Mn2O3
|
braunit
|
Mn2O3 H2O
|
manqanit
|
Mn3O4
|
hausmanit
|
MnCO3
|
rodoxrizit
|
MnS2
|
qauerit
|
MnSiO3
|
rodonit
|
Alınması
1774-cü ildə isveç kimyaçısı K.Şeyele pirolyuzitin, naməlum elementin birləşməsi olduğunu müəyyən etmiş H.Han isə 1775-ci ildə onu kömürlə reduksiya edərək, sərbəst manqan almışdır.
Sənayedə manqanı pirometallurgiya və elektroliz üsulu ilə alırlar. Həmin üsullar aşağıdakılardır:
1. Pirolyuziti karbon və ya silisiumla reduksiya etməklə:
MnO2 + 2C → Mn + 2CO
MnO2 + Si → Mn + SiO2
2. Pirolyuziti karbon və silisiumla reduksiya etməklə alınan manqan təmiz olmur. Pirolyuziti əvvəlcə 1000-12000C-də qızdırıb, sonra onu alüminiumla reduksiya edirlər.
3MnO2 → Mn3O4 + O2
3Mn3O4 + 8Al → 9Mn + 4Al2O3
3. Tərkibində 80-85% manqan olan onun dəmirlə ərintisi (ferro-manqan) müvafiq filizləri domna və ya elektrik peçlərində koksla reduksiya etməklə alınır.
MnO2 + Fe2O3 + 5C → 2 Fe + Mn + 5CO
Ferromanqan
4. 1439-cu ildə R.Aqaladze tərəfindən manqan 2-sulfatın elektroliz üsulu işlənib hazırlanmışdır. Bu üsulla alınan manqanın təmizliyi 99,98%-yə çatır.
Xassələri
Manqan gümüşü-ağ rəngli metal olub, xüsusi çəkisi 7,44 q\sm3, ərimə temperaturu 12440C-dir. Gərginlik sırasında alüminiumla sink arasında yerləşərək, orta kimyəvi aktivliyə malikdir. Manqan xarici görünüşü etibarı ilə dəmirə oxşayır, lakin ondan bərk və kövrəkdir.
Mn + 2HCl → MnCl2 + H2
Mn + H2SO4 → MnSO4 + H2
Qatı nitrat və sulfat turşuları soyuq halda manqanı passivləşdirir. Bu turşuların isti məhlullarında manqan həll olur.
Mn + 2H2SO4 → MnSO4 + SO2 + 2H2O
qatı
Mn + 4HNO3 → Mn(NO3)2 + 2NO2 + 2H2O
qatı
Manqan duru nitrat turşusunda həll olur
3Mn +8HNO3 → 3Mn(NO3)2 + 2NO + 4H2O.
duru
Oksigenli birləşmələri
Manqanın aşağıdakı oksidləri məlumdur:
MnO, Mn2O3; MnO2; MnO3, Mn2O7
əsasi oksid amfoter oksid turşu oksidi
1. Manqan 2-oksid suda həll olmayan yaşıl-boz rəngli tozdur. Onu aşağıdakı üsullarla almaq olar.
MnO2 + H2 → MnO + H2O (300-6000C)
|
|
MnC2O4 → MnO + CO + CO2
|
Manqan 2-oksid əsasi xassə daşıdığından turşularda həll olaraq müvafiq duzlar əmələ gətirir.
MnO + H2SO4 → MnSO4 + H2O
MnO suda həll olmadığına görə onun suda həll olan duzlarına qələvilərlə təsir etməklə Mn(OH)2 alınır.
MnSO4 + 2NaOH → Mn(OH)2 + Na2SO4
Ağ rəngli manqan 2-hidroksid havada tədricən oksidləşərək qonur-qəhvəyi rəngli Mn(OH)4-ə çevrilir.
2Mn(OH)2 + O2 + H2O → 2Mn(OH)4
2. Manqan 3-oksid suda həll olmayan qara rəngli tozdur. Təbiətdə braunit mineralı şəklində tapılır. Onu aşağıdakı reaksiya ilə almaq olar.
600º
4MnO2 → 2Mn2O3 + O2
250-350º
4MnO + O2 → 2Mn2O3
Manqan 3-oksid qatı xlorid turşusu ilə soyuq halda üçvalentli birləşmələr əmələ gətirir.
Mn2O3 + 6HCl → 2MnCl3 + 3H2O
Manqan 3-oksidə MnO(OH) tərkibli hidrat uyğun gəlir.
MnCl3 + 3NaOH → MnO(OH) + 3NaCl + H2O
Manqanın üçvalentli birləşmələri davamsızdır.
3. Manqan 4-oksid suda həll olan qara rəngli maddədir. Onu aşağıdakı reaksiya ilə almaq olar:
Mn(NO3)2 → MnO2 + 2NO2
Manqan 4-oksid amfoter xassəsi olduğundan qələvilərlə qarşılıqlı təsirdə olduqda orto və metamanqanitlərə çevrilir.
MnO2 + 4NaOH → Na4MnO4 + 2H2O
MnO2 + 2NaOH → Na2MnO3 + H2O
MnO2 qüvvətli oksidləşdiricidir. O, xlorid turşusu ilə qarşılıqlı təsirdə olduqda sərbəst Cl2, sulfat turşusu ilə oksigen ayrılır.
MnO2 + 4HCl → MnCl2 + Cl2 +2H2O
2MnO2 + 2H2SO4 → 2MnSO4 + O2 + 2H2O
Manqan 4-oksidə uyğun gələn hidroksidi almaq üçün manqan 2-hidroksidə qələvi mühitində oksidləşdiricilərlə təsir edirlər
Mn(OH)2 + Br2 + 2KOH → Mn(OH)4 + 2KBr
4. Manqan 6-oksid suda həll olan qırmızı rəngli maddədir. Turşu oksidi olub, manqanat (H2MnO4) turşusuna uyğun gələn anhidriddir. MnO3 və uyğun turşusu H2MnO4 davamsız birləşmələrdir. Lakin manqanat turşusunun duzları davamlı birləşmələr olub, manqan oksidini oksidləşdiricilərin iştirakı ilə közərtməklə əldə edirlər.
MnO2 + 2KOH + KNO3 → K2MnO4 + KNO2 + H2O
5. Manqan 7-oksid tünd-yaşıl rəngli kristal maddədir. Manqan 7-oksid KMnO4-ə 200C-də qatı H2SO4 ilə təsir etməklə alınır
2KMnO4 + H2SO4 → Mn2O7 + K2SO4 + H2O
Manqan 7-oksid permanqanat turşusunun anhidrididir. Onu suda həll etdikdə permanqanat turşusuna çevrilir.
Mn2O7 + H2O → 2HMnO4
Permanqanatları qızdırdıqda temperaturdan asılı olaraq iki istiqamətdə parçalanırlar.
2KMnO4 K2MnO4 + MnO2 + O2
4KMnO4 2K2O + 4MnO2 + 3O2
Permanqanatlar mühitin pH-dan asılı olaraq, aşağdakı kimi reduksiya olunur.
Turş mühitdə Mn+2 ionuna qədər reduksiya olunur:
2KMnO4 + 5K2SO3 + 3H2SO4 → 2Mn+2SO4 + 6K2SO4 + 3H2O
Neytral mühitdə qəhvəyi rəngli MnO2 alınır.
2KMnO4 + 3K2SO3 + 3H2O → 2Mn+4O2 + 3K2SO4 + 2KOH
Qələvi mühitdə yaşıl rəngli manqanatlar alınır.
2KMnO4 + K2SO3 + 2KOH = K2Mn+6O4 + K2SO4 + H2O
Təcrübi hissə
Təcrübə 1. Manqan 2-hidroksidin alınması və xassələri
Sınaq şüşəsinə 3-4 ml ikivıalentli manqan duzu məhlulu töküb, üzərinə bir qədər qələvi məhlulu əlavə edin. Əmələ gələn çöküntünü 3 hissəyə bölün. Bunlardan birincisini saxlayın, ikincisinə turşu, üçüncüsünə isə qələvi məhlulu əlavə edin.
Birinci sınaq şüşəsindaki ağ rəngli Mn-2-hidroksid çöküntüsünü havanın oksigeni təsiri ilə oksidləşərək qəhvəyi rəngli manqan 4-hidroksidə çevrilir.
Manqan 2-hidroksidin turşu və qələvi ilə qarşılıqlı təsirini yoxlayıb, müvafiq reaksiyanın tənliyini yazın.
Təcrübə 2. Manqan 4-oksidin oksidləşdirici xassələri
Sınaq şüşəsinə manqan 4-oksid tozu töküb, üzərinə 1-2 ml qatı xlorid turşusu əlavə edin və azacıq qızdırın. Əmələ gələn xlorun iyini ehtiyatla hiss etməyə çalışın. Reaksiyanın tənliyini yazın.
Təcrübə 3. Kalium permanqatın parçalanması
Quru sınaq şüşəsində bir qədər KMnO4 duzu töküb, sınaq şüşəsini ştativə bərkidib, zəif alovla qızdırın. Ora közərmiş çöp daxil etdikdə nə müşahidə olunur? Parçalanma nəticəsində hansı qaz ayrılr? Reaksiya tənliyini yazın.
Təcrübə 4. Mühitin xassəsindən asılı olaraq KMnO4-ün oksidləşdirici xassəsi
a) Sınaq şüşəsinə 1-2 ml kalium-permanqanat məhlulu töküb, üzərinə bir neçə damcı sulfat turşusu (1:1) məhlulu və 4-5 ml natrium sulfat məhlulu əlavə edin. ml ionuna xas olan bənövşəyi rəngin itməsini müşahidə edin. Reaksiya tənliyini yazın.
Dostları ilə paylaş: |