Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu



Yüklə 331,7 Kb.
səhifə20/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   ...   13   14   15   16   17   18   19   20   21
Laboratoriya işləri1-5 yeni

KMnO4 + Na2SO3 + H2SO4
b) Sınaq şüşəsinə 1-2 ml kalium-permanqanat məhlulu töküb, üzərinə 4-5 ml natrium sulfat məhlulu əlavə edin. Məhlul bir müddət qaldıqda qonur-qəhvə rəngli manqan 4-oksid lopaları şəklində çökür. Reaksiyanın tənliyini yazın.
KMnO4 + Na2SO3 + H2O .
c) Sınaq şüşəsinə 1-2 kalium-permanqanat məhlulu, 1-2 ml qatı qələvi və 4-5 ml Na2SO3 məhlullaarı tökün. Reaksiya nəticəsində ionuna xas olan yaşıl rəngin əmələ gəlmə­si­nə diqqət yetirin. Reaksiyanın tənliyini yazın.
KMnO4 + Na2SO3 + KOH 


Dəmir
Dəmir təbiətdə oksigen, silisium və alüminiumdun sonra ən çox yayılmış element olmaqla yer qabığının çəki ilə 4,65%-ni təşkil edir. Onun ən geniş yayılmış mineralları aşağıdakı­lar­dır:



Fe3O4

maqnetit

Fe2O3

hematit

Fe2O3  nH2O

limonit

FeCO3

siderit

FeS2

pirit

Fe2SiO4

fayalit






Alınması:

Dəmirin alınması, onun təbii filizlərinin reduksiyasına əsas­la­nır. Proses domna sobalarında aparılır. Soba növbə ilə filiz, əhəng daşı və koksla doldurulur. Sobaya aşağıdan 600-8000C-də qız­dırılmış hava verilir və koksun yanması hesabına t18500C-­yə çatır. Koks yandıqda əmələ gələn karbon qazı gözərmiş kömür təbəqəsindən keçdikdə karbon 2-oksidə çevrilir.
C + O2 → CO2
CO2 + C → 2CO
Əmələ gələn CO dəmir oksidlərini tədricən reduksiya edir. prosesdə dəmirin müvafiq karbidi əmələ gəlir.



3Fe2O3 + CO → 2Fe3O4 +

CO2 (4500-5000)

Fe3O4 + CO→3FeO + CO2

(6000)

FeO + CO → Fe + CO2

(7000)

3Fe + 2CO → Fe3C + CO2

və ya

3Fe + C → Fe3C




Göstərilən reaksiyalarla yanaşı filizin tərkibində olan MnO2, Ca2(PO4)2 və SiO2-dən ibarət boş süxurların reduksi­ya­sı baş verir.


MnO2 + 2C → Mn + CO
Ca3(PO4)2 + 5C → 3CaO + 2P + 5CO
SiO2 + 2C → Si + 3CO
Flüs kimi istifadə olunan CaCO3 parçalandıqda alınan CaO silisium 4-oksidlə asan əriyən şlak əmələ gəlir.
CaCO3 → CaO + CO2
CaO + SiO2 → CaSiO3
Şlak yüngül olduğu üçün maye çuqunun səthində toplanır. Be­lə­liklə, domna sobalarında dəmir filizlərinin reduksiyası nəti­cə­sində çuqun alınır. Çuqunun tərkibində 4,5%-ə qədər C, 0,5-2% Si, 1-3% Mn, 0,02-2,5% P aə 0,005-0,08% S olur.
Təmiz dəmir almaq üçün dəmir 3-oksidi higrogenlə re­duk­si­ya edir, ya da dəmir-pentakarbonili termiki parçalayırlar.
Fe + 5CO Fe(CO)5 Fe + 5CO
Xassələri

Dəmir gümüşü-ağ rəngli parlaq metal olub, istiliyi və elek­tri­ki yaxşı keçirir. Onun xüsusi çəkisi 7,86 q/sm3, ərimə tem­pe­ra­turu isə 15390C-dir. Dəmir orta kimyəvi aktivliyə malik metal olub, maqnit xassəlidir. Dəmir nəm havada aşağıda gedən proses nəticəsində paslanır:


4Fe + O2 + H2O → 2Fe2O3  H2O
Dəmir duru turşulardan hidrogeni çıxarır və reaksiya nəticəsində onların ikivalentli duzları əmələ gəlir.
Fe + 2HCl → FeCl2 + H2

Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin