Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə2/8
tarix19.10.2017
ölçüsü1,4 Mb.
#1067
1   2   3   4   5   6   7   8

15.05.2013, саат 23:30
Dağların seyri
Qalxdım seyr etməyə dağlara sarı,

Yamacda çiçəklər, qırmızı-sarı.

Qırqovul, turacı, kəkliyi sarı,

Baxanda qəlbimin başı göynədi.


Ormanı, meşəsi qəlbimi düzər.

Lalə-bənövşəsi könlümü üzər.

Durnalar düzülüb səddən yan süzər,

O uca dağların qaşı gör nədi.


Uca dağ başında bir qartal səsi,

Çox cavan yaşında bir maral səsi.

Ceyranın-cüyürün əks edən səsi,

Könlüm sızıldayıb, qəlbim göynədi.


Kolların dibindən kəklik nəğməsi,

Bir qaya hinindən turac nəğməsi,

Axan bulaqların şır-şır nəğməsi,

Sabirin dünyası dibdən göynədi.



04.07.2011
Goyçəli Eldar Həsənliyə
Şəninə gəlmədim, düşmən olubsan.

Vayıma gəlməyib, yanda durubsan.

Ay Eldar Həsənli, öz aləmində,

Bu yetim Sabirə qınaq qurubsan.


Bir bax, gör günahkar sənsən, yoxsa mən,

Mənəmsə yuyaram, deyərsən, həmən.

Yoxsa ki, səhvini duyarsan özün,

Duysan, günahından keçərəm həmən.


Sabirəm, dünyanın varidatında,

Dünya sərvətinin dadı adında.

Gözüm yox, hər zaman nəyə dönsə də,

Tək dədə görmüşəm Binnət adında.



14.11.2013, saat 21:20

VƏTƏN
Bu torpaqda var hənirim,

Bölünərəm dilim-dilim.

Kəsilərsə səs-səmirim,

Vətən, səndən ayrılmaram.


Son nəfəsim olsa belə,

Getməyimi tutma dilə.

Cismim gedər doğma yerə,

Vətən, səndən ayrılmaram.


Vətən deyib, Vətən andım,

Vətən, sənə vardır andım.

Vətənə qurban yarandım,

Vətən, səndən ayrılmaram.


Sabir Binnət nəzərində,

Şeir, nəğmə, qəzəlində.

Vətən dadı gözlərində,

Vətən, səndən ayrılmaram.



04.03.2012, sааt 20:55
Гыса заmанда tаныдыьыm, йцkсяк инсани kейфиййяtя mалиk олан, юз сяmиmилийи иля юзцня щюrmяt газанан, дуруб-оtуrдуглаrının йад­да­шына йазылан, елоьлуm вя гялбян шяхси щюр­mяt бяслядийиm Елдар mцяллиm Язизовun язиз ха­tирясиня иtщаф.
Араmыздан
Залыm фяляк йаваш-йаваш,

Яршя чякир араmыздан.

Пялянэ киmи бир gюйчяли,

Эеtди бизиm араmыздан.


Щюрmяt, иззяt варды онда,

Эязярди бир касыб донда.

Сюз дейярди щязин tонда,

Эеtди бизиm араmыздан.


Торпаг эендир, cисmинся дар,

Сюзцн галар, адын Елдар.

Сабир йазар, щаmар-щаmар,

Эеtди бизиm араmыздан.



15.12.2013, sааt 14: 35


Dinir, Allah
Bu gün niyə yaşayıram?

Dilim niyə dinir, Allah?

Dedim harda, mən hardayam?

Yoxdur səmir, hənir, Allah.

Ölüm-itim dünyasıdır,

İçimdə Goyçə yasıdır,

Zalım daşnak qisasıdir,

Dərdimi kim bilir, Allah.


Sabir ağlar vətən üçün,

Köçüb kökdən ötən üçün,

Yeniyetmə, yetən üçün,

Könlüm xəlvət dinir, Allah.



22.01.2014, saat 23:45

Sizi həsrət salanı

( təcnis )
Yenə dağlar balaları yan-yana,

Sizi həsrət salanı görüm yana.

Yadıma düşdükcə könlümün başı

Od tutub özündən, az qalır yana.



03.07.2014, saat 21:05

Varsa Vətəndir
Dərəsinin, düzlərinin, dağların

Həsrətini çəkən varsa, Vətəndir.

Uğurunda sevgi dolu bağların,

Kökün əkən varsa, ulu Vətətəndir.



03.08.2014, saat 14:00

Vətən deyər

Kəkik olub, qayasında bitəsən,

Vətən deyər, bitdin mənə gəl, əhsən!

03.08.2014, saat 16:00

VƏTƏN, sənə
Belə yerdə bir söz demək istədim,

Vətən, sənə oğul olmaq istədim.

Dedi, sən get, xülya fikirlərdə ol.

Mən də sizə, ata olmaq istədim.

Bundan sonra yoxdur daha məqsədim.

10.08.2014, saat 21:30

Mən qovulmuşam
Məskənim qara yer, uçan bir quşam,

Atamın yurdundan mən qovulmuşam.

Vətən həsrətinə, Vətən dadına,

İçimdən od tutub həm qovrulmuşam.



30.08.2014, saat 20:20


Sinəmdən ayır
İlahi, ar, vicdan yerində sayır,

Gül-çiçəyi, basır yaramaz çayır.

Bu millət, ya haqq-ədalətə gəlsin,

Yada ki, qəlbimi sinəmdən ayır.



31.08.2014, saat 19:45

Qəlbimin istəyi

(Göyçə)
Səni yağı düşmən əlimdən aldı,

Qəlbimin istəyi səninlə qaldı.

Könlündə oynayan mehri-məhəbbət,

Könlümdən ayrılıb düşmənə qaldı.

30.07.2014, saat 21:53.
Səfeh yuxu
Bəh-bəh millət şənlənir,

Gül-çiçəklər yellənir.

Ordumuz səfər edib,

Ordumuz zəfərlənir.


Qarabağa gedirik,

Məmurlar pul səpirlər,

Hamı bayram edirik,

Əhdə yetib nəzirlər.


Hec soruşan varmı ki,

Sabir Binnət, hardasan?

Səfeh yuxu içində,

Vallah, sən yataqdasan.



17.09.2014, saat 00:05






DİVANİLƏR


İndi bildim ki...
İndi bildim ki, son zaman sən küsəyən olubsan,

İnciklik ilə könlümə gülnən güllə vurubsan.

Hərgah ki, nə qədər bikef olan qüssə-qürurdan,

Qısaca dostluq ilə qəlbimi dibdən oyubsan,

Bilirəm, bir könuldən min könülə şölə vurubsan.
Demə ki, qısa dövrü bir zamanlar yoldaş idik,

Anla ki, xırda məqam ən səmimi sirdaş idik.

Nə oldu sənə, adi səbəbdən kəm-küsü etdin.

Axı, biz həyat boyu qəlbi dolu yaddaş idik,

Bir vurub, bir döyünən cütlük olub, oddaş idik.
Gözəlim, gözlərinin gözəlliyi canım alır,

Süzdüyüm o sevdanın özəlliyi işıq saçır.

Demişdin bir zamanlar, birgə olarıq həmişə.

Sancdığım ay işığı ürəyimə güllə çaxır.

Elə bil sinəm üstdən yaz yağışı, sellər axır.
Bəs niyə uzaq durub, bu sevdadan kənar oldun,

Könlümdə şaxələnən məhəbbətə cığır qoydun,

Sındırıb ürəyimi sənlə olan məhəbbətdən.

Sanki bir loxma udub dünya malı gözdən doydun.

Boylanıb böyür-başa, mənim sənlik gözüm oydun.
Bədbəxt etdin ki, bu dəm sən ozunu, həm də məni,

Ayırsan, darıxmazmı çəmənlikdən yasəməni?

Səpməsən bitmək üçün cücərməyə taxılları,

Yetirib görərsənmi ya zəmini, ya səməni?

Qırmasan qoz qabığın, yeyəcəksənmi ləpəni?

05.11.2010, saat 14:00

***


Məni də aparasan
Ay Səkinə, xanım, bəlkə, məni də aparasan,

Sizin dağlara çıxıb, bizim dağlara baxaram.

Çox güman ki, sizlə bağlı xoş gedər o allaha,

Sən savab qazanarsan, mənsə təsəlli alaram.



12.07.2014, saat 23:45

***
Tərtibatçıya alqış


Fəqanə xanım dedi ki, tərtibatçıya alqış,

Tərtibatçı o cür zövqü siztək gözəldən almış.

Bu növ gözəl, möhtəşəm bir tablo-əsər oyadıb,

O rəngarəng güllər içrə sizi bir gül yaratmış.



DÜNYANIN
Biri yazır, biri deyir, hara gedir bu dünya,

Sözün varsa, tut, özündən soruş gedən dünyanın.

Mən nə bilim hara gedir, getsin gedən bu dünya,

Bəlkə, sonu çatıb belə yalan olan dünyanın.


Öz oxu da qırılıbdır, fırlanammır yerində,

Doğru-dürüst məxsus olan kainatın evində.

Oyuncağa dönüb bu gün oğru-quldur əlində,

Oyunbazlar ucbatına viran qalan dünyanın.


Sabir deyər, taladılar bu dünyanı nadanlar,

Yazıq dünya, yanda qalıb sənə sadiq adamlar.

Ürəyini dartıb yeyir saxta addım atanlar,

Heç dərdini çəkən varmı talan olan dünyanın.



07.07.2014, saat 20:40






ANAMI XATIRLADIQCA



İnanmıram özümə
Bu mənəmmi, görürəm?

İnanmıram özümə.

Dünən deyən, can balam,

Bu gün dəymir gözümə.


O mənim anam idi,

Ömrümə yanan idi.

Ömrünə yaman idi,

Anam sığmır sözümə.


Sabir Binnət, adıma,

Ana təkdir vadıma.

Dünya gəlmir yadıma,

Su tökülüb közümə.



15 avqust 2013

Yarandım
Yarandım, dünyaya niyə yarandım?

Yarandım dünyaya, oldu bir andım.

Vallah, yer üzündə allahım olan,

Tək məni bəxş edən anamı andım.



06.12.2014, saat 19:20
Sözüm var
Anamın canını tapşırdığı gecəsi

13 avqust 2013, saat 04:40
Gedirsən, yaxşı yol, məni də gözlə.

“Gül balam” dediyin o şirin sözlə.

Övlad tək gördüyün səmimi gözlə,

Ana, duymadığın sənə sözüm var.


Onsuz da qayıtmaq yoxdur gümanın,

Bitibdir həyatın, dövrün, zamanın,

Qaldı fələklərə sənin yamanın,

Adımdan adına, ana, sözüm var.


Tək getmə, gedirsən, məni də apar,

Sənsiz bu dönyada başqa kimim var?

Söylədinmi kimə, kimlərə sada,

Sizə tək əmanət, bir Sabirim var?



Hey axtarır, ana, səni gözlərim
Əyilib, bir-bir əllərimlə dərim,

O gülləri ver, anama göndərim.

Fikir edib, gözlərimdən tökdükcə,

Hey axtarır, ana, səni gözlərim.



08.03.2014

Axirət dünyasında

Anamın 1-ci 8 Mart bayramını təbrik edirəm.
Heç məni də dinləmir,

Nə heç kəsi dinləmir.

Elə bil ki, hər yanda

Kəsilibdir səs-səmir.



08.03.2014

Gözləyir səni gözlərim
Gəl anam, gözləyir səni gözlərim,

Ömrümün sonuna, səni özlərim.

Yoxuymuş bu dünya, bir zərrə qədər,

Dolubdur bu sinəm, vardır sözlərim.


De, kimlə bölüşüm, ana, sirrimi?

Bəs necə çatdırım sənə sirrimi?

Sızlayan canımın, sınmış qəlbimin,

De, kimnən soruşum sənli sirrimi?


Sabir Binnət, qədir-qiymətli günü,

Ana, sənlə oldu əsər bükümü.

Sən ki yoxa çıxdın, mənsiz yoxluğa,

Başladı baharın yarpaq tökümü.



29.03.2014, saat 20:00

Bu ürək
Ha qəlbimdən keçirirəm, zəng edim,

Uzaq yoldur, necə durub mən gedim?

Bəs anamı necə mən təbrik edim,

Neçə yerə parçalanır bu ürək?


Parçalansın, dağılsın, vay, partlasın,

Hərgah ana sirrini o saxlasın.

Saxlamasa, heç sabaha qalmasın,

Neçə yerə parçalanır bu ürək?


Heç kəs duymaz taqətimi-halımı,

Sehirbazlar, bəlkə, yoza falımı.

Bəlkə, haqq da, nahaqq tuta zalımı,

Neçə yerə parçalanır bu ürək?


Fələk, niyə sən Sabiri teylədin,

Saf qəlbini sonsuz məqam eylədin?

Anasını özünə çox bilmədin,

Neçə yerə parçalanır bu ürək?



19.03.2014

Dərdindən halı olaydım
Gəldim ki, dərdindən halı olaydım,

Halının üstünə mən də qonaydım.

Olmasa, dərdimi səninlə bölüb,

Əlimlə qoparıb, özüm yolaydım.



27.03.2014

Görən niyə?
Görən niyə mən körpəyə dönmüşəm?

Anam ölüb, ondan qabaq ölmüşəm.

Duymaz idim nədir belə yetimlik,

Varlığımı tək anamla bölmüşəm.



29.04.2014, saat 19:00

Anam dururdu
Doqquz aydır özümü

Körpə hesab etmirəm.

Axı, anam dururdu,

Ta dəcəllik etmirəm.



29.04.2014, saat 10:30

Təki anam duraydı

Təki anam duraydı,

O, da sağlam olaydı.

Mən öləydim, itəydim,

O saralıb, solaydı.

29.04.2014, saat 20:15

Ana” poemasından


Hamı bu gün anasına pay edir,

Qərib qalıb həm özüm, həm sözlərim.

Qələm-kağız gözlərimin suyundan,

Heç olmasa, bir parça şer göndərim.


Şirin-şirin yat, anam,

Yuxuna bal qat, anam.

Bu dünya əzabını

O dünyada at, anam.



08.03.2014


Dünyada
Durna kimi seyr edərdim havada,

Anam öldü, yetim qaldım dünyada.

Dəyəri heç lazım deyil həyatın,

Kimsəsizəm yad eldə, yad yuvada.


Fərz edərdim bütün dünya mənimdir,

Azərbaycan yaşayış məskənimdir.

Anam yoxsa, dünya mənim nəyimdir?

Heç nəyim yox saxta fəna dünyada.


Sabir Binnət qəm-kədərdən yaralı,

Düşüb Vətən, yurd-yuvadan aralı.

Hanı Göyçə, hanı Göyçə maralı?

Bədbəxt gəlib, yesir qaldım dünyada.



10.05.2014, saat:17-15.
***

Bütün yuxu anam mənlə oynayıb.

Oyandım ki, dörd divardır, bir də mən.

16.05.2014, saat 6:13

Anam vardı
Bir vaxt atam, atam mənim deyərdim,

Anam vardı, atamı gözləyərdim.

Anamı da atam yanı göndərib,

Həyatımdan yetim nəfəsi dərdim.



10.05.2014, saat 17:30

Heç nə bilmirəm
Başqa heç nə bilmirəm,

Təki anam duraydı.

Bu arvad tək yollarda,

Süpürgəçi olaydı.



30.06.2014, saat 22:55

Ana dəniz
Könlüm çimmək istədi.

O dəniz havasında.

Bir də məmə əməydim,

Bir ana laylasında.



08.07.2014, saat 18:05

Ana həsrətinə
Gördüm bir məni yaşlı,

Yanında var ağ saçlı.

Anasına bənzədi,

Anam yadıma düşdü.


Mən də dedim, ay Allah,

Təki mən o olaydım.

Tək anamla bir olub,

Tək anamla solaydım.


Sabir Binnət anasız,

Bütün həyat mənasız.

Varsa ona bir ömür,

Tanrı edib amansız.

* * *

Təki o anam qalıb, mənə elə baxaydı.



Oyanardım qəbirdən, dönüb bir də baxaydı.

11.05.2014, saat 16:40
Anamla
Bütün yuxu anam mənlə oynayıb.

Oyandım ki, dörd divardır, bir də mən.



16.05.2014, saat 6:13-30

Yenə bir gün
Yenə bir gün çəpər yanı gedirdim,

Yeridikcə, ürəyimi didirdim.

Tənha bir gül dəydi qərib gözümə,

Cəld dayandım, dərhal onu dərəydim,

Anam gəldi gözlərimin önünə.

08.02.2014


Yarpaq tökümü
Gəl, anam, gözləyir səni gözlərim,

Ömrümün sonuna səni özlərim.

Yoxuymuş bu dünya bir zərrə qədər,

Dolubdur bu sinəm, vardır sözlərim.


De, kimlə bölüşüm, ana, sirrimi?

Bəs necə çatdırım sənə sirrimi?

Sızlayan canımın, sınmış qəlbimin,

De, kimnən soruşum sənli sirrimi?


Sabir Binnət, qədir-qiymətli günü,

Ana, sənlə oldu, əsər bükümü.

Sən ki, yoxa çıxdın, mənsiz yoxluğa,

Başladı baharın yarpaq tökümü.



29.03.2014, saat 20:00

Anam duraydı
Duraydı dünyada məni ağlayan,

Ömrümü, günümü mənə çağlayan.

Öləydim mən özüm, anam duraydı,

Belə bədbəxt günə məni bağlayan.



25.12.2014, saat 18:10





SEVGİ OLANDA



Gəl, başına dolanım
Qoy döyünsün, iki könül cüt, ortaq,

Bircə sən ol, yanında mən, bir otaq.

Sarmaşıqtək qucaqlaşıb bir yataq,

Gəl, ay gözəl, gəl, başına dolanım.


Sevgimizin əmma qoyan əksinə,

Sinə gərək, sinə gərək, əksinə.

Hər ikisi həmdəm olsa, tək sinə,

Gəl, ay gözəl, gəl, başına dolanım.


Mina gərdən, sinəsində heyvalar,

Sevən könül, pərvazlanar, zövq alar.

Sabir Qurban əndamına göz salar,

Gəl, ay gözəl, gəl, başına dolanım.



15.04.2014, saat 28:50

Qoymaram düşəsən
Heç sevmə, sevməsən heç zaman belə,

Qıymaram düşəsən, bir kənar ələ.

Düşsən də, könlümün istək vüqarı,

Çəkəcək əlini o siyah telə.



15.04.2014, saat 21:50
Tək mələyim
Hər hökmünü de, eyləyim,

Sənsən mənim tək mələyim.

Ömrüm-günüm sənə qurban,

Sənsiz, axı, mən neyləyim?



15.04.2014, saat 19: 30

Əlini çək

Əllərini çək əlimdən,

Əlim sənə gərək deyil.

Qəlbin görsün ürəyimi,

Könülündə varmı meyil?

14.04.2014, saat 23:40

Olmaz heç tayı
Gözəl gördüm, misilsizdir bənzəri,

Şirin-şəkər, gözəl-göyçək, məzəli.

Yerləşmir heç tərif-dastan sinəmə,

Bəlkə, olmaz heç tayı, bərabəri.



14.04.2014, saat 23:20

***


Ay camaat, yatdınızmı?

Deyirəm mən yavaş-yavaş,

Gecəniz xeyirə qalsın.

Gedib yatım yavaş-yavaş.



13.04.2014

Qonaydın sən
Xanım, sevdim dünya qədər,

Ürəyimə qonaydın sən.

Boğur məni arzu, qəhər,

Sinəm üstə donaydın sən.


Mələyim ol, həvəsim ol,

Can verəndə nəfəsim ol,

Bülbül olum, qəfəsim ol,

Təkcə mənim olaydın sən.


Bağım, bağçam, yasəmənim,

Sən mənim bahar səmənim.

Sabir Binnət olsun sənin,

Taleyinə qonaydın sən.



13.04.2014, saat 15:40


Hədər yerə
Onsuz da sən məni tanıyacaqsan,

Getsə də vaxtımız hədər bir yerə.

Sonunda özünü qınayacaqsan,

Əlimi cəkəndə o siyah telə.


Baxma ki, bir müddət küsü edibsən,

Qəlbində qəlbimin yeri var sənin.

Dəlinmiş qəlbimə dərin giribsən,

Çıxmağın imkansız, könlüm yox mənim.


Sən Sabir Binnətə zülm eyləmə,

Yatıbsan könüllü könül meylinə.

Bəhanə, söz-gapı nədən söyləsən,

Gərəksiz, boş söhbət girməz beyninə.



12.04.2014, saat 20:15


Onu bir də görəydim
Bir gözəli gördüm bir bağ boyunca,

Əlindəki zənbilini qoyunca.

Könlüm sındı, baxammadım doyunca,

Getmə, aman onu birdə görəydim.


Sinəsindən qoşa gözlər baxırdı,

Ürəyimi oda-közə yaxırdı.

Vicudumdan sellər-sular axırdı,

Bitmə, zaman, onu birdə görəydim.


Al yanaqlar, bal dodaqlar, buxağın,

Üzdü məni boğazında o xalın.

Görən vaxtdan xarablaşır bu halım,

Etmə yaman, onu bir də görəydim.


Yandım, yandım, odda yanıb yaxıldım,

Qıpqırmızı, pultək şişə taxıldım.

İldırımtək şaqqıldaşıb çaxırdım,

Gələ o an, onu birdə görəydim.


Qənşərimə hardan cıxdın aman sən,

Məni yaman hala saldın, yaman sən.

Sabir Binnət qucağında talan sən,

Getmə, məqam, onu bir də görəydim.



16.04.2014, saat 23:20

Uçma, xanım
Uçma, xanım, uçma elə,

Uçub hədər, getmə yelə.

Zərər dəyər əndamına,

Lütfi-camal, incə belə.



17.04.2014, saat 18:55

Məni unut
Get gülünün tacını tut,

Unut xanım, məni unut.

Çox cətin ki, səni sevə,

Sınmış qəlbə yoxdur umud.


Məhəbbəti su etdilər,

İçib, sonra yan getdilər.

Səni sevmərəm dedilər,

Unut xanım, məni unit.


Gəl Sabirli dərdə yanma,

Salıb sən biganə qalma,

Vüsalına həsrət salma,

Unut xanım, məni unut.



17.04.2014, saat 18:20
Əziz qadın dostlar, heç nəyə gücüm çat­masa da, bu zəif şeir parçası ilə sizlərin qar­şıdan gələn bayramınızı təbrik etməyi, tutar-tutmaz özü­mə borc bildim. İradlarınızı böyük məm­nuniyyətlə qəbul edərəm, öz qardaşınız kimi.
SƏKKİZ MART
Səkkizi mart bayramı,

Bürüyübdür dünyanı.

Gəlin təbrik eyləyək,

Qız-gəlini, ananı.

Bəşəri bir qüvvəsən,

Həm zərifsən, incəsən.

Xaruqələr xəlq edib,

Həyata nur səpmisən.

Arzuların gün olsun,

Gül olsun, güllə dolsun.

Deyək, mübarək olsun

Səkkizi martın sənin,

Həyatın nurla dolsun!

Hər günün bayram olsun!



Kimə nə var?
Sevgilimlə danışıram, kimə nə var?

Öz oduma alışıram, kimə nə var?

Mən çalıram,"tutar qatıq, tutmaz ayran,''

Taleyimlə yarışıram, kimə nə var?



16.02.2014


Ay yar
Dindirirəm dinməyirsən, dərdin nə?

Bağrımı qan eyləyirsən sən, ay yar.

Bir zaili neyləyirsən yar edib?

Ürəyində ürəyimin sözü var.


Baxçasından bir dəstə gül dərərəm,

Gülü dərib, səhman yerdə sərərəm.

Arzum odur, yarı yenə görərəm,

Sinəm üstə ocağının közü var.


Gözəllikdə bir dənəsən, can, ay yar,

Gəl, Sabir Binnəti heyran san, ay yar.

Sən eşqimə yenə boylan, yan, ay yar,

Gözlərində gözlərimin gözü var.



24.03.2014, saat 03:45

Gül üzə
Xanım gördüm, sığal çəkib gül üzə,

Siyah-sürmə, çiçək əkib, gül üzə.

Sabir Binnət, zəhmət çəkib, gül üzə,

Yoxdu səndən, bizim eldə, ay gözəl.



24.03.2014, saat 2:30


Ürəyimə damıbdır
Qurtarmaz ağrılarım,

Ürəyimə damıbdır.

Fələk çöküb sinəmə,

Taqətimi alıbdır.


Nəydi mənim günahım?

Yandırır ürəyimi.

Dərdim, acım və ahım.

Sındırır dirəyimi.


Sabir Binnət, çökmə sən,

Hələ zaman qabaqla.

Ədalət ümidinə,

Gələcəyə bax, haqla.



22.03.2014, saat 17:20

Həsrət qoyma
Hey axtarır qəmli baxan gözlərim,

Həsrət qoyma zülüm çəkən gözünü.

Yanan ocaq, sənə gəlir, sən anla,

Söndürmə gəl ocağının közünü.


Kimsə duymaz sənin sevən qəlbini,

Səndən gələn gül-çiçəyin ətrini.

Bir gözəlin həsrət çəkən xatirini

Sevindirsəm, mənlə görər özünü.


Sabir Binnət, o yazığın özüdür,

Yar həsrəti, dil-ağzının sözüdür.

Vicdanında düz əməlin düzüdür,

Dürüst bilib, gəl dürüst aç gözünü.



22.04.2014, saat 23:45

Bitəydin ürəyimdə

Yaşıl çəmən olaydım,

Uca dağ ətəyində.

Sən bir laləyə dönüb,

Bitəydin ürəyimdə.

30.04.2014, saat 18:10
Üstə
Aşıq olum, sən də saz ol,

Qoy oxuyum, Kərəm üstə.

Sən Əsli ol, mən Sabirəm,

Sinən olsun sinəm üstə.


Dağı-dərəni əzərəm,

Külli-cahanı gəzərəm.

Güllü baxçanı bəzərəm,

Bir nazlı yar, sənəm üstə


Əcəb sevdaya düşmüşəm,

Eşqin şərbətin içmişəm.

Sabir Binnətəm, gəlmişəm,

Bağ-baxçalı çəmən üstə.



23.04.2014, saat 23:05

Sən mənə qonaq ol
Sən mənə qonaq ol, gülüm, gəl mənə,

Axsasam çomaq ol, gülmə sən mənə.

Bilirəm, əlimdən sən tutacaqsan,

Təki ver həmişə zülüm sən mənə,

Elə mənə yanan sən olacaqsan.

23.04.2014, saat 10:15

Dedim, xanım!
Dedim, xanım, günaydın.

Dönüb günəş olaydın!

Yanında ay olaydım.

Açıq səma boyunca.



30.04.2014, saat 18:50

Sinən üstə
Dərdi, qəmi təkcə sənlə böləm mən,

Beşikdəki bir körpəyə dönəm mən.

Tale verə bundan sonra ömrümü,

Sinən üstə ömür verib, öləm mən.



12.03.2014


Deyir, şair
O, həsrətlə baxan bir gül,

Deyir, şair, dillən barı.

Gözüm yollarda qalıbdır,

Gəlmir könlümün nübarı.



04.05.2014, saat 01:40
Könlüm açılaydı
Dedim, bəlkə, bir gözəllə,

Bir az könlüm açılaydı.

Məhəbbətin dəryasına,

Ay işığı saçılaydı.


Dindir, xanım, dinim sənə,

Dinməsən də, dinim sənə.

Ay qız, bir az gülümsənə,

Bəlkə, könlüm açılaydı.


Tez inciyib, uzaq durdu,

Naz eyləyib, ağız burdu.

Sabir Binnət qüssə qurdu,

Qəmdən uzaq qaçılaydı.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin