2. Qazın qram-molekul həcminə görə də onun molekul kütləsini təyin etmək mümkündür. Məlumdur ki, normal şəraitdə hər hansı bir qazın qram-molekulunun həcmi 22,4 l-ə bərabərdir. O da məlumdur ki, qazın sıxlığı bəllidirsə, onun qram-molekulunun həcmini düsturuna əsasən təyin etmək olar. Onda M=Vd, yaxud M=22,4d.
Qeyd etmək lazımdır ki, nisbi sıxlığa görə molekul kütlələrini təyin etdikdə qazın həcmi və kütləsi normal şəraitdə olmalıdır. Odur ki, qazın nisbi sıxlığını hesablamazdan əvvəl təcrübədə onun tapılan həcmini normal şəraitə gətirmək lazımdır. Bu məqsədlə Boyl-Mariot və Gey-Lussakın qaz qanunlarını ifadə edən birləşmiş tənlikdən istifadə olunur
yaxud ,
burada V0 – qazın normal şəraitə gətirilmiş həcmi, P və V – təcrübə şəraitində qazın təzyiqi və həcmi, P0 – 760 mm civə sütunun təzyiqi; T – mütləq temperaturdur.
Temperatur və təzyiq normal şəraitdəkindən fərqləndikdə molekul kütləsinin Klapeyron-Mendeleyev tənliyindən istifadə etməklə hesablamaq lazımdır.
3. Qaz halı tənliyinə əsasən . Göstərilən tənliyi qazın bir qram-molekuluna tətbiq etsək, o zaman kəmiyyəti bütün qazlar üçün eyni olar, çünki bir qram-molekulun normal şəraitdə tutduğu həcm bütün qazlar üçün eyni olub, 22,4 l-ə bərabərdir. Belə şəraitdə kəmiyyəti universal qaz sabiti adlanır və R ilə işarə olunur. R-in qiymətini yerinə yazsaq alarıq: PV = RT. Bu tənlik qaz halı tənliyi adlanır. Qazın n qram molların sayı nəzərə alınarsa, PV=nRT olar.
n – qiymətini düsturda yerinə yazsaq, .
Buradan .
Bu tənlik qazın həcmi ilə onun kütləsi, molekul kütləsi təzyiqi və temperaturu arasındakı asıllığın riyazi ifadəsidir.
Burada M – qazın molekul kütləsi; m – qazın qramlarla kütləsi, P və V – uyğun olaraq qazın təzyiqi və həcmi; R – universal qaz sabiti; T – mütləq temperaturdur.
Qaz sabiti R – bir mol qazı sabit təzyiqdə 10C qızdırdıqda onun genişlənməsi üçün görülən işi ifadə edir. Qaz sabitinin ədədi qiyməti təzyiq və həcmin ifadə olunduğu vahidlərdən asılıdır.
atm.l/moldər.
atm.ml/moldər.
Misal. 840C temperatur və 720 mm təzyiqdə 400 ml aseton buxarının çəkisi 0,744 qramdır. Asetonun molekul kütləsini təyin edin.
Həlli: Mendeleyev-Klapeyron tənliyinə əsasən molekul kütləsi aşağıdakı kimi təyin olunur: