İsmayil əLİyev


Xalq nəğmələri və oyunlarının



Yüklə 1,12 Mb.
səhifə88/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   110
Xalq nəğmələri və oyunlarının

pedaqoji mahiyyəti


  1. Xalq nəğmələri və onların növləri.

  2. Beşik nəğmələrinin etnopedaqoji təhlili.

  3. Peşə nəğmələrinin pedaqoji imkanları.

  4. Xalq oyunları haqda məlumat.

  5. Xalq oyunlarının növləri.

  6. Oyunların etnopedaqoji təhlili.




4.3.1. Xalq nəğmələri
Xalq pedaqogikasının vasitələrindən biri də xalq nəğmələridir. Nəğmələr insan hisslərinin, arzularının, sevincinin, kədərinin ifadəsidir. Xalq yaradıcılığı janrları içərisində insana öz hisslərini ifadə etməyə imkan verən ən yaxın, doğma janr – nəğmələrdir. Nəğmələri digər xalq yaradıcılığı nümunələrindən fərqləndi­rən bir neçə xüsusiyyət vardır.

Əvvələn, nəğmələr insanın bütün həyatı boyu istifadə etdiyi janrdır. Məsələn, atalar sözləri, tapmacalar, nağıllar, dastanlar, tamaşalar, oyunlar və s. müəyyən yaş dövrlərində başa düşülür, onlardan hər biri insan ömrünün müəyyən çağında daha çox istifadə olunur. Amma, insan həyatının laylalarla başlayıb, ağılarla bitdiyi məlum həqiqətdir.

İkinciçi, istənilən yaradıcılıq məhsulu ya başqalarının iştirakı ilə olur və ya başqalarına təqdim etmək üçün yaradılır. Məsələn, müəyyən tətbiqi sənət nümunəsi insanın fərdi hisslərinin təzahürü kimi yarana bilir. Amma onlar da öz həqiqi dəyərini digər insanlara təqdim edəndən sonra qazanır. Nəğmələr isə bəzən ancaq insanın özü üçün ifa olunur. İnsan öz hisslərini nəğmələrlə özünə və ətrafdakılara çatdırır.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin