Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu



Yüklə 331,7 Kb.
səhifə21/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   ...   13   14   15   16   17   18   19   20   21
Laboratoriya işləri1-5 yeni

Fe + H2SO4 → FeSO4 + H2
Soyuq halda nitrat və sulfat turşularının qatı məhlulları dəmiri passivləşdirir. Lakin həmin turşuların isti məhlulları dəmiri üç­va­lentli birləşmələrə qədər oksidləşdirir.


2Fe0 + 6H2S+6O4Fe2+3(SO4)3 + 3S+4O2 + 6H2O


Fe0 + 6H N+5O3Fe+3(NO3)3 + 3N+4O2 + 3H2O


8Fe0 + 30H N+3O3 → 8Fe+3(NO3)3 + 3N+3H4NO3 + 9H2O

Dəmir zərhəldə(çar arağında) yaxşı həll olunur.




Fe0 + 3HCl + H N+5O3Fe+3Cl3 + N+2O + 2H2O

Dəmir güclü oksidləşdiricilərin təsiri ilə qələvilərdə həll ola­raq altıvalentli dəmir duzlarına – ferratlara çevrilir.


10Fe0 + 4NaOH + 6Na N+5O3 → 5Na2Fe+6O4 + 3N2 + 2H2O
Dəmir kompleks əmələ gətirməyə daha meyillidir. İki və üçvalentli dəmir duzlarına sianidlərlə təsir etdikdə suda həll olmayan Fe(CN)2 və Fe(CN)3 duzları alınır ki, onlar sianidin artıq miqdarda həll olaraq kompleks birləşmələr əmələ gətirir.


FeCl2 + 2KCN → Fe(CN)2 + 2KCl


Fe(CN)2 + 4KCN → K4[Fe+2(CN)6 sarı qan duzu
Sarı qan duzundan üçvalentli dəmir ionlarını təyin etmək üçün istifadə olunur ki, bu zaman Berlin abısı adlanan göy rəngli çöküntü alınır.


4FeCl3 + 3K4[Fe+2(CN)6 → Fe4+3 [Fe+2(CN)63 + 12KCl

Üçvalentli dəmir ionunu kalium-tiosianidlə (K rodonitlə) də təyin edir­lər.




FeCl3 + 3KCNS → Fe(CNS)3 + 3KCl

Qırmızı qan duzu isə ikivalentli dəmir ionlarını təyin et­mək üçün istifadə olunur. Onun ikivalentli dəmir duzları ilə qar­şılıqlı təsirindən trunbul abısı adlanan tünd göy rəngli çö­kün­tü alınır.


FeCl3 + 3KCN → Fe(CN)3 + 3KCl
Fe(CN)3 + 3KCN → K3Fe+3(CN6) qırmızı qan duzu
3Fe+2SO4 + 2K3Fe+3(CN6) → Fe3+2 [Fe+3(CN)62 + 3K2SO4


Dəmirin oksigenli birləşmələri

Dəminin aşağıdakı oksidləri məlumdur:


FeO; Fe2O3; FeO3; Fe3O4(FeO∙ Fe2O3)
əsasi oksid amfoter oksid turşu oksidi qarışıq oksid


1. Dəmir 2-oksid qara rəngli, suda həll olmayan əsasi ok­sid olub, nisbətən davamsızdır. Onu aşağıdakı reaksiyalar əsasında almaq olar.
Fe2O3 + H2 → 2FeO + H2O
FeCO3FeO + CO2
FeC2O4 FeO + CO + CO2
Dəmir 2-oksid suda həll olmadığına görə uyğun hidro­k­si­di­ suda həll olan duzlarına qələvi məhlulu ilə təsir etməklə alınır.
FeSO4 + 2NaOH → Na2SO4 + Fe(OH)2
Dəmir 2-hiroksid bozumtul-yaşıl rəngli suda həll olmayan mad­də olub, havada saxladıqda tədricən oksidləşərək qonur-qəh­vəyi rəngli Fe(OH)3-ə çevrilir.
4Fe(OH)2 + O2 + 2H2O → 4Fe(OH)3
2. Dəmir 3-oksid qəhvəyi maddə olub dəmir sülügəni adla­nır. Onu aşağıdakı reaksiyalarla almaq olur.
4Fe + 3O2 → 2Fe2O3
2Fe(OH)3 Fe2O3 + 3H2O
4Fe(NO3)3 2Fe­2O3 + 12NO2 + 3O2
Dəmir 3-oksid amfoter xassəli olduğuna görə həm turşu, həm də əritdikdə qələvilər və qələvi metalların karbonatları ilə qarşılıqlı təsirdə olaraq ferritərə çevrilir.
Fe2O3 + 2NaOH → 2NaFeO2 + H2O
Fe2O3 + Na2CO3 → 2NaFeO2 + CO2
Dəmir 3-oksid suda həll olmadığına görə onun hidroksidi­ni dolayı üsulla alırlar.
FeCl3 + 3KOH → Fe(OH)3  + 3KCl
O, qəhvəyi rəngli suda həll olmayan hidroksid olub, am­fo­ter xassəlidir. Ona görə də, həm turşu, həm də qələvilərlə qarşılıqlı təsirdə olub, aşağıdakı müvafiq duzları əmələ gətirir.
2Fe(OH)3 + 3H2SO4 → Fe2(SO4)3 +6H2O
Fe(OH)3 + KOH → KFeO2 + 2H2O


H3FeO3 - H2O → HFeO2
ortoferrit metaferrit
3. Dəmir 6-oksid (FeO3) turşu xassəli olub dəmir qatı HNO3-lə passivləşdiyi zaman qoruyucu örtük əmələ gətirir.
FeO3 və ona uyğun gələn ferrat turşusu – sərbəst halda alınmamışdır. Lakin ferrat turşusunun duzları olan fer­rat­lar davamlı birləşmələrdir.
4. Fe3O4 qarışıq oksid olub qara rəngli birləşmədir. O, tə­biət­də maqnetit mineralı şəklində tapılır ki, o həm maqnit, həm də yarım keçirici xassəyə malikdir. Onun düsturu belədir:



Ona metaferrit turşusunun dəmir duzu kimi də baxılır:




Fe3O4  Fe(FeO2)2


Təcrübi hissə


Təcrübə 1. Dəmirin turşularla qarşılıqlı təsiri
a. Üç sınaq şüşəsi götürüb, hər birinə 1:1 nisbətində du­ru­laş­dırılmış , sulfat və nitrat turşusu töküb, hərəsinə bir qədər dəmir yonqarı əlavə edin. Nə müşahidə olunur? Reaksiyanın tənliyini yazın.
b. Dəmir yonqarına adi temperaturda və ehtiyatla qızdır­dıq­da qatı sulfat turşusu ilə təsir edin. Nə müşahidə olunur? Reaksi­yanın tənliyini yazın.


Təcrübə 2. İki və üçalentli dəmir-hidroksidinin alınması və xassələri
Dəmir 2-sulfat və dəmir 3-xlorid məhluluna az miqdarda qələvi məhlulu ilə təsir edin. Alınan çöküntülərin rəngini qeyd edin. Dəmir 2-hidroksid havada qaldıqda onun rənginin də­yiş­məsinə diqqət yetirin. Hər iki çöküntünün duru xlorid tur­şusu (1:1) və qızdırıla bilən qatı qələvi məhlulunun artıq miq­darı ilə qarşılıqlı təsirini yoxlayın. Dəmir 3-hidroksid hansı xassəyə malikdir? Müvafiq reaksiyaların tənliklərini yazın.


Təcrübə 3. Üçvalentli dəmir ionunun təyini
a. Dəmir 3-xlorid üzərinə bir qədər sarı qan duzu məhlulu əlavə edin. Bu zaman Fe4Fe(CN6)3 tərkibli, göy rəngli çö­kün­tü əmələ gəlir. Reaksiyanın tənliyini yazın.
b. Dəmir 3-xlorid məhlulu üzərinə bir qədər ammonium rodanid və ya kalium rodanid məhlulu əlavə edin. Məhlul qırmızı rəngə boyanır. Reaksiyanın tən
liyini yazın.


Təcrübə 4. İkivalentli dəmir ionunun təyini
Təzə hazırlanmış dəmir 2-sulfat məhluluna bir qədər qır­mı­zı qan duzu məhlulu əlavə edin. Göy rəngli çöküntünün (Fe3Fe(CN6)2) əmələ gəlməsinə diqqət yetirin. Reaksiyanın tənliyini yazın.


Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin