarixi çox qədim dövrlərlə bağlı olub, müxtəlif xalqlarda fərqli adlar altında bəllidir. M. Kaş­ğarinin «Divani-lüğət-it-türk» əsərində tapmacaların qəbilələr arasında «tabur» adı ilə yarandığı göstərilir. Türk xalqları içərisində də «bilməcə», «tapış­maq», «matal», «cummaq», «uşmuk (şuk)» və başqa adlarla tanınır.

Balkarlar tapmacaya «elber» deyirlər. «El» kənd, oba, «ber» - ver demək­dir. Tapmaca oyununda kim çox tapmacanın cavabını tapsa, ona çox «kənd», «şəhər» düşür və o, qalib olur.

Çuvaşlarda tapmacalar «tupmalli yumax (tapmalı nağıl)» və «sutmalli yumax (satmalı nağıl)» adlanır. Tapmacaların bir çoxunun süjeti olduğundan ona «nağıl» sözü də qoşulur. Satmaq – tapmacala­rın cavabını tapa bilməyən ada­­mı cəzalandırmaqdır. Cəza kimi isə onu ən çirkin, eybəcər adamla «evlən­dirirlər».

Tapmacalar folklorşünaslıqda geniş tədqiq olunmuşdur. Azərbaycan folk­lorşünaslığında tapmacaların sistemli şəkildə toplan­ması, nəşri XX əsrin əvvəl­lərindən başlamış, tapmacaların mənşəyi, şəkilləri, poetik xüsusiy­yətləri və s. tədqiq olunmuş­dur. Məqsədimiz, əsasən, tapmacaların etnopeda­qoji mahiyyəti və əhəmiyyətini şərh etmək olsa da, problemi tam və geniş aydın­laşdırmaq üçün onlar barədə bəzi məqamlara da toxunulmalıdır.

Hər şeydən əvvəl, tapmacaların yaranması barədə. Qeyd olunmalıdır ki, insan onu əhatə edən şeylərlə, həyatda bilavasitə rastlaşdığı, təmasda olduğu əşyalarla və haqqında fikirləşdiyi, mahiy­yətini dərk etməyə çalışdığı fakt və hadisələrlə bağlı tapmacalar yaratmışdır. Bu yaradıcılıq prosesi, təxminən, aşağıdakı suallarla müşayət olunmuşdur: haqqında bəhs edilən şey necədir? ona ən çox harda rast gəlinir? onu necə adlandırırlar? o nəyə lazımdır? və s.

Buna görə də tapmacaları aid olduqları cisim və hadisələr baxımından qruplaşdırsaq, təxminən, bu cür bir təsnifat əmələ gələr:



  1. Yüklə 1,12 Mb.

    Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin