İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Dinamik meylli terapiyanın məqsədi



Yüklə 205,09 Kb.
səhifə60/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   56   57   58   59   60   61   62   63   ...   112
Dinamik meylli terapiyanın məqsədi.

Dinamik meyilli terapiyanın əsas məqsədi psixikanın çətin anlaşılan sahələrinə nüfus etmək və dərk olunmayan qarşılıqlı münasibət prosseslərinin başa düşməkdir. Psixoanalitik cərrah kimi pasientin fəaliyyəti pozulmuş aspektlərini təhrif edir və onun davranışında müsbət dəyişikliklərə nail olur. Bunun üçün xəstəyə onun başına gələn spontan fikirlərin şərh etmək təklif ounur.

Qısamüddətli dinamiki psixoterapiya – adından görüldüyü kimi, bu terapiya formasının başlıca cəhəti onun qısamüddətli olmasıdır. Qısamüddətli psixoterapiya aparılmasına tələbat heç də həmişə maddi meyarlarla ölçülmür. Bir çox hallarda, qısamüddətli terapiya həm pasiyentin, həm terapevtin tələbatlarına cavab verir, ən başlıcası isə xəstəliyin tezliklə müalicə olunması problemini həll edir.

Minlərlə xəstələr üzərində aparılmış müşahidələr göstərmişdir ki, təqribən 55-60% hallarda psixoterapiya seanslarının sayı 5-7 dəfədən artıq olmur. Yəni uzunmüddətli psixoterapiyaya ehtiyac duyulmur. Qısamüddətli terapiyaya başlayan həkim bir qayda olaraq, müalicə seanslarının sayı, neçə gündən bir və nəhayət hər seansın nə qədər davam edəcəyi barədə pasiyentə məlumat verir. Belə bir taktika çox vaxt xəstələri razı salır, psixoterapevtik problemlərin müsbət həlli üçün xəstəni konkret vaxt çərçivəsində səfərbər edir.

Əksər müəlliflərin fikrincə terapevtik seansların ümumi sayı 4 – 12 olmaqla, hər seansa 40 dəqiqədən 1 saata qədər vaxt ayrılması optimal sayılmalıdır. Terapiyanın ardıcıllığı isə həftədə 1 – 2 dəfə ola bilər. Müalicəyə başlamazdan əvvəl həkim xəstələnməyə səbəb olan bütün detalları araşdırmalı, pasiyentə daha tez yardım göstərmək üçün optimal müalicə üsulunun nədən ibarət olacağını təyin etməlidir. Pasiyentlə həkim arasında anlaşmanın (terapevtik alyansın) yaradılması başlıca şərtlərdəndir. Bu məqsədlə həkim yalnız xəstəliyi deyil, pasiyentin şəxsi xüsusiyyətlərini də nəzərə almalıdır.

Bilavasitə psixoterapevtik texnikaya gəldikdə, qeyd edilməlidir ki, bu haqda universal yanaşma yoxdur. Bunu terapevt işin gedişində müəyyənləşdirir. Başlıca məsələ qısa müddət ərzində təhlükəsiz və ümidverici mühit yaratmaqla xəstənin problemlərini həll etməyə çalışmaqdır. Uzunmüddətli psixoterapiyadan fərqli olaraq, qısamüddətli terapiya zamanı xüsusi göstərişlərdən, inamlı təlqinetmə üsullarından daha geniş istifadə edilməlidir. Müalicəyə başlayan həkim həmişə “burada və indi” prinsipini rəhbər tutaraq, müalicənin səmərəli keçməsini təmin etmək üçün aşağıdakı prinsiplərə əməl etməyə çalışmalıdır:



  1. Hər bir müalicə seansı zamanı pasiyentin yüksək emosional vəziyyətini təmin etməyə cəhd etmək;

  2. Müalicənin gedişinə mane ola bilən hər nə varsa, onu tezliklə aradan qaldırmağa çalışmaq;

  3. Pasiyentə müalicənin tez bir zamanda başa çatacağını bildirməklə onun diqqətini pozitiv istiqamətə yönəltmək;

  4. Pasiyentin gündəlik həyatında baş verən hadisələrə, o cümlədən çətinlikərə fəal təsir göstərməyə çalışmaq;

Qısamüddətli psixoterapiyanın şəxsi münaqişələr (o cümlədən stress) nəticəsində baş verən nevrotik pozuntularda səmərəli olması haqqında göstərişlər vardır. Özünü köməksiz, məzlum sayan,depressiya əlamətləri nümayiş etdirən xəstələrə qısamüddətli psixoterapiya məsləhət görülür. Ipoxondriya əlamətləri olan, obsessiv-kompulsiv sindromlu xəstələr üçün bu üsulun az səmərəli olmasını da qeyd etmək lazımdır.


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin