k = A ∙ e –Ef / RT burada: k – mütləq temperaturda reaksiyanın sürət sabiti,
A – temperaturdan asılı olmayan sabit kəmiyyət,
Ef – fəallaşma enerjisidir.
Katalizatorun reaksiya sürətinə təsiri Kimyəvi reaksiyanın sürətini dəyişən amillərdən biri də katalizatordur. Reaksiyanın sürətini dəyişdirən, aralıq mərhələdə iştirak edən, lakin prosesin sonunda kimyəvi dəyişməz qalan maddəyə katalizator deyilir.Reaksiyanın sürətini artıran katalizator müsbət, azaldan isə mənfi katalizator adlanır.
Katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik proseslər və ya kataliz deyilir. Kataliz homogen və heterogen olmaqla iki qrupa ayrılır. Homogen katalizdə reaksiyaya daxil olan maddələr və katalizator eyni faza təşkil edir. Heterogen katalizdə isə reaksiyaya daxil olan maddələr və katalizator müxtəlif faza təşkil edir.
Kükürd – dioksidin azot – monooksid katalizatorun iştirakında oksidləşməsini nəzərdən keçirək:
SO2 + ½ O2 → SO3 proses yavaş gedir.
Sistemə verilən NO reaksiyanı sürətləndirir:
NO + ½ O2 → NO…O → NO2 SO2 + NO2 → SO2 … NO2 → SO3 + NO
Təcrübi hissə
Təcrübə 1. Reaksiya sürətinin qatılıqdan asılılığı. Natrium-tiosulfatın üzərinə sulfat turşusu əlavə etdikdə sərbəst kükürd ayrıldığı üçün məhlulun rəngi bulanır:
Na2S2O3 + H2SO4 = Na2SO4 + SO2 + H2O + S.
Üç sınaq şüşəsi götürüb hər birinə 5 ml 1:200 nisbətində durulaşdırılmış sulfat turşusu tökün. Başqa 3 sınaq şüşəsindən birincisinə 15 ml, ikincisinə 10 ml və üçüncüsünə 5 ml həmin qatılıqda natrium-tiosulfat məhlulu töküb ikinci və üçüncü sınaq şüşələrinə uyğun olaraq 5 və 10 ml su əlavə edin. Turşu olan sınaq şüşələrinə hazırlanmış tiosulfat məhlullarını əlavə edib, saniyəölçənlə məhlulun bulanmasına sərf olunan vaxtı qeyd edin. Reaksiyanın nisbi sürəti düsturu ilə ifadə olunur. Burada V – reaksiyanın sürəti, mol/lsan; - zaman; k – eyni reaksiya üçün sabit kəmiyyətdir.