İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


K.Yunqun psixoterapiya konsepsiyası



Yüklə 205,09 Kb.
səhifə75/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   71   72   73   74   75   76   77   78   ...   112
K.Yunqun psixoterapiya konsepsiyası.

İsveçrə alimi Karl Qustav Yunq (1875-1961) özünün individualizasiya və psixoterapiya konsepsiyasına görə məhşur olmuşdur. 30 yaşından Sürix universitetinin psixiatriya və psixologiya üzrə professoru retbəsini almış alimin aşağıdakı əsərləri: “Xatırlamalar, yuxular, düşüncələr”, “Şüursuzluğa yanaşma” analitik psixologiyada onu daha da tanıtmış, eyni zamanda, Z.Freydin əleyhdarı və neofreydizmin yaradıcılıqlarından birinə çevirmişdir. K.Yunqa görə, hər bir şəxsin başlıca maraqları əsas etibarilə ya onun daxilinə və ya xarici aləmə yönəlmiş olur. Birinci tip şəxslər introvertlər, ikincilər isə ekstrovertlər adlanırlar. İntrovertlər şəxsi mülahizələrinə üstünlük verərək öz daxili aləmləri ilə yaşayan adamlardır. Ekstrovertlər isə, əsasən, xarici aləmdə baş verən hadisələrə üstünlük verir bə bu səbəbdən ətrafdakılarla tez kontakta girərək onların rəğbətini qazana bilirlər. Həyatda isterik təbiətli adamların hamısı ekstrovertlər, astenik və autistik şəxslər isə introvertlərdir.

Yunqa görə, fərdi şüursuzluqla yanaşı kollektiv şüursuzluq da mövcuddur ki, bu da nəsildən-nəslə ötürülən qazanılma xüsusiyyətdir. Yunq qeyd edirdi ki, uşaq doğularkən o, öz fərdi xüsusiyyətləri ilə dünyaya göz açır, bu isə onun bir fərd kimi formalaşmasında və öz həyat yolunu müəyyən etməsində başlıca rol oynayır. Z.Freyddən fərqli olaraq, K.Yunq nevrozları, cəmiyyətin tələbi ilə primitiv hisslərin konflikti kimi deyil, fərdin inkişafının disharmoniyası kimi qəbul edirdi. Başqa sözlə, uşaqların keçirdiyi iztirablara deyil, bugünkü hadisələrə, həyati problemlərə üstünlük verirdi. Yunq hesab edirdi ki, nevroza tutulanları müalicə edərkən psixoterapevtin əsas vəzifəsi fərdi və kollektiv düşüncəsizlik arasında əlaqə yaratmağa çalışmaq olmalıdır. Müalicənin səmərəsi psixoterapevtin nə dərəcədə buna nail olmasından asılıdır. O, müalicənin gedişini iki yerə bölürdü: analitik və sintetik psixoterapiya. Analitik mərhələ özü də iki yerə böıünür: etiraf və uozma.

Müalicə məlumat toplaçaqla başlayır. Xəstə şəxsi həyatı, şikayətləri yuxugörmələri və i.a haqqında danışır. Həkim yalnız dinləməklə kifayətlənmir, xəstənin daha səmimi və ətraflı məlumat verməsinə şərait yaradır. Beləliklə, söhbətin gedişində etirafların miqdarı artdıqca şəxs özünün şüuraltı iztirablarını – xəstəliyin əsl səbəblərini açıqlayır. İkinci mərhələdə toplanılmış məlumatların yozulması aparılır. Bu prosesdə Yunq yuxugörmələrə və simvollara daha çox əhəmiyyət verirdi. Şəxsin etirazları ilə kifayətlənməyən Yunq şüursuzluq məkanına daha çox nüfuz etmək üçün və bu yolla daha çoz açıqlamaya nail olmaq üçün şəxsin yaradıcılıq məhsulatından da (məsələn: çəkdiyi rəsmlər, yaratdığı fiqurlar, musiqi yaradıcılığı, rəqsləri və i.a) istifadə etməyə çalışırdı. Yuxugörmələri təhlil edərkən Freyddən fərqli olaraq sərbəst assosiasiyalara deyil, yuxunun konkret məzmununun təhlilinə əhəmiyyət verirdi.

Müalicənin ikinci bölməsi də - sintetik bölmə də iki mərhələdən ibarətdir: öyrətmə və yerdəyişmə. Yunq hesab edirdi ki, dərketmə, anlama müalicənin yalnız başlanğıcıdır. Bunun ardınca daha əhəmiyyətli, icrası çətin olan öyrətmə mərhələsi gəlir. Bu mərhələdə terapevt özünü və mühiti dərketmə ilə yanaşı yeni vərdişlər, davranış qaydaları, ətrafda baş verən hadisələrə adekvat reaksiya vermək kimi fəaliyyət formalarını öyrənməlidir. Müalicənin son mərhələsində xəstənin həkimdən aslılığl minimuma endirilir. Belə ki, öyrənmə vərdişləri və onların təkmilləşməsi prosesi ön plana keçməlidir.

Göründüyü kimi, Yunqun psixoterapiya konsepsiyası o qədər də sadə deyil, əksinə, icrası çətin, lakin görüşününə görə zərif, məzmunca dərin və mənalıdır. Yunq Freydin panseksualizmini inkar etməklə yanaşı, qeyd edirdi ki, cinsi həvəs (libido) diferensə olunmamış, universal enerji mənbəyidir; o, təkcə insanların seksual həyatında deyil, mədəniyyətində, adət-ənənələrində, təfəkküründa və i.a. rolu olan bir amildir. Kollektiv şüursualuq anlayışını psixologiyanın universal qanunlarından biri hesab edən Yunq bunun nevroz problemlərində və psixoterapiyaad xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayırdı. O yazırdı: “Analitik psixoterapiyanın başlıca vəzifəsi şüurla şüursuzluq arasındakı tarazlığa nail olmaq, onların qarşılıqlı dinamik fəaliyyətini təmin etməkdir”.



  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin