Kurs: II fənn: Məktəbəqədər pedaqogika


İnsan anatomiyası və fiziologiyası



Yüklə 76,12 Kb.
səhifə5/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   2   3   4   5   6   7   8   9   ...   30
İnsan anatomiyası və fiziologiyası müxtəlif yaş dövrlərində uşaq orqanizminin müxtəlif üzvlərinin quruluşu və inkişaf xüsusiyyətləri haqqında müvafiq məlumat verməklə, pedaqogika üçün əlverişli şərait yaradır.

Etika- fəlsəfi elm kimi əxlaq nəzəriyyəsindən bəhs edir. Pedaqogika əxlaq tərbiyəsinin nəzəriyyəsini onun tarixini üstqurumdakı rolunu, ayrı-ayrı formasiyalarda xarakterini öyrənərkən bu elmin müddəalarından istifadə edir.

Məktəb gigiyenası şagirdlərin təlim-tərbiyə prosesi ilə əlaqədar olaraq fiziki inkişafının qanunauyğunluqlarını, məktəb binası, avadanlıq, kabinə, laboratoriya və emalatxanlara, təlim əməyinə verilən səhiyyə tələblərini, təlim-tərbiyənin digər tibbi məsələlərini öyrənir.

Məktəbəqədər pedaqogika ona yaxın olan və tamamlayan digər elmlərlə də sıx bağlıdır. Uşaq şəxsiyyətinin formalaşmasında incəsənət və ədəbiyyat da mühüm yer tutur. Təsviri sənət, musiqi sənəti sahəsindəki bilikləri, bədii ədəbiyyatı, xüsusən uşaq ədəbiyyatını, bədii qiraəti və nağıl etməni uşaqlara öyrətmək təlim-tərbiyə prosesində zəruri şərtlərdən biridir.



  1. Hər bir elmin özünəməxsus sistemi olduğu kimi pedaqoji elmlərin də belə bir sistemləri mövcuddur. Sistem anlayışı dedikdə, eyni qrupda müəyyən arıcıllıqla birləşən elmlərin məcmuyu nəzərdə tutulur. Pedaqoji elmlər sisteminə aşağıdakı sahələr daxildir:

  • Körpəlik pedaqogikası- 3 yaşına qədər olan uşaqların bəslənməsi və tərbiyəsindən bəhs edir;

  • Məktəbəqədər pedaqogika- 3 yaşdan 6 yaşadək olan uşaqların tərbiyəsini və təlini əhatə edir;

  • Məktəb pedaqogikası-6 yaşdan 17 yaşa kimi olan uşaqların (məktəblilərin) tərbiyəsindən bəhs edir;

  • Xüsusi metodikalar- ayrı-ayrı fənlərin tədrisi üsullarını əhatə edir ki, burada hər fənnin spesfik xüsusiyyətləri nəzərdə tutulur;

  • Əlahiddə pedaqogika- (xüsusi və ya defektologiya) zehni və fiziki cəhətdən qüsuru olan uşaqların tərbiyə, təlim və təhsilindən bəhs edir. Buaraya başlıca olaraq:

  1. Surdopedaqogika-lal-kar uşaqların tərbiyə, təlim və təhsilindən bəhs edir;

  2. Tiflopedaqogika-kor uşaqların tərbiyə, təlim və təhsilindən bəhs edir;

  3. Oliqofren pedaqogika- ağıldankəm uşaqların tərbiyə, təlim və təhsilindən bəhs edir;

  4. Loqopediya- nitqi cəhətdən qüsurlu uşaqların tərbiyə, təlim və təhsilindən bəhs edir.

  • Pedaqogika tarixi- pedaqoji ideyaların, məktəblərin, habelə digər tərbiyə və təhsil müəssisələri təcrübəsinin inkişaf tarixindən, həmin inkişafın qanunauyğunluqlarından bəhs edir;

  • Fənlərin tədrisi metodikası- təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin tədrisinə tətbiq dilməsi xüsusiyyətlərini tədqiq edir;

  • Peşə metodikası- konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını öyrənir;

  • Ali məktəb pedaqogikası- ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyətlərini öyrənir.

  1. Pedaqoji elmlər sistemində “Məktəbəqədər pedaqogika” müstəqil elm sahəsi olsa da, o, “Ümumi pedaqogika”nın ayrılmaz tərkib hissəsini təşkil etdiyi üçün öz elmi nəzəriyyəsini inkişaf etdirməkdə pedaqoji elmlər sahəsində qəbul olunan ümumi tədqiqat üsullarından geniş istifadə edir.

Tədqiqat üsulları çoxdur. On­ları mənbələrinə görə şərti olaraq beş qrupa bölmək olar: 1. Nə­zə­ri tədqiqat üsulları; 2. Praktik təd­qi­qat üsulları; 3. Eksperimental tədqiqat üsulları. 4. Tarixi müqayisəli tədqiqat üsulları; 5. Riyazi üsullar.


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin