6Al + 6H2SO4 → Al2(SO4)3 + 3SO2 + 6H2O
Alüminium güclü reduksiyaedicidir. Onun reduksiyaedicilik xassəsi 1899-cu ildə Beketov tərəfindən aşkar edilmiqdir. Alüminium tozu ilə maqnetitin qarşığı termit adlanır ki, ondan dəmiryol xətlərinin qaynaq edilməsində istifadə olunur. Termitin yanması aşağıdakı tənliklə ifadə olunur:
8Al + 3Fe3O4 → 9Fe + 4Al2O3
Alüminium-oksid ağ rəngli, çətin əriyən (20500C), suda həll olmayan maddədir, bərkliyi almaza yaxındır və təbiətdə korund mineralı şəklində rast gəlinir. Onu laboratoriyada aşağıdakı üsullarla alırlar:
4Al(NO3)3 2A2O3 + 12NO2 + 3O2
2Al(OH)3 A2O3 + 3H2O.
Alüminium-oksid amfoter xassəli olduğundan qələvilər soda və potaşla Na2CO3, K2CO3 əridildikdə müvafiq alüminatlara çevrilir.
2Al2O3 +2NaOH → 2NaAlO2 + H2O
Al2O3 +Na2CO3 → 2NaAlO2 + CO2
Alüminium oksid suda həll olmadığından onun uyğun hidroksidini suda həll olan duzlarına qələvi məhlulu ilə təsir etməklə əldə edirlər.
Al2(SO4)3 + 6NaOH → 2Al(OH)3 + 3Na2SO4
Alüminium hidroksid ağ rəngli maddə olub, qızdırıldıqda susuzlaşır və suda həll olmur. O, amfoter xassəli olduğundan turşu və qədəvilərlə müvafiq duzlar əmələ gətirir.
Dostları ilə paylaş: |