Müəllim : Gülmira Hacıyeva e-mail: gülmirahacıyeva 90@gmail.com.
İxtisas: MTT
Kurs:II
Fənn:Məktəbəqədər pedaqogika
Mövzu: I. Məktəbəqədər pedaqogikanın mövzusu və məqsədi. Əsas pedaqoji anlayışlar.
Ədəbiyyat siyahısı: A.Hüseynov Məktəbəqədər pedaqogika. Bakı 2000.
Azərbaycan RespublikasınınTəhsil Qanunu. Bakı,1992.
N.M.Kazımov, Ə.Ş.Həşimov. Pedaqoqika. Bakı «Maarif»,1996.
N.M.Kazımov Məktəb pedaqoqikası, Bakı «Çaşıoğlu»,2002.
Z.QaralovAzərbaycanda təhsili planının əsasları. «Azərbaycan müəllimi», 21-31 fevral,2001.
Plan:
Pedaqogikanın mövzusu və elmi anlayışı.
Əsas pedaqoji anlayışlar.
Məktəbəqədər pedaqogikanın əlaqədar olduğu elm sahələri.
Pedaqoji elmlər sistemi, Əlahiddə pedaqogika, Xüsusi metodikalar.
Pedaqoji tədqiqat üsulları.
Pedaqogika yunan sözü olub- (paydaqoqos) mənası uşaq ötürən deməkdir. Qədim Yunanıstanda qul sahiblərinin uşaqlarını məktəbə aparıb-gətirən şəxsə paydaqoqos deyərlərmiş. Zaman keçdikcə paydaqoqos sözünün mənası dəyişmiş, pedaqogika anlayışı, uşaqların tərbiyəsi haqqında elm kimi inkişaf edib meydana gəlmişdir.
Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu biliklər böyüyən nəslin həyata hazırlanması, onun təlim və tərbiyəsi ilə bağlı insan fəaliyyətinin spesfik sahəsinə aiddir.
Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun predmeti ilə şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və praktik olmaqla iki yerə bölünür.
Pedaqogika özünün nəzəri və texnoloji funksiyalarını vəhdətdə həyata keçirir.
Nəzəri funksiyalar 3 səviyyədə təzahür edir:
Dostları ilə paylaş: |