Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu



Yüklə 331,7 Kb.
səhifə14/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Laboratoriya işləri1-5 yeni

FeOCr2O3– Fe(CrO2)2

  • xromit

Pb CrO4

  • krokait

FeS  Cr2S3

  • dobrelit



Alınması :

Xrom 1797-ci ildə fransız alimi L.Vokelen tərəfindən kro­ko­it mineralının tərkibində kəşf edilmişdir. Lakin 1894-cü ildə Holdşmit tərəfindən alümotermiya üsulu ilə alınmışdır. Hal-hazırda xromu təmiz, həm də ferroxrom şəklində emal edirlər.


1. Xromiti elektrik sobalarında karbonla reluksiya etdikdə tərkibində 60-65%, xrom və 4-6% karbon olan xromun dəmirlə ərintisi – ferroxrom alınır ki, bundan polad növlərinin istehsalında istifadə olunur.
FeO  Cr2O3 + 4C → Fe + 2Cr + 4CO
Ferroxrom
Həmçinin, xromiti alüminiumla reduksiya etməklə tərki­bin­də karbon olmayan ferroxrom almaq mümkündür.
3Fe(CrO2)2 + 8Al →3 Fe + 6Cr + 4Al2O3
Ferroxrom

2. Xrom təmiz halda alümotermiya üsulu ilə alınır .


Cr2O3 + 2Al → 2Cr + Al2O3
Xrom 3-oksidi silisiumla reduksiya etməklə də sərbəst me­tal alırlar:
2Cr2O3 + 3Si → 4Cr + 3SiO2.
Yüksək təmizliyə (99,8%) malik olan xrom elektroliz üsulu ilə alınır.


Xassələri
Xrom gümüşü-ağ rəngli parlaq, bərk və çətin əriyən metal­dır. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı 7,2 q/sm3, ərimə tem­peraturu 18550C, qaynama temperaturu isə 25700C-dir.
Xrom adi şəraitdə passiv olub, hava və suya qarşı müqavi­mə­ti yüksəkdir. Havada onun üzəri oksid təbəqəsi ilə örtülür ki, o da onu sonrakı oksidləşmədən qoruyur. Lakin közərmiş xrom su buxarı ilə qarşılıqlı təsirdə olur və hidrogen ayırır.

Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin