İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə75/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   110
Əmək tərbiyəsi. Atalar sözlərinin aparıcı ideyalarından birini əməksevərlik tərbiyəsi təşkil edir.

Əməyin insan həyatındakı rolu və mənası insanlığın özünün mahiyyəti ilə bərabər tutulur. Peyğəmbər (s.ə.s) kəlam­ları­dır: «İbadət yetmiş qisimdir, onlar-dan ən üstünü halal yolla ruzi qazanmaq üçün çalışmaqdır», «İnsanın öz əlinin əməyi ilə qazanıb yeməsindən, rahat, xeyirli heç bir yemək olmaz», «Yararsız qalmış bir yeri cana gətirən adam bəri başdan savaba nail olur, orada nə əkib becərsə, oradan nə götürsə, özünə sədəqə sayılar», «Əkin əkin, əkinçilk sevinc və fərəh doğuran bir peşədir», «At, qoyun, dəvə saxlayın; qoyunu saxlamaq bərə-kətdir; dəvə sahibi olmaq sərvətdir, ucalıqdır; ata gəlincə – xeyir qiyamətədək atın yalmanındadır» və s.

Azərbaycan atalar sözlərində ifadə olunmuş fikirlərə görə insan təbiətin­dəki nəcib keyfiyyətlərin hamısı məhz əmək nəticəsində, müəyyən sahədə çalış­maqla meydana çıxır. Əmək həm də xoş güzəranın, rahat həyatın təminatçı­sıdır.


  • İstəyirsən bal-çörək, al əlinə bel, kürək.

  • Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.

  • Yayda işləyən qışda dişləyər.

  • Görülmüş işdən gül qoxusu gələr.

Tərbiyənin digər sahələrində olduğu kimi, əməyə dair atalar sözləri də müəyyən sistemə malikdir. Etnopedaqoji təhlil nəticəsində onları elə düzmək mümkündür ki, əmək tərbiyəsi ilə məşğul olan müəllim-tərbiyəçi qarşıda duran bir sıra məsələləri uğurla həll etsin. Məsələn, əmək insana nə verir, insan niyə şəxsi əmək çəkməlidir?

Çünki!


  • Əməksiz yemək olmaz.

  • İş insanın cövhəridir.

  • İşləməyən dişləməz.

  • Çalışan ac qalmaz, tənbəl – tox.

  • Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayandır.

  • Tarlada izi olmayanın, süfrədə üzü olmaz.

  • Ata malından mal olmaz, özün qazanman gərək.

  • El malına göz dikmə, özün qazan, özün ye!

  • Allah bacadan tökməz, gərək özün çalışasan.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin