Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu



Yüklə 331,7 Kb.
səhifə10/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Laboratoriya işləri1-5 yeni

Təcrübənin qeyd forması



Təcrübənin nömrəsi

t0C

Na2S2O3 ml
1:200

H2SO4
ml
1:200

t san

1




5

5




2




5

5




3




5

5





LABORATORİYA İŞİ №3.
Maqnezium, alüminium


Maqnezium

Maqnezium nisbətən geniş yayılmış element olub, yer qa­bı­ğının çəki ilə 2,1%-ni təşkil edir. o, təbiətdə aşağıdakı mi­ne­ral­lar şəklində yayılmışdır:





MgCO3

maqnezit

MgCO3CaCO3

dolomit

MgSO4  3H2O

kizerit

KCl  MgCl2  3H2O

kainit

KCl  MgCl2  6H2O

karnalit

MgCl2  6H2O

bişofit

3MgO  4SiO2  H2O

talk

CaO  3MgO  4SiO2

asbest



Alınması:

Maqnezium amalqama şəklində 1808-ci ildə H.Devi tərə­fin­dən alınmışdır. Təmiz halda maqnezium isə 1829-cu ildə Byussi tərəfincdən alınmışdır.


Hal-hazırda maqneziumu aşağıdakı üsullarla alırlar.
1. Maqneziumu elektrometallurgiya üsulu ilə susuzlaşdırıl­mış ərinmiş karnaliti elektroliz etməklə əldə edirlər. Elektro­li­tin ərimə temperaturunu azaltmaq və elektrikkeçiriciliyini ar­tır­maq üçün ona natrium xlorid əlavə edilir. Prosess 720-7500C-də aparılır.


2. Maqneziumu termiki üsulla da alırlar. Onun karbonatlı filiz­lərini parçalayaraq alınmış MgO silisium, koks və ya CaC2-lə reduksiya edirlər.
MgCO3 MgO + CO2
MgO + C → Mg + CO
2(MgCO3  CaCO3) 2(MgO  CaO) + 2CO2
2(MgO  CaO) + Si → Ca2 SiO4 + Mg


Xassələri:


Maqnezium – gümüşü, ağ, yüngül və plastik metaldır; isti­li­yi və elektriki yaxşı keçirir. Havada qaldıqda səthi qoruyucu oksid təbəqəsi ilə örtülür. Maqneziumun xüsusi çəkisi 1,74 , ərimə temperaturası isə 6510C-dir.
Maqnezium aktiv metal olub, soyuq suyu çətin və qaynar suyu asanlıqla parçalayır. Bu zaman əmələ gələn maqnezium-hidroksid isti suda həll olduğundan reaksiya asan gedir


Mg + 2H2O → Mg(OH)2 + H2
Maqnezium duru xlorid və sulfat turşusunda həll olur.


Mg + 2HCl → MgCl2 + H2
Mg + H2SO4 → MgSO4 + H2

Maqnezium duru nitrat turşusunda həll olur və proses aşağı­da­kı şəkildə gedir.


4Mg + 10HNO3 → 4Mg(NO3)2 + N2O + 5H2O.
Lakin nitrat turşusu çox duru halda (10-15%) götürüldük­də maqnezium azotu ionuna qədər reduksiya edir.
4Mg + 10HNO3 → 4Mg(NO3)2 + NH4NO3 + 3H2O
Maqnezium fluorid turşusunda həll olmur, qızdırıldıqda qa­tı sulfat turşusunda həll olur ki, prosesin sonunda H2S adlı­nır.



Maqnezium oksidi çətin əriyən (30000C), ağ rəngli, toz ha­lın­da maddədir. Oksidi təmiz halda maqnezitin termiki parça­lan­ma­sından alırlar.
MgCO3 MgO + CO2
Maqnezium oksid suda pis həll olur. Hidroksidini almaq üçün onun suda həll olan duzlarına qələvi məhlulları ilə təsir edirlər. Maqnezium hidroksid orta qüvvətli əsasdır, suda pis həll olur.


MgSO4 + 2NaOH → Mg(OH)2 + Na2SO4

Maqnezium oksid və maqnezium hidroksid əsasi xassəli bir­ləşmələr olduğundan yalnız turşularda, maqnezium hidrok­sid isə həm də amonium duzlarında həll olur.


MgO + H2SO4 → MgSO4 + H2O
Mg(OH)2 + 2HCl → MgCl2 +2H2O
Mg(OH)2 + 2NH4Cl → MgCl2 + 2NH3 + 2H2O
Maqnezium oksid və maqnezium xloridin qatı məhlulunu qarışdırdıqda tez bərkiyən maddə alınır. Buna maqnezial se­ment və ya Sorel sementi deyilir.


MgO + MgCl2 +H2O → 2Mg(OH)Cl

Sorel sementi asan cilalanan, turşu və qələvilərə davamlı olan qeyri-üzvi polimerdir.


H – O – MgO(– Mg – O –)nMgCl


Təcrübi hissə


Təcrübə 1. Maqneziumun turşularla qarşılıqlı təsiri
İki sınaq şüşəsinin birinə 3-4 ml duru xlorid turşusu, ikin­ci­si­nə isə duru HNO3 töküb hər birinə maqnezium yonqarı daxil edin. Nə müşahmdə olunur? Reaksiyaların tənliyini ya­zın.


Təcrübə 2. MgO-ın su ilə qarşılıqlı təsiri
Sınaq şüşəsinə bir qədər MgO töküb, üzərinə su əlavə edin və qaynadın. Məhlul soyuduqdan sonra üzərinə bir neçə dam­cı fe­nolftalein əlavə edin. Nə müşmhidə olunur? Reaksiyanın tənliyini yazın.


Təcrübə 3. Maqnezium hidroksidin alınması
Sınaq şüşəsinə 2-3 ml Mg duzu məhlulu töküb, üzərinə çö­küntü əmələ gələnə qədər qələvi məhlulu əlavə edin. Çöküntünün turşuda həll olmasını yoxlayıb, reaksiyanın ion və molekulyar tənliyini yazın


Alüminium

Alüminium yer qabığının çəki ilə 8,8%-ni təşkil edir. O, me­tallar arasında birinci, bütün elementlər arasında isə ok­si­gen və silisiumdan sonra üçüncü yeri tutur. Mühüm mineral­la­rı aşağı­dakılardır:






Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin