Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə6/8
tarix19.10.2017
ölçüsü1,4 Mb.
#1067
1   2   3   4   5   6   7   8

06.11.2011
Dinləmir səsimi
Qəlbimin səsini hey dinləyirəm,

Dinləmir səsimi zavallı qəlbim.

Deyin, belə qəlbi mən neynəyirəm?

Dünyada nadürüst zamana gəldim.



16.05.2014, saat 02:30

Əmələ gəlməyibdir
Qırx il qulluq etdiyim sənət

Hələ əmələ gəlməyibdir.

Bir-iki günlük uc tutanlar

Yararlanıb, bol gül dəribdir.



12.05.2014, saat 23:30

Zalım fələk
Zalim fələk əl çəkməyir sinəmdən,

“Hə” almadım istədiyim sənəmdən.

Hardan biləm, görən, mənə nə dedi?

O dünyada necə xəbər tutam mən?



01.06.2014, saat 22:35


Ömür hədər
Yavaş-yavaş günlər gedir,

Bu mənasız dünya hədər.

Durub yandan boylanarıq,

Ömrümüzə dolub kədər.



16.05.2014, saat 17:15

Enfirə xanım!

Bizim xalqa inanmıram, ,

Bizim xalqa yaltaqlar lazım.

Kimə gərəkdir ki, bu şeir,

Hansı haqq-ədalətdən yazım?



30.07.2014, saat 03:25.

Uçarsan yelə
Tuş gəlmir sözümlə söhbətim belə,

Haqq sözü çatdıram ölkəyə, elə.

Sabir, nə işin var, dinməz otur sən,

Havayı gülləyə, uçarsan yelə.


Belədir dünyanın hökmü əzəldən,

Köhnə nıxta binə qoyma qəzəldən.

Hökmü də atanın keçir yüz əldən,

Bağlama boş kəmər, örkəni belə.


Övlad da ataya yad olub indi,

Dövran da, zaman da, vallah, çətindi.

Duyulmur bu hökm, sanki kimindi,

Uyma nahaq sözə, axarsan selə.



12.04.2014, saat 19:15

Atlara
Madəm o at ki, şəkil cəkdirəndir,

Onun on qəpiklik cürəti olmaz.

O da yaltaqlanıb, hörmət güdəndir,

Onda nə cəsarət, nə qeyrət olmaz.



09.01.2015, saat 17: 15
Qara yuxu
Namus, vicdan kasasına

Ala-bəzək dolubsunuz.

Haqq-ədalət masasına

Qara yuxu olubsunuz.


İçinizi yeyir qurdlar,

Yatıb yuxu vurursunuz.

Xainlər yuva qurublar,

Saxta meydan qurursunuz.


Boş-boş tərif həmişə var,

Bəd əmələ oturdunuz,

Dünya malın dünya alar,

Torpaq, diyar unutdunuz.


Sabir Binnət, mənim adım,

Haqsız-nahaqla oynadım.

Həyatda haqqa doymadım,

Qardaş, niyə durubsunuz?



15.03.2014
Olub hədər
İçim yanır dünya qədər,

Sevinc hər dəm olur kədər.

Demə bu gün, bu çağacan,

Dünyam mənim olub hədər.


Bir sevincim olmadı dəm,

Ya da ki zil, ya da ki bəm.

Bundan sonra parlaq günü,

İşıq saçsa, neyləyirəm.


Heç gülmədi bəxtim belə,

Sevinmədim, axdım selə.

O dünyada sevinərsən,

Sabir Binnət, tezdir hələ.



23.06.2013.

Kimin qızıdır?
Vid-fasonu nə gündədir,

Bu, görən kimin qızıdır?

Əndam, libas tən bərabər,

Hamısı qıpqırmızıdır.


Bu dəbdirmi, yoxsa nədir?

Çılpaq geyim dəmdəmədir.

Lümbəlütlər zümzümədir,

Bu gələn kimin qızıdır?


Bir eynəyi var başında,

Bir eynəyi göz-qaşında.

Həddi-büluq yaşamında,

Bu gələn kimin qızıdır?


Sabir Binnət dərd çəkməsin,

Qəlbinə heç dağ əkməsin.

Millətin dərdini kim çəksin?

Bu görən kimin qızıdır?



24.04.2014, saat 19:20
Ala di
Balağı dar belində,

Eynəyi var telində.

Yox namus-ar beyində,

Bir qız gəlir, ala di.


Dəb düşüb hardan-hara,

Retuz dönüb şalvara.

Gödək yarıq, tən orta,

Bir qız gəlir, ala di.


Cavan da dönüb baxır,

Qocanın suyu axır.

Sabir Binnət yaxılır,

Bir qız gəlir, ala di.



30.09.2013, saat 18:40

Məzarımın şahına
Deyirəm, qurban olum Allahıma,

Yazı yazıb taleyimə, alnıma.

Axirətdə olsam belə, yenə də

Çatmalıyam murazıma-ahıma.


Bu gün hər kim, doğru fikir, kəmxəyal,

Özü qalıb aralıqda həmxəyal.

Heç bilməyir, necə yönəldilir hal,

Yatmalıyam məzarımın şahına.


Biləmmirəm, kim kimlərə-kimsərə.

Məni açmır labüd olan mənzərə.

Yaraşmırlar qeyrət yönlü əsərə,

Yazmaq olmaz milli qeyrət tacına.


Sabir Binnət, söylər bunu hər kəsə,

Haqq sözünü dürüst bilən hər kəsə.

Uyğun bilib, rəva gördü nər kəsə,

Yatmalıyam məzarımın şahına.



19.04.2014, saat 15:13
Yazıq ürək
Hər dərədə, hər çuxurda, obada,

Harda olsan, gəlir gözə, o yada.

Könül istər, o, yatmışı oyada,

Yazıq ürək, harda görmürəm səni?


Səsin gəlir, həm dayazdan-dərindən,

Bu dünyanın, ən qaniçən dəbindən.

Kefi yüksək olanların dəmindən,

Yazıq ürək, harda görmürəm səni?


Sevgi-sayqı, məhəbbətin yolunda,

Həm gəzirsən sədaqətin qolunda.

Həm də nahaqq, dəlalətin qolunda,

Yazıq ürək, harda görmürəm səni?


Canlıların hər növünün zatında,

Təbiətin, bu dünyanın adında.

Yerin yeddi, göyün yeddi qatında,

Yazıq ürək, harda görmürəm səni?


Qəddar-cəllad, qan içən sinəsində,

Məmur-rəhbər, cangüdən sinəsində.

Sabir Binnət, qəlb ütən sinəsində,

Yazıq ürək, harda görmürəm səni?



25.03.2014

Allaha məktub yazmaq istəyirəm
Allaha məktub yazmaq istəyirəm...

Tutub yer üzünü oğrac-gədələr.

Əzir camaatı yersiz hədələr,

Aldadır milləti saxta vədələr,

De görüm, ay Allah, xəbərin varmı?
Ölkəmi bürüyüb tülkü-tülüngü,

Haqq təpəsindədir nahaqq külüngü.

Dünəni bilinməz, bəydi bu günkü,

Millət yaman yatıb, basıbdı bürkü,

De görüm, ay Allah, xəbərin varmı?
Madəm bəndənəmsə, eşit, duy məni,

Mən də istəyirəm xoş gün görməni.

Kef edir elimdə yağı, erməni,

Üstümə şığıyır haqqın düşməni,

De görüm, ay Allah, xəbərin varmı?
Sabir Binnət deyər, mən bir dərvişəm,

Bu fəna dünyadan kədər dərmişəm,

Haqsıza, qansıza sinə gərmişəm.

Millətin dərdinə qəhərlənmişəm,

De görüm, ay Allah, xəbərin varmı?

12.09.2014, saat 20:40
Mənə şair deməyin
Düşür hərdən, bir züm-zümə edirəm,

Xəyalımla o dünyaya gedirəm.

Ədalətdən ətir, çiçək dərirəm,

Bu dünyada mənə şair deməyin.


İndi, vallah, çox şairlər yaranıb,

Kəlmə düzmək uc-ucuna yol alıb,

Heç bilirmi şair bəs nədən yanıb?

Bu cahanda mənə şair deməyin.


Sabir Binnət, şeir kökdə yarandı,

Anlamsıza yalan olub hər andı.

Söz qanmazlar onu yabançı sandı,

Bu zamanda mənə şair deməyin.



22.02.2014





ETİRAF


Sözləri olar qalan
Mənim yazılarımda,

Olmayıb zərrə yalan.

İstəyirsən əyri tut,

İstəyirsən də inan.


Tale bir ömür verər,

Alınsa olmaz hədər

Alınmasa vay-qəhər,

Sökülüb olur talan.


Dünya belə gəlibdir,

Belə də gedəcəkdir.

Nəyi istəsə belə,

Elə də edəcəkdir.


Zaman qəlbə hökm edər,

Sabir Binnət də gedər.

Ömür də bitər hədər,

Sözləri olar qalan.



01.06.2014, saa 23:40

* * *


Mənim kimi qəmgin baxır həyata,

İnanmıram gecəni qəmsiz yata.

Gün üzündən yoxdur ona bir əhval,

Taleyini tutub bir qəmli xəta.



07.06.2014, saat 20:15

Nəymə lazım
Vurub-tutmaq, namus-qeyrət dövrü deyil,

Qayda-vicdan, haqq-ədalət dövrü deyil.


Haqqım üzülür binamuslar əlində,

Mən kiməm ki, bu millətimin dəmində.


Kimi dindirirsən, deyir nəymə lazım,

Dəliyəmmi, dinc başıma quyu qazım.



17.05.2014, saat 19:00

Çalış ki,...
Bu dünya belə gəlib, belə gedər,

Çalış ki, ömrünü vermə sən hədər.

İtirsən vicdanı, hörməti əgər.

Gorunda cəsədin zülümlər çəkər.



01.08.2014, saat 17:35
İnsaflar azalıb
İnsaflar azalıb, vicdan gödəlib,

İnsanlar arada bir-birin didir.

Zəmanə bürünüb dünya donuna,

Qapqara geyinib zamanla gedir.



11.06.2014, saat 23:0
Böyük bəşərdir
Dağıldıq-talandıq düşdük düzlərə,

Qardaş, bu faciə böyük əsərdir.

Yamandıq saxtakar, yaltaq əllərə,

Haqqsız kəlmə min haqqlıya kəsərdir.


Dərdimi çəkənim varsa da, hanı?

Düzünü deyənin heç varmı sanı?

Adam bilirlərmi indi insanı?

Heç çıxma haşiyə, böyük əsərdir.


Dünən elə deyir, bu gün də belə.

Bu milət, bu dövlət axılır selə.

Sabir Binnət də ki danışır yelə,

Taleyi həll edən böyük bəşərdir.



27.04.2014, saat 17:15

Qərarsızam
Bir yerdə dayanıb, əyləşəmmirəm,

Hökmünə zamanın birləşəmmirəm.

Üzülüb taqətim, əyilir belim,

Tapdalanır haqqım, dikləşəmmirəm.



12.04.2014, saat 18: 30
QALIB
Yazammıram, qələmim də korlanıb,

Görəmmirəm, gözlərimi tor alıb.

Eşitmirəm, bezdim saxta vədlərdən,

Saqqız sözdən qulaqlarım kar qalıb.


Dövr-zaman vüsətindən var alar,

Hicran gözlər həsrətindən bar alar.

Vüsalına yetişməyən zar alar,

Düz həqiqət, saf məhəbbət yan qalıb.


Zəmanəni sevən Zaman aldanır,

Sabir Binnət zaman oduna yanır.

Sinəsində "Vətən", "millət" odlanır,

Təmiz vicdan, doğru şəfqət yan qalıb.



15.06.2014, saat 13:10

-Salam, Leylaşka. Xoş gördük!

Bu,dünya-həyat boş şeydir,

Öz dəmində olmağı tut.

Gəlib belə, o, gedəndir,

Hər nə olsa, onu unut.

01.06.2014, saat 21:05

Tövsiyyə
Bu acı dünyanın nəyi şirindi?

Eşit, insan oğlu, gəl dinlə indi.

Düşünmə, yaşadın qoca dünyada,

Dünyadan yığdığın əzab sənindi.


Madəm gəldi-gedər dövran sürübsən,

Sən diri deyilsən, mənən ölübsən.

Əgər tutulubsa mayan haramdan,

Şeytana, iblisə könül veribsən.


Donqar ağac kimi əyri durarsan,

Haram dövlət yığıb, zəngin olarsan.

Qudurub əzazil olduğun halda,

Ağlaşma kürsünü geniş qurarsan.


İnsaf et, həyatı insaflı yaşa,

Qazansan nəyisə, onu ye qoşa.

Sən firon olsan da, firavan belə,

Gəl qatma insafı, vicdanı boşa.


Sabir Binnət sözünü deyər sizə,

Heç zaman xamxəyal baxmayın bizə.

Həqiqət, ədalət, məhəbbət ilə

Yaşayan insanlar bənzər dənizə.



02.22.2012

Deyin mən
Дцнйа бу gцн gен башыmа дар gялир,

Сюз деməйим цряйимя ар gялир.

Сахtа шющрət, валлащ, синяmи дялир,

Щансы сюзля усаныраm, дейин mян?


Яршдян-эцршдян сюз ачmаьы севmяряm,

Тяриф иля йашаmаьы севmяряm.

Наданларла барышmаьы севmяряm,

Щансы кюзля mян йаныраm, дейин mян?


Дилиm эялmир mилляt киmи данышаm,

Миллийййяtcя щансы mилляt варmышаm?

Милляt киmи Щун кюкцmц данmышаm.

Щансы эюзля mян бахыраm, дейин mян?


Од-аловдан, узаг дцшдцm елиmдян,

Щагдан йана данышmагдан, дилиmдян,

Щарда диндиm, tопуз дяйди белиmдян,

Щансы цзля танынырам, дейин мян?


Сабир Бинняt юmрц-бойу дярд чякяр,

Варса да xан, дейин киmдики нюкяр?

Хош эцнцндя кядяр якяр, гяm çякяр

Цзц эцлmяз, йурду эюрmяся яэяр,

Щансы дцзля йанылыраm, дейин mян?

23.01.2014, сааt 21:22

Дцнйа
Кядяр цзцб tагяtиmи,

Киmя дейиm бу дярдиmи?

Сясиm дибдян алыныбдыр,

Щансы сяmtя ясир дцнйа?


Риtmи йаmан позулубдур,

Гайда, ганун йцз вурубдур.

Залиm, гяддар mейдан алыб,

Бойун вуруб, кясир дцнйа.


Баш ачmыраm сяс-кцйцндян,

Заmан кечир ял, цйцндян.

Фаğıр, йазыг йахшыларын

Тяпясини язир дцнйа.


Ялбир олуб бу заmанла,

Бинняtоьлу, эял сян анла.

Инсанлар да сахtалашыб,

Варлы уmур нязир, дцнйа.



14.05.2013, сааt 20:40
Айы tайы кюкцндя
Дцшmцшяm ки, дцзляря бир дилянчи кюкцндя,

Дярдлярини юйряняm, арыьында-кюкцндя


Торпаьын ганын соран гоcа-голtaг аьаcын

Ня гядяр щийляси вар кюtцйцндя, кюкцндя.


Йазда, йайда бязяниб, бязякли бяй кюкцндя,

Пайыз, гышда яйляниб, щийляли сяй кюкцндя.


Эюр няляр фикирляшир ики фясил далдала,

Алгышлар йаьаcагдыр эурлу йаьыш кюкцндя.


Щалбу ки, диван tуtур tцлкц фикри кюкцндя,

Алыр кюлэя алtына, сцрц гойун кюкцндя.


Йаtышсынлар динmядян, гайда-ганун билmядян,

Щейвандыр ки, щейвандыр, ики гылча кюкцндя.


Айылар, йа айылmаз, щяля айы кюкцндя,

Айылса щеч ня ганmаз, айы tайы кюкцндя.



22.09.2012, sааt 01:20

Ай Аллащ
Вяtянdян Вяtяня сярщяд гурmушаm.

Вяtяндя vяtянсиз кючяри гушаm.

Еля бил газанда mян говрулmушаm,

Ня эцндц чякиряm беля, ай Аллащ?


Фяляк бу йазыmы бядэцmан йазды,

Талейиm юmрцmдя йолуну азды.

Бялкя, mяня щяля бу дярд дя азды,

Ня эцндц чякиряm беля, ай Аллащ?


Яйриmдя, сящvиmдя mяна билmиряm,

Сящv яmялиmи щеч дана билmиряm.

Нащагга щагг киmи йана билmиряm.

Ня эцндц чякиряm беля, ай Аллащ?


Няйmиш ки эцнащыm, mяни йараtдын,

Бу чиркли дцнйайа sян mяни аtдын.

Бурада бир шяффаф дуйьу ойаtдын,

Ня эцндц чякиряm беля, ай Аллащ?


Дуйураm, о дцнйа щаггын йолудур,

Бу дцнйа нащаггын щагсыз голудур.

Сабирин цряйи щаггла долудур,

Ня эцндц чякиряm беля, ай Аллащ?



17.03.2013, sааt 23:25

Neynəyim ki, allah mənlə dost olsun?
Bu dünya tərsinə fırlanır indi,

Tanrı da əksinə aldanır indi.

Əyri-tərs səmtinə sallanır indi,

Neynəyim ki, allah mənlə dost olsun?


Gecə-gündüz yalvarmışdım allaha,

Naxış versin mən də adam olmağa.

Mənə düşmür, qurtarıbdır, yox daha,

Neynəyim ki, allah mənlə dost olsun?


Qabaq yenə mərhəməti var idi,

Yaxşılara məhəbbəti var idi.

Haqsızlara sərt hiddəti var idi,

Neynəyim ki, allah mənlə dost olsun?


Bicə-gicə qapı açır, yol açır,

Nadan-quldur qabağı ilə o qaçır,

Dostluq edib, üzlərinə nur saçır,

Neynəyim ki, allah mənlə dost olsun?


Müsbət naxış düz adama verilmir,

Sabir Binnət, sənə şamil edilmir,

Əyri yolda dürüst addım gedilmir,

Neynəyim ki, allah mənlə dost olsun?



10.06.2011, saat 01:30

VAR
Sən demə bu məmləkətdə,

Altdan-altdan qatan da var,

İnciyərək düz sözümdən,

Mənə bıçaq atan da var.


Öz sözündən ləzzət alıb,

El sözündən yanda qalıb.

Söz tullayıb, közdə yanıb,

İnsafını atan da var.


Kənd-kəsəkdən gələnlərə,

Quyun-quzu görənlərə.

Şair qəlbi bölənlərə,

Lağ-bəzəmə atan da var.


Kimləri nə tanıyırsan?

Sabir Binnət, anmayırsan.

Qardaş-bacı sandıqların,

Dərdlərinə yandıqların.

Bəziləri hərdəmxəyal,

Bəzi hər növ adam da var.



06.07.2014, saat 21:15


Gedirəm kecabəmi yudurtmaga
Son zamanlar xoşum gəlir ölməkdən,

Xəyalımı torpaq ilə bölməkdən

Qara zülmət necə olur görməkdən,

Kecabəmi yudurtmaga gedirəm.


Gedirəm e…, bir də gələm-gəlməyəm.,

De, ya qismət, bəlkə, səni görməyəm.

Kədərimi hec səninlə bölməyəm,

Kecabəmi yudurtmaga gedirəm.


Deyirlər ki, fəna dünya əbəsdir,

Ölüm yolu son zaman bəhsə-bəhsdir.

Sabir Binnət, nə yaşadın, o bəsdir,

Kecabəmi yudurtmaga gedirəm.



11.07.2014, saat 10:00

Sənədlərin şərəfinə!
O itirilmiş xəzinəmin tapılması şərəfinə kef edirəm.

Olmayandan yeyib-içib, cibi boş evdə gəzirəm.



18.06.2014
Get, yaxşı yol
Sizlərə təşəkkür edirəm.

Get, yaxşı yol, deyən olmadı,

Hamınızı çox istəyirəm.

Mənə məkanda yer olmadı.



11.07.2014, saat 21:40
***

Kimiyə belə, kimiyə də elə.

Çalışıın məqsədi verməyin yelə.

Yatışın, gecəniz xeyirlə qalsın,

Düz sözə siz isti baxmayın belə.
***

Bir tapım o kor kişini,

Ciddi tapşırıq verərəm,

Gedib görsün öz işini.

Bir az üstə təpinərəm.

Pintilik
Bəli, yol ilə gedə-gedə,

Zibil qabı olduğu halda.

Hara, necə gəldi atırlar,

Doğru insanlıqdan kənarda.



12.07.2014, saat 23:30

Hara baxır
Sən gətirdin bu zülmü bu məkana,

Fürsət verdin heç adam olmayana.

Söz demək olmur dünənki nadana,

Gözün hara baxır sənin, ay dunya?

Üzün qara olsun sənin, ay dunya.

* * *


Var-dövlətə, cah-cəlala,

Susanmış tamahım yoxdır.

Həqq-ədalət, doğru yolla,

Vicdanım çox, qəlbim toxdur.



21.06.2014, saat 01:15

Xoşbəxt gün
Tale mənə onu nə vaxt yazacaq,

Bax, onda da xöşbəxt günüm olacaq.



Nədən belədir?
Sizcə nədən belədir?

Mənə zərbə vurana,

Nadana, qudurana,

Alçağa, qurumsağa

Çox sağ olun deyirəm.

11.09.2014, saat 12:25

Millətsiz sayılıram
Dostlar, çox sıxılıram,

Sizlərdən ayrılıram.

Üzürlü hesab edin,

Millətsiz bayılıram.


Canlı görüşən zaman,

Hər kimi gördüyüm an,

Qəlbim düzülür yanan,

Dərdlərə ayılıram.


Sabir Binnətdir adım,

Dünyadan dad dadmadım.

Od tutur ah-fəryadım,

Millətsiz sayılıram.



01.10.2014, saat 14:30

İSTƏYİRƏM
Gördüyüm haqqsızlara göz yummaq istəyirəm,

Zaman mənimlə deyil, düz olmaq istəyirəm.


Özüm şəxsən bildiyim, hər şeyi ləğv edərək,

Zamandan mənə sirrdaş olmağı istəyirəm.


Zənnimcə, bu zamana haqqımı əbəs bilib,

Saxta dövrü-məkandan getməyi istəyirəm.



16.11.2014, saat 15:40

O gəlibdir ki, apara
İki-üç gündür gözümə,

Həyatda hec nə görünmür.

Hec ümidim yox özümə,

Səhhətim mənlə bölünmür.


Ağrılarım kəskinləşir,

Əzrail mənlə əlləşir.

O gedib-gəlib güləşir,

Yıxmalıdır ki, apara.


Sifətimə dirənmişəm,

Əzrailə doy gəlmişəm.

Bir az möhlət istəmişəm,

Baxmalıdır ki, apara.


Sabir Binnət, əl uzatma,

Əzrailə gəl, üz atma.

Onunla oyun fırlatma,

O, gəlibdir ki, apara.



01.06.2014, saat 04:30
YARANIR
Bir adam dedi ki, bu dəm şeir belə yaranır,

Dedim olsun, ya Rəbb, belə görən necə yaranır?


Dedilər ki, onun kefi nəyi istər yazandan,

Özü şair, yazmağı da, şeir belə yaranır.


Hələ belə, coxlarına şair sözü anlamsız,

Bilməyirlər şeir necə, hansı qəlbdən yaranır.


Şair olan canlı dünya şəfqətinə gələndə,

Hələ şeir hüceyrədən o şairdə yaranır.


O da şair, o da bədbəxt, o da nakam yaranır,

Şair ömrü bitməyinə, tale nakam yaranır.



09.09.2014, saat 18:45

Bəlkə, yuxumda görəm
Gedırəm ki, yatmağa,

Bəlkə, yuxumda görəm.

Haqq-ədalət nədirsə,

Sabah deyib güldürəm.



16.09.2014, saat 01:50

Dünya ədəbiyyatında rast gələ bilməyəcə­yi­niz bir məna:

Heç bir yaradıcı və ya adi adam Fələkdən razılıq edib, ona tərif deməyib.


Dostum Fələyə
Hamı sənə zalım dedi,

Sən hər şeyin əzəlisən.

Fəna dünya əməl yedi,

Fələk, dünya gözəlisən.


Gəl, dost olum mən səninlə,

Apar məni, məni dinlə.

Yada ki qal, sən mənimlə,

Fələk, vallah, sən gözəlsən.


Sabir Binnət düzü deyər,

Nakam ömür üzü əyər.

Yaşamaqmı belə məgər?

Fələk, apar, sən gözəlsən.



09.09.2014, saat 19:10
Qocalır
Nə sözüm qocalmır, nədə ki özüm,

İlahi, sən verdin biganə dözüm.

Vallah, bu millətin dərdi-dərdindən,

Qocalır tək cismim və iki gözüm.



18.09.2014, saat 23:05

Mənim fəslim
Yaydan sizin başınız ayazıyar,

Mənim fəslim başınızı qazıyar.

Ömrüm-günüm, dogma fəsilimdir mənim,

Qış gələndə hökmündən ayazıyar.



18.09.2014, saat 19:55

Allaha sual
İlahi, dünyanı madəm yaratdın,

Deyirlər, xoş əhval, ruh oyatdın.

Dünyanın sirrləri əlindədirsə,

Fırıldaq bəndəni niyə yaratdın?



20.09.2014, saat 19:00
Sözümün nökəriyəm
Deyirəm hamılara,

Sözümün nökəriyəm,

Səmimi insanlara

Səbrli, övkəliyəm.


Olmasın cin donunda,

İtəcəkdir sonunda.

Bir saf vicdan yolunda,

Gözümü tökməliyəm.


Sabir Binnətdir adım,

Saf vicdandan doymadım.

Haqqı yerə qoymadım,

Nahaqqı sökməliyəm.



13.10.2014, saat 18:45

Ağlasınlar
Beş-on nəfər taparammı,

Diri-diri ağlasınlar?

Öləndən sonar heç məni,

Torpağa da qoymasınlar.



13.10.2014,saat 21:40
Şair olsaydı
Hər cızma-qaradan şeir olsaydı,

Hər şeir yazandan şair olsaydı.

Onda gərək bizim bütün pişiklər,

Hamısı şeirli şair olaydı.



17.10.2014, saat 08:20


Baxım, görək
Əleykümə salam, ürək,

Gəl bir sənə baxım, görək.

Öldüm, Allah, öldüm, vallah,

Allah özü olsun kömək.



19.10.2014, saat 16:40


Tövsiyyə
Oyunbazlar ucbatına viran qalan dünyanın,

Son məqamı, son taleyi nökərlərdir, oyanın.




Bağışla

Millətim əzabda, zülümlər çəkir,

Saxta xəyallara tər güllər əkir.

Ac qarın, ətrinə bülbüllər səkir,

Allahım, bağışla, məni bağışla.
Mən də əlacsızam, dinləyənim yox,

İnləyir cəsədim, ürəyimdə ox.

Haqqa sığınıram, ürəyimdir tox,

Allahım, bağışla, məni bağışla.


Sabir Binnət deyər haqqı düzünə,

Naxələfin, nadürüstün üzünə.

Haqq sözünü, nahaqq sözün sözünə,

Gücüm çatmır bu gün belə özümə,

Allahım, bağışla, məni bağışla.

26.10.2014, saat 21:05

Tərif edəm
Qaraçı nəmənəsini,

Deyib tərif edən kimi.

İstədim ki, tərifləyəm,

Gördüm, ayə, məndən qabaq,

Çoxları var, geridəyəm.

29.10.2014, saat 1:45

Ədalətin közünə
İlahi, sən məni niyə yaratdın?

Bu fəna dünyanın düzünə atdın.

Ağrılı-acılı qara zülmətin,

Haqqın, ədalətin közünə batdım.




Yaşamağa
Bəziləri deyir ki,

Nə var ki, yaşamağa.

Oğulsansa yüklənib,

Yük altında dözəsən,

Dərd yükü daşımağa.
Onsuz da mən vərdişəm,

Dərdi gül tək dərmişəm.

Tikanlı becərmişəm,

Qəlbimi qaşımağa.


Sabir Binnətdir adım,

Yükü yerdə qoymadım.

Hərgah dərddən doymadım,

Dəyərmi yaşamağa?



25.11.2014, saat 23:35

Еля бил ки...
Дцз-ирямя, вейил-вейил эязирям,

Виcданымы хяcалятля язирям.

Хырдаланыб, гяпик-гуруш явязи,

Еля бил ки, дилянчийя нязирям.


Чцнки дювран кялякбазын ялиндя,

Ейши-ишрят щарам-гулдур дяминдя.

Йалан, надан, сахта беля олсайдым,

Cащ-cялалым варды инди мяним дя.


Бахын, йохдур пулум-парам, щеч кясим,

Щеч чыхмайыр, ня cыnгырым, ня сясим.

Кимя лазым мяним кими заваллы?

Эетмяйирся, инсанлыгда щеч бящсим.


Мягам инди эядя-эцдя ялиндя,

Мян эязирям, vятян-гейрят дяминдя.

Бу юлкянин дярди-гями йетибдир,

Алчаг-оьраш, эязир яли белиндя.


Касыб олмаг, инди бу дям белядир,

Дай-дайылы, оьлан, валлащ, кялядир.

Дювран бу эцн саф, виcданлы кишини,

Аc-йалаваc гойун кими мялядир.

Биннятоьлу, эилей-эцзар етмя сян,

Фитня-фясад сямтиня туш эетмя сян.

Ахтарсан тяр, щагг-ядалят йолуну,

Саф виcданла шяффаф гялби изля сян.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin