Kurs: II fənn: Məktəbəqədər pedaqogika


Mövzu VII.Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyə və təlim proqramı



Yüklə 76,12 Kb.
səhifə22/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
Mövzu VII.Məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyə və təlim proqramı

Plan:

  1. Məktəbəqədər tərbiyə müəssisələrinin, tərbiyə və təlim proqramlarının yaradılması və təkmilləşdirilməsi

  2. Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramlarının hazırlanmasına verilən pedaqoji tələblər

  3. Proqramların quruluşu

  1. Məktəbəqədər tərbiyə müəssisələrinin (sənədi) proqramı mühüm dövlət sənədi olub, məktəbəqədər yaşlı uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmunu, məqsədi və vəzifəsini özündə əks etdirir. Proqram uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq onların hərtərəfli inkişafına xidmət edir. proqramda uşaq bağçasının fəaliyyəti yetişən və təlim- tərbiyənin ilk mərhələsi kimi xarakterizə edilir. Hər yaş dövrünə aid aparılan işlərin məqsəd və vəzifələrini müəyyən edir.

Pedaqoji prosesdə uşaq şəxsiyyətinin hərtərəfli inkişafında onun rəhbər rolundan bəhs edilir. Hər bir müstəqil dövlət öz spesfik şəraitinə və inkişaf tərzinə uyğun olaraq (doğma ana dili, milli ənənələr və s.) proqram yaradır. Azərbaycanda 1920-1931-ci illərdə uşaq bağçalarının fəaliyyətini tənzimləyən proqram olmamışdır. Bağçalar RSFSR Maarif Komisarlığı tərəfindən 1926-cı ildə göndərilmiş metodik göstəriş əsasında işlənmişdir. Bu illərdə Respublika uşaq bağçaları kadr və təcrübə cəhətdən xeyli inkişaf etsə də mərkəz buna çox da imkan vermirdi. Rusiya da hazırlanan metodik göstərişlərə müəyyən əlavə edilməklə Azərbaycan dilinə tərcümə edilirdi.

Azərbaycanda ilk dəfə 1932-ci ildə uşaq bağçaları üçün proqram hazırlanıb, məktəbəqədər tərbiyə müəssisələri işçilərinin ixtiyarına verilmişdir. Proqramın başlıca nöqsanı uşaqlara verilən təlim-tərbiyə işlərində yaş xüsusiyyətlərinin nəzərə alınmamamsı idi. 1958, 1984 və 1988-ci illərdə respublika uşaq bağçalarının istifadəsi üçün təkmilləşən proqram işlənib hazırlanmışdır. Mərkəzi hökümətdən asılılıq ölkəmizdə uşaq bağçaları üçün proqramların və metodiki vəsaitlərin şəraitə uyğun yazılıb istifadəyə verilməsində böyük çətinlik yaradırdı. Buna görə də yeni proqramların milli ruh kifayət qədər əks olunmamışdır. 1992-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra məktəbəqədər tərbiyə müəssisələrinin işini tənzimləmək üçün yeni məzmunda proqram yaradıldı.



  1. Proqram tərtib olunarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür.

  1. Pedaqogikanın tərbiyənin həyatla əlaqəsi, uşağın yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması və s. prinsiplərinə ciddi əmək edilmləlidir.

  2. Proqram vəzifələrinin tədricən mürəkkəbləşdirilməli və ardıcıllığı təmin edilməlidir.

  3. Uşaqların hərtərəfli inkişafının təmin olunmasına əməl edilməlidir.

  4. Hər bir fəaliyyət növünün özünəməxsus məzmunu, yükü nəzərə alınmaqla onların ümumi tərbiə edici, inkişaf etdirici vəzifələrinin həli də təmin edilməlidir.

  5. Məşğələlərin və tədbirlərin rəngarəngliyi təmin olunmalıdır.

  6. Proqram hazırlanarkən coğrafi, iqlim, iqtisadiyyat, milli-mədəni şərait əsas götürülməlidir.

  1. “Məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə və təlim proqramı” tərtib edilərkən psixoloji yükün normal olması onların uyğun inkişaf imkanları əsas götürülür. Uşaqların məktəbə qəbulu 6 yaşdan başladığı üçün proqramda məktəbəqədər yaş dövrü, psixi, fizioloji və metodoloji baxımdan aşağıdakı qaydada təsnif olunmuşdur.

  1. Anadan olduğu yaşdan 1 yaşadək- körpəlik dövrünün I qrupu

  2. 1 yaşdan 2 yaşadək- körpəlik dövrünün II qrupu

  3. 2 yaşdan 3 yaşadək- körpəlik dövrünün böyük qrupu

Eyni zamanda bağça dövrünün kiçik qrupu

  1. 3 yaşdan 4 yaşadək- bağça dövrünün orta qrupu

  2. 4 yaşdan 5 yaşadək- bağça dövrünün böyük qrupu

  3. 5 yaşdan 6 yaşadək- bağça dövrünün məktəbə hazırlıq qrupu

Proqramda hər bir qrupda tərbiyə, təlim işlərinin məzmunu 2 bölmədə verilmişdir:

I bölmə: uşaq həyatının təşkili və tərbiyəsi

II bölmə: məktəbəqədər təlim

I bölmədə məktəbəqədər yaşlı uşaqların illər üzrə yaş xüsusiyyətləri (çəkisi, boyu, mərkəzi sinir sisteminin fəaliyyəti, psixi inkişafı və s.) verilmişdir.

II bölmədə körpəlik dövründə bağçanın kiçik, orta, böyük, məktəbə hazırlıq qruplarında tərbiyənin vəzifələri, oyun rejimi, ona əməl olunması, uşaqlarda sağlamlığın və fiziki inkişafın qayğısına qalma, mədən davranış və mədəni gigiyena vərdişləri və s. əhatə olunmuşdur.


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin